Bütün dünya görəcək ki, Azərbaycan tək deyil... - arxasında Türkiyə kimi qüvvətli dövlət var
İyulun 29-dan etibarən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə start verilib.
İki qardaş ölkənin ənənəvi irimiqyaslı hərbi təlimlərə başlaması bədnam qonşumuzun, işğalçı Ermənistan və onun himayədarlarının narahatlığına səbəb olub. İrəvan açıq-aşkar səksəkədədir. Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri Naxçıvanın hərbi aerodromunda, İrəvanın 40 km-liyində görünən andan düşmən ölkənin rəhbərliyi həmsədr ölkələrin Ermənistandakı səfirlərinin hüzuruna qaçıblar, onlara Ankaranın Cənubi Qafqaza yolunu kəsmələri üçün minnətçi düşüblər. Müdafiə naziri Davit Tonoyan iki gün ərzində həm Rusiya, həm də Fransa səfiri ilə görüşdə Türkiyə-Azərbaycan birgə hərbi təlimlərini müzakirə edib, faktiki olaraq Türkiyənin neytrallaşdırılmasını istəyib. Həmçinin erməni rəsmiləri ABŞ səfiri ilə də görüşüb danışıblar.
Ancaq qardaş Türkiyə Azərbaycanın yanında olacağı barədə mövqeyində qətidir, bunu növbəti dəfə Ankara bəyan edib. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın prezident Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında Azərbaycan-Ermənistan sərhədindəki son toqquşmalara dair telefon danışığını şərh edib. Virtualaz.org xəbər verir ki, İbrahim Kalın jurnalistlərə açıqlamasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, Ərdoğanın Putinlə söhbətində Ermənistanı işğalçı adlandırdığını deyib. Və bildirib ki, Minsk Qrupu bu münaqişəni həll etməkdə uğur qazana bilməyib. “Minsk Qrupu deyə bir struktur var: Amerika, Rusiya və Fransanın həmsədrlik etdiyi. Bu günə qədər həll yolu tapa bilmədi. Hər birinin öz siyasi marağı oldu. Tovuzda döyüşlər ilk dəfə Ermənistan-Azərbaycan sərhədində baş verir. Bu mənada təhlükəli hadisədir. Prezidentimizin yanaşması budur ki, biz Azərbaycanın yanındayıq. Hörmətli Putinə də bunu açıq şəkildə dedi. Hətta bildirdi ki, siz də Ermənistanla münasibətlərinizdən istifadə edib bu gərginliyi azaldın. Orada Azərbaycanın mülki hədəflərini vurmaqla hədələyən də Ermənistan tərəfidir. Hərbi təlimlərə başlayan da Rusiyadır. Azərbaycana təhdid haradan gəlirsə, gəlsin Türkiyə sonuna qədər Azərbaycanın yanında olmaqda davam edəcək”,-Ərdoğanın sözçüsü deyib.
Beləliklə, hərbi təlimlər ilk olaraq Naxçıvanda və Bakıda start götürüb. İyulun 29-dan başlayaraq, avqustun 10-dək davam edəcək təlimlər hərbi aviasiya vasitələrinin iştirakı ilə, Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində reallaşdırılacaq. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda keçiriləcək. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.
Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistanın Tovuz təxribatı Cənubi Qafqazda yeni geosiyasi nizamın formalaşmasına gətirməklə, Türkiyənin regionda möhkəmlənməsinə səbəb olacaq: “Məhz Azərbaycana qarşı yönələn bu təxribatlarda, Türkiyə daha da aktiv şəkildə Azərbaycanı dəstəkləməklə, regionda çoxdan möhkəmlənmək planını reallaşdırmağa başladı. Əlbəttə ki, regionda baş verən siyasi-hərbi qarşıdurmanın arxa fonunda Rusiya durmaqla, Azərbaycanın netf-qaz və nəqliyyat dəhlizinə Ermənistanın əli ilə nəzarət etməyə çalışırdı. Moskva yaxın perspektivdə çalışırdı ki, yeni siyasi nizamda post-sovet məkanına nəzarəti ələ almaqla, məhz Azərbaycanın Qərb dəhlizini nəzarəti ələ almaqla, ölkəmizi öz regional layihələrinə qoşmağa məcbur etmək, birdəfəlik regionda öz qalıcılığını qorumaqla, Cənubi Qafqazz nəzarəti tam bərpa etməkdir. Gürcüstan hakimiyyətinin Ermənistana silah və sursatların çatdırlamasında Rusiya amili dururdu və rəsmi Tiflis də bu planda iştirak edirdi. Rusiyanın bu planını Türkiyə pozmaqla, öz ordusunu təlim adı ilə Azərbaycana göndərdi”.
Politoloq qeyd edib ki, prezident R. T. Ərdoğan verdiyi mesajda bu təxribatların arxasında oyunçu olduğunu vurğulamişdı və baş verənlərə seyrçi qalmayacaqlarını mesajını vermişdi: “Məhz Ankara böyük təhlükə və planların qarşısını almaq üçün Azərbaycanla ortaq hərbi təlimlərə start vermiş oldu. Yoxsa, Türkiyə müstəqilliyimizdən bu günə kimi böyük miqyasda ayrı-ayrı rayonlarda qoşunların müxtəlif növ təlimlərini keçirməzdi. Bu təlimlər birbaşa Türkiyənin Azərbaycanın yanında olduğunu, həmçinin Rusiyanın keçirdiyi ”Qafqaz 2020" təlimlərinə cavabıdır. Quru qoşunları və avasiyanın iştirakı ilə keçirilən bu təlimlər regionda yeni siyasi-hərbi dönəmin başlanması deməkdir. Həmçinin bu Azərbaycanın siyasi hakimiyyətinin Türkiyə ilə sıx yaxınlaşmasının mesajıdır. Müəyyən oyunçular Azərbaycanın generalını şəhid etməklə, psixoloji üstünlük qazanmaq istədilər. Amma bu olay bütün planların alt-üst edilməsi ilə, Türkiyənin Cənubi Qafazda möhkəmlənməsinə vəsilə oldu".
“Türk ordu bölmələrinin Azərbaycana gəlməsi, burada Azərbaycanla birgə genişmiqyaslı hərbi təlimlərin keçirilməsi çox müsbət hadisədir, sevindiricidir və şəxsən mən buna sevinirəm”.
Bu fikirləri “Yeni Müsavat”a politoloq Hikmət Hacızadə söylədi. Bildirdi ki, bütün bunlar Türkiyənin Qarabağ məsələsinin həll prosesində aktiv rol oynamaq fikrində olmasından xəbər verir: “Əlbəttə ki, bu, sülh prosesinə ciddi töhfə verə bilər. Bütün dünya görəcək ki, Azərbaycan tək deyil, arxasında Türkiyə kimi qüvvətli dövlət var. Həmçinin bu, bizim danışıqlardakı mövqeyimizi də möhkəmləndirəcək”.
H.Hacızadə hesab edir ki, bundan sonra Minsk Qrupuna əhəmiyyət vermək lazım deyil: “Rusiyanın moderatorluğu ilə keçirilən Azərbaycan-Ermənistan danışıqlarından nə isə gözləmək olar. Türkiyə o danışıqlarda aktiv şəkildə iştirak etsə, o halda təbii ki, nəsə gözləməyə dəyər. Azərbaycan müharibə istəmir, amma torpaqlarından da imtina etmək niyyətində deyil. Odur ki, güc nümayiş etdirmək lazımdır”. Politoloq qeyd etdi ki, Türkiyənin Azərbaycanda hərbi baza qurması da çox yaxşı hadisə olardı.
Erməni politoloq Andranik Tevanyan Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyanın Tovuz döyüşlərindən sonra atdıqları addımları müqayisə edib. (Publika.az) “Azərbaycan dünyanın müxtəlif yerlərində diasporu gücləndirir, Türkiyə ilə birlikdə genişmiqyaslı hərbi təlimlərə başlayır, türk ordusu İrəvanın yaxınlığında yerləşən Naxçıvana gəldi, Bakı və Ankranın münasibətləri misilsiz dərəcədə inkişaf edib. Bəs Nikol Paşinyan hökuməti nə işlə məşğuldur?”, - erməni politoloq sual verir.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-07-2020, 09:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-07-2020, 09:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07