Tixanovskaya Putini Belarusa müdaxilədən çəkinməyə çağırıb

Belarus prezidentliyinə eks-namizəd Svetlana Tixanovskaya Rusiya prezidenti Vladimir Putinin Belarusa göndərmək üçün güc strukturları ehtiyatının yaradılması barədəki bəyanatından narahat olduğunu ifadə edib.
«Bu, seçkiləri oğurlamaq və hakimiyyəti zəbt etmək cəhdləri göstərən rejimə qarşı xalqın dinc etirazıdır. Biz, bütün ölkələrdən Belarusun suverenliyinə hörmətlə yanaşmağı tələb edirik. Eyni zamanda, biz, cənab Putinin Rusiya OMON-nu Belarusa göndərmək barədə bəyanatından narahatlıq keçiririk. Bu, Belarusun suverenliyinin ciddi şəkildə pozulması olardı və Belarusla Rusiya arasında qarşılıqlı münasibətlərdə ağır nəticələrə səbəb olardı» - deyə, Tixanovskayanın mətbuat xidməti ondan sitat gətirib.
Xəbərdə qeyd edildiyi kimi, bu barədə müxalif siyasətçi Finlandiyanın Xarici İşlər naziri Pekko Haavisto ilə görüşündə bəyan edib. Görüş avqustun 29-da Vilnusda keçirilib.
Görüş zamanı Tixanovskaya və Haavisto Belarusdakı siyasi böhranı müzakirə ediblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-09-2020, 08:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:1-09-2020, 08:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:45
Dünən, 09:49
19-02-2025, 14:47
19-02-2025, 10:04

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR

Yardımlıda "yaşıl soyqırım" - Yaşıllığı məhv edərək yerində istirahət mərkəzi tikmək nəzərdə tutulmuşdur

Rəcəb Babaşovun oğluna “77-RR-777″nömrəli “Range Rover” doğum günü hədiyyəsi…-Video