“Lukaşenko yenə hakimiyyətini qoruyacaq” - Politoloq
“Kremlin son illərdə hansı dövlətin siyasətindən xoşu gəlmir ora muzdlu “Vaqner” qrupun başkəsənlərini göndərir. Moskva Suriya və Liviyada döyüşlərdə iştirak etdiyi muzdluları indi də gizli şəkildə qardaş adlandırdığı Belarusa göndərib. Məsələ burasındadır ki, avqustun 9-da Belarusda prezident seçkisi keçiriləcək və Aleksandr Lukaşenko yenə hakimiyyətini qoruyacaq”.
Bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Kremldə artıq Lukaşenkonun tənqidlərindən bezdiklərinə görə onu devirməyə qərar veriblər:
“Bunun səbəbi sadədir. Vaxtilə Rusiya ilə sıx inteqrasiya tərəfdarı kimi çıxış edən Lukaşenko 2000-ci illərdən sonra anlamağa başladı ki, Kremlə bərabərhüquqlu tərəfdaş yox, vassal lazımdır. Belarus prezidenti isə ölkəsini Rusiyanın əlavəsi kimi görmək istəmədi və bundan sonra yollar tədricən ayrıldı. Bundan başqa, Lukaşenko son bir neçə ildir ki, Qərblə yaxınlaşmağa başlayıb. Vaşinqton yenidən Belarusa səfirini göndərdi, sanksiyaların bir hissəsi ortadan qaldırıldı və dövlət katibi Mayk Pompeo Minskə Lukaşenkonun ayağına getdi. Belarusun Ukrayna kimi əldən çıxa biləcəyini müşahidə edən Kreml Lukaşenkoya qarşı düyməyə basdı. Ancaq Lukaşenko da hərif deyil, muzdluları həbs etdirdi. Muzdluların içərisində Donbasda separatçılar tərəfdə vuruşanlar da olub. Bundan sonra Lukaşenko daha sürətlə Rusiyanın təsirindən qopmağa çalışacaq, öz növbəsində Kremlin ona qarşı siyasi, iqtisadi və hərbi təzyiqləri artacaq. Lukaşenkonun Kremlin təzyiqlərinə tab gətirib gətirməyəcəyi Avropanın və ABŞ-ın ona verəcəyi dəstəkdən asılı olacaq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-07-2020, 13:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-07-2020, 13:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09