"Səfirlərin bundan da artıq cinayətləri barədə eşitmişəm" - Diplomatik cəbhədə “təmizləmə”
Elmar Məmmədyarovun istefaya göndərilməsindən sonra Xarici İşlər Nazirliyi sistemində ciddi kadr dəyişikliyinin olacağı gözlənilir. Xüsusilə də Azərbaycanın xarici ölkələrdəki səfirliklərində fəaliyyət göstərən bir sıra diplomatların geri çağırılacağı və vəzifəsindən azad ediləcəyinə dair məlumatlar var.
Bu da səfirlik və konsulluq əməkdaşlarının seçilməsində ciddi nöqsanlara yol verilməsi ilə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev də yeni xarici işlər naziri Ceyhun Bayramovu “online” formatda qəbul edərkən verdiyi mühüm tapşırıqlardan biri bu sahədə kobud səhvləri aradan qaldırmaq olub.
Dövlət başçısı bildirib ki, kadrların seçilməsində və təyinatında dostluq, şəxsi sədaqət prinsipinə yer verilib.
Hətta Prezident İ.Əliyev bəzi diplomatların xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən ələ alındığını və vətənə xəyant etdiyini qeyd edib: “Mən bir daha demək istəyirəm ki, biz bütün ölkələrlə normal dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşmasında əməli addımlar atırıq. Amma bu, o demək deyil ki, öz ölkənin, öz xalqının maraqları kənarda qalsın. Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər. Buna son qoyulmalıdır. Bu da yanlış kadr siyasətinin təzahürüdür. Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var. Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər. Demişlər ki, biz bilirik, filan adamı siz istiqamətləndirirsiz, filan adama siz ev vermisiniz, filan adamın çirkin çıxışları sizin idarənizdə yazılır. Biz bütün bunları bilirik. Bir daha demək istəyirəm ki, bu, o ölkələrin riyakarlığını göstərir”.
Qeyd edək ki, XİN sistemindəki kadrların yararsızlığı barədə tez-tez mediada və sosial şəbəkələrdə də məlumatlar yer alırdı.
Diplomatik fəaliyyətdən və beynəlxalq siyasətdən demək olar ki, biliyi olmayan şəxslərin rüşvət müqabilində bir çox hallarda səfir, konsul vəzifələrinə təqdim olunması XİN sistemini xeyli zəiflədib. Lakin qanun pozuntuları bununla yekunlaşmayıb. İdmançılar, tamamilə kənar sahələrədə fəaliyyət göstərən adamlar şübhəli səbəblərdən diplomatik korpuslarda vəzifə tutub.
Bundan başqa, səfirlərin xarici ölkələrdə bizneslə məşğul olması barədə kifayət qədər iddialar var. Yəni, biri özünü biznesmen, digəri müğənni kimi aparır. Bütün bunlar isə Azərbaycanın beynəlxalq nüfuzuna zərbə virmaqla uyanaşı, Ermənistanla diplomatik savaşda mövqeyini zəiflədir.
Dağlıq Qarabağ probleminin həllində üzərinə mühüm məsuliyyət düşən ən vacib qurumlardan biri XİN-dir. Lakin bu sistemdə peşəkar kadrların azlığı, korporativ maraqlardan çıxış etməsi, üstəlik, Azərbaycan Prezidentinin dediyi kimi xəyanəti yalnız düşmənin xeyrinə işləyir.
Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, səfirliklərin konsulluqların fəaliyyətində kifayət qədər nöqsanlar var. Lakin bunun hamısını açıqlamaq düzgün deyil: “Cənab Prezident bu problemləri ümumi şəkildə açıqladı. Bu sahədə işləyən insan kimi həmin nöqsanlar mənə də məlumdur. Əslində, xarici siyasətin icrası həm Mərkəzi Aparata, həm də xarici nümayəndəliklərə aiddir. Təəssüflər olsun ki, koordinasiya işləri çox aşağı səviyyədədir. Təlimatlar çox nadir hallarda olur. İş demək olar ki, aparılmır. Məqsədli şəkildə dövlətimizin xarici siyasət qurumunu iflas vəziyyətinə gətiriblər. Bu baxımdan problemlər çoxdur. Lakin hesab edirəm ki, incəlikləri demək olmaz. Təbii ki, yeni nazir tapşırıqları alandan sonra məsələni ciddi şəkildə təhlil edəcək və lazımi addımları atacaq. Belə başa düşürəm ki, Cənab Prezidentin bu məsələyə diqqəti olacaq. Çünki onların fəaliyyəti dövlət başçısının həmişə nəzarətində olmalıdır. Konkret hansısa addımları sadalamaq hazırda düzgün olmaz”.
Tofiq Zülfüqarov qeyd etdi ki, bütün dünya ölkələrində olduğu kimi səfirlərin təqdimatı təyin edilmək üçün nazir tərəfindən irəli sürülür.
“Özünə yaxın, peşə baxımından səviyyəsi uyğun olmayan şəxslər də səfir və konsul vəzifələrinə təqdim olunub. Yəqin ki, bundan sonra həmin məsələlər Cənab Prezidentin və yeni nazirin diqqət mərkəzində olacaq. Hesab edirəm ki, nazirliyin fəaliyyəti və səmərəliliyi çox aşağı səviyyədədir. Ona görə də müsbət dəyişikliklər olmalıdır. Mən səfirlərin xaricdə nəinki özünə biznes qurması, bundan da artıq cinayətləri barədə eşitmişəm. Cənab Prezident buna ümumi şəkildə işarə etdi. Biz görürük ki, dövlətə, vətənə sadiqlik məsələsində problemlər var. Bəzilərinin sabiq nazir başda olmaqla ən əsas problemimiz olan Ermənistan-Azərbaycan münaqişəsinmin həllinə olan münasibəti heç də Azərbaycanın xeyrinə olmayıb. Həm nazirin, həm də bəzi səfirlərin fəaliyyəti kənar qüvvələr tərəfindən idarə olunub. Bu barədə mümkün olan qədər deyilib. Amma həmin fakların geniş şəkikldə açıqlanması və ictimailəşdirilməsinin tərəfdarı deyiləm. Həmin şəxslərə qarşı hansısa inzibati tədbirlər görülməlidir. Ancaq o barədə çox açıqlama vermək Azərbaycanın imicinə ziyan gətirə bilər”.
Qeyd edək ki, xarici işlər nazirinin dəyişməsindən sonra Azərbaycanın Ermənistanla danışıqlardakı mövqeyində diplomatik uğurun baş verib-verməyəcəyi müzakirə predmetinə çevrilib. Tofiq Zülfüqarov hesab edir ki, müharibənin yalnız xarici işlər nazirlikləri arasında getdiyini düşünmək düzgün deyil. Müharibə iki dövlət arasında gedir. Bu prosesdə diplomatiya mühüm yer tutur.
“Mən Azərbaycanın qələbə qazanacağına inanıram. Lakin bu qələbəni təmin etmək üçün iştirakçılar yalnız Xarici İşlər Nazirliyi ola bilməz. Hər bir qurumun öz rolu var. Bu iki xalqın iki ölkənin arasında gedən müharibədir”.
Cebhe.info
Paylaş:
Müəllif : Yazar
Tarix:23-07-2020, 12:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-07-2020, 12:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39