reklam
Regionxeberlericom.az » Siyasət » İŞİD liderinin 5 il sonra ilk videosu yayıldı - Məğlubiyyətini etiraf etdi

reklam

İŞİD liderinin 5 il sonra ilk videosu yayıldı - Məğlubiyyətini etiraf etdi


İŞİD terror qruplaşmasının kütləvi informasiya vasitəsi olan “Əl-Furqan Media” qruplaşma lideri Əbubəkr əl-Bağdadinin olduğu video yayıb.
Bu barədə internetdə cihadçıların paylaşımlarını izləyən "SITE Intelligence Group” təşkilatı özünün tvitter hesabında məlumat verib.  
Təşkilatın direktoru bildirib ki, 2014-cü ilin iyulundan bəri ilk dəfədir ki, İŞİD Əl-Bağdadinin olduğu video paylaşıb. 
Yeni videoda Bağdadi rahat şəraitdə üzləri gizlədilən şəxslərlə “xaçpərəstlər”ə qarşı müharibə və Suriyanın Deyr əz-Zər əyalətinin Baquz şəhərindəki hərbi əməliyyatları müzakirə edir. O, İŞİD-ə məxsus son ərazi olan Baquz üzərindəki məğlubiyyətlərini etiraf edir. 
Qeyd edək ki, ABŞ həmin şəhərin cari ilin martında azad edildiyini elan etmişdi. Bu isə videonun yaxın zamanlarda lentə alındığını göstərir.
Bağdadinin saqqalının artıq kürən rəngdə olması da diqqətdən qaçmır. Bununla da, İraqın “Al-Araby al-Jadeed” qəzetinin İŞİD liderinin imicini dəyişməsi ilə bağlı yazdığı xəbəri təsdiqini tapmış oldu. 
 






Paylaş:


Müəllif : Tarix:
29-04-2019, 22:35
Sikayət   


loading...
Загрузка...