İcra başçısının birinci müavininə töhmət verildi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda sanitar-təmizlik tədbirlərinə diqqət artırılır, görülən işlərə nəzarət etmək üçün monitorinqlər keçirilir. Aparılan monitorinqlərin nəticələri onu göstərir ki, şəhərin mərkəzi və əksər rayonlarda sanitar təmizlik məsələləri qənaətbəxş olsa da, bu işlərlə yerli bələdiyyə və qəsəbə nümayəndəliklərinin məşğul olduğu bəzi kənar ərazilər və qəsəbələrdə müəyyən problemlər qalmaqdadır.
"Report" xəbər verir ki, BŞİH tərəfindən Binəqədi rayonunun qəsəbələrinin sanitar vəziyyəti, əhalini narahat edən problemlər və məişət tullantılarının vaxtında daşınması məsələlərinin araşdırılması məqsədi ilə monitorinq keçirilib.
BŞİH başçısı Eldar Əzizov rayondakı problemlərlə yerində tanış olub. Keçirilən yoxlama nəticəsində Binəqədi rayonunun Xocasən, Binəqədi və 28 May qəsəbələrində sanitar təmizlik sahəsində nöqsanların olduğu aşkarlanıb.
Aşkar edilən çatışmazlıqlar yerində müzakirə edilərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanova, rayon təsərrüfatı şöbəsinin müdiri Azər Kərimova və Xocasən qəsəbəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyevə töhmət verilib, bir sıra məsul işçilərə xəbərdarlıqlar edilib və qısa müddət ərzində yol verilən nöqsanların aradan qaldırılması tapşırılıb.
Eldar Əzizov bildirib ki, ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi nəticəsində bu gün şəhər kommunal strukturlarında maddi-texniki təminat baxımından heç bir problem yoxdur. Əsas məsələ insan faktoru və əldə olan imkanlardan düzgün istifadə etməkdir. Hər bir rəhbər işçi nöqsanlardan nəticə çıxarmalı, öz vəzifə borcunu məsuliyyətlə yerinə yetirməli və fəaliyyətini günün tələblərinə uyğun qurmalıdır.
Qeyd olunub ki, rayon strukturlarının işçilərindən əlavə olaraq Xocasən qəsəbəsində sanitar təmizlik və abadlıq işlərinə 58 nəfər sosial işçi cəlb olunub. Bu sayda işçi ilə nəinki Xocasən, həm də qonşu qəsəbədə normal təmizlik yaratmaq olar. Ona görə də bu qədər işçinin nə ilə məşğul olması sual doğurur. Həmçinin qeyd edilib ki, rayonda bəzi hallarda problemləri həll etmək əvəzinə onların həllinin nə üçün mümkün olmamasını əsaslandırmaq vərdişi yaranıb.
Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və digər şəhər strukturlarına Binəqədi rayonunda aparılan sanitar-təmizlik işlərində yaxından kömək edilməsi tapşırılıb.
Bildirilib ki, paytaxtın qəsəbələrində sanitar vəziyyətlə bağlı araşdırmalar davam etdiriləcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-08-2020, 10:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-08-2020, 10:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 15:26
ELMAR VƏLİYEVİN OĞLU QAZİNİN TORPAQ SAHƏSİNİ ZƏBT EDİB – “Mənə deyirlər ki, Elmir Vəliyev sifarişlə adam öldürəndir, ondan uzaq dur”
Bu gün, 09:26
İmperatorun hiyləsinə qurban gedən, İmamzadədə dəfn olunan qəhrəman “Dəli” - II HEKAYƏT
Bu gün, 08:27
400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...
Bu gün, 08:22
Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti
Dünən, 17:48
Qəbələnin Kiçik Pirəli kəndində yaşayan evdar qadınların “biznesini” Bakıda kimlər idarə edir
Dünən, 17:46
"Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır" - Ceyhun Bayramov
Dünən, 11:46
Əmirullayevin "ac həriflər"i - məktəblər sələmçilərin, jalüz pulu yığanların əlində yesir qalıb...
Dünən, 10:19
İmişli məktəbində sanitar qovşağın vəziyyətini ictimailəşdirən müəllim işdən çıxarıldı VİDEO
Dünən, 09:18