Lukaşenko Merkellə danışmaqdan imtina etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Almaniya kansleri Angela Merkellə danışmaqdan imtina edib.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə A. Merkel Avropa İttifaqının (Aİ) Belarusdakı vəziyyətlə bağlı təcili videokonfransından sonra bildirib.
Almaniya kanslerinin sözlərinə görə, Aİ Belarusun vətəndaş cəmiyyətini dəstəkləyəcək, lakin əvvəlcə Belarus müxalifəti özünün nə istədiyi barədə qərar verməlidir.
O, telefon danışığı zamanı Rusiyanın hərbi müdaxiləsinin çox mürəkkəb proseslərə səbəb olacağı barədə Vladimir Putinə xəbərdarlıq etdiyini də qeyd edib.
“Lukaşenko mənimlə danışmaqdan imtina etdiyi üçün bu anda özümü vasitəçi rolunda görmürəm. Öz tərəfimizdən bu ölkədə milli dialoqa təkan vermək üçün hər şeyi edəcəyik”, - deyə A. Merkel vurğulayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-08-2020, 21:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-08-2020, 21:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
20-02-2025, 14:36
20-02-2025, 10:45
20-02-2025, 09:49

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR