MİNSKDƏ YÜZMİNLİK AKSİYA KEÇİRİLİR - Prezident iqamətgahının müdafiəsinə zirehli texnika cəlb olunub + FOTO/VİDEO
Bu gün Belarusun paytaxtı minsk şəhərində on minlərlə insanın iştirakı ilə növbəti etiraz aksiyası keçirilir. Etirazçılar Aleksandr Lukaşenkonun altıncı dəfə prezident elan olunduğu seçkilərin nəticələrinə etiraz edirlər.
Müxalifət aksiyada 100 mindən artıq insanın iştirak etdiyini açıqlayıb. Mitinq iştirakçıları Prezident iqamətgahına doğru hərəkət edirlər.
Rusiya KİV-lərinin məlumatına görə, Prezident iqamətgahının müdafiəsinə zirehli texnika cəlb olunub.
Aksiya dinc xarakterli olsa da, İstiqlaliyyət prospektində icazəsiz aksiya iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.
İnsident Belarus Dövlət Təhlükəsizlik Komitəsinin yaxınlığında baş verib. Bildirilir ki, güc strukturlarının əməkdaşları aksiyaçılardan bir neçəsini dövlət nişanı olmayan avtobuslara yığıb aparıblar.
***
Bu gün səhər saatlarından etibarən Belarusun paytaxtı Minskin mərkəzinə hərbi texnika və güc sturkturlarının bölmələri, o cümlədən OMON hissələri yeridilir. Virtualaz.org xəbbər verir ki, təhlükəsizlik qüvvələri mərkəzi Müstəqillik meydanı və Hökumət evi boyu düzlülürlər.
Bu, müxalifətin növbəti izdihamlı aksiyasına hazırlıqdır. Planlaşdırılır ki, Belarus müxalifəti günün ikinci yarısında Minskdə və digər iri şəhərlərdə prezident seçkilərinin nəticələrinə etiraz olaraq yeni aksiyalar keçirəcək.
Belarus xalqı artıq üç həftədir seçkilərin nəticələrinə etiraz edir, yeni seçkilərin keçirilməsini, bütün siyasi məhbusların azadlığa buraxılmasını və etirazçılara işgəncələr verənlərin cəzalandırılmasını istəyir. Ötən gün avqustun 29-da Minskdə və digər şəhərlərdə qadınlar hakimiyyətin zorakılığına qarşı yürüş ediblər. Bu aksiyalar zamanı çoxsaylı xarici jurnalistlər saxlanılıb.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Belarusa yeritmək üçün ehtiyat ordu qüvvələri hazırladıqlarını bildirib. Onun sözlərinə görə, həmin qüvvələr “ekstremistlərin qırmızı xətti keçməsi halında” Belarusa yeridililəcək. Putinin bu bəyanatı ABŞ və Avropa liderlərinin ciddi narahatlığına səbəb olub.
Bir gün əvvəl Fransa prezidenti Emmanueal Makron Putinə zəng vuraraq onu Rusiyanın Belarusdakı vəziyyətə müdaxiləsinin "mümkün olan ən pis ssenari" olacağı haqda xəbərdar edib. Makronun sözlərinə görə, o, Putinlə telefon danışığı zamanı birbaşa onun diqqətinə çatdırıb ki, Belarusa hərbi və ya polis müdaxiləsi arzu olunan deyil.
Makron deyir ki, nə o, nə də Almaniya kansleri Angela Merkel, 2014-cü ildə Ukraynada baş verənlərin Belarusda təkrarlanmasını istəmir. Hansı ki, küçə etirazlarından sonra prezident Viktor Yanukovich ölkədən qaçdı və Rusiya "rusdilli əhalini qorumaq" bəhanəsi ilə Krımı ilhaq etdi , daha sonra Donbasdakı separatçılara yardım edərək hələ də davam edən silahlı qarşıdurmaya səbəb oldu.
Makrona görə, Merkel ilə birlikdə Putindən istədikləri odur ki, o, Lukaşenkonu ATƏT-in Belarusiya səlahiyyətliləri ilə etirazçılar arasında vasitəçi kimi iştirakının vacibliyinə inandırsın. Fransa prezidentinin sözlərindən belə çıxır ki, Putin bu məsələni Lukaşenkoya çatdırıb, ancaq Belarus lideri razılaşmayıb.
Bundan başqa AB-nin Xarici İşlər Naziri Cozef Borrell də rəsmi Moskvanın özünün dəfələrlə Belarusdakı vəziyyətə xarici müdaxilənin yolverilməzliyi barədə açıqladığı mövqeyini xatırladıb: "Güman edirəm ki, bu, Rusiyanın öz hərəkətlərinə aiddir"
Rusiya və Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və xarici təhdidlər olduqda onların bir-birlərinə yardım etmək öhdəliyi var. Belarusdakı seçki saxtakarlığına qarşı etirazlar fonunda Lukashenka Belarusun qərb qonşuları tərəfindən bu cür təhdidlərin olduğunu bəyan edir. Cümə günü etdiyi çıxışında Lukashenka qərb sərhəddəki vəziyyətin gərginləşəcəyi halda Rusiyanın silahlı qüvvələrinin ölkəyə daxil olacağına faktiki razılaşıb.
Bu arada Rusiya mənbələri xəbər verir ki, müxalifətin yeni aksiyaları ərəfəsində Putin Lukaşenkoya zəng vurub. Telefon danışıqlarının təfərrüatları açıqlanmır.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-08-2020, 21:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-08-2020, 21:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Bu gün, 11:29