“MÜHARİBƏ OLSA, AFİNA ADALARI İTİRƏCƏK...” – “Türkiyə müharibəyə hazırdır”
Tarixdən məlum olduğu kimi, Birinci Dünya Müharibəsindən məğlub çıxan Osmanlı imperiyasının əraziləri digər ölkələr tərəfindən bölüşdürüldü. 1920-ci ildə bağlanmış “Sevr müqaviləsi” Osmanlı üçün tam iflas olsa da, Türkiyə özündə güc tapıb Anadolu yarımadasındakı torpaqlarını geri qaytardı və respublika qurdu.
İsveçrənin Lozanna şəhərində 1923-cü ildə bağlanmış müqaviləyə görə isə Türkiyə indiki sərhədləri çərçivəsində tanındı. Düzdür, sonradan Hatay ərazisi də Türkiyəyə daxil edildi, lakin “Lozanna müqaviləsi”nə əsasən Türkiyə demək olar ki, adalarsız qaldı.
Əgər xəritəyə diqqət edəriksə, Türkiyənin Aralıq dənizi sahili böyunca sərhədlərinin tam yaxınlığındakı adaların Yunanıstana məxsus olduğunu görərik. Yunanlar öz qitə ərazilərindən 300 kilometr uzaqlıqda, Türkiyənin qitə ərazisinin “burnunun ucunda” adalara sahibdirlər (İkinci Dünya Müharibəsindən sonra Aralıq dənizindəki “Dodekans” adalar qrupunu 1947-cu ildə İtaliyadan alıb yunanlara verdilər). Amma yunanlar bununla da kifayətlənməyib, beynəlxalq dəniz hüququ şərtlərini pozaraq, adaları qitə şelfi hüququ statusunda görmək istəyirlər.
Bildiyimiz kimi, son günlər bu məsələ ilə əlaqədar Türkiyə ilə Yunanıstan arasında ciddi gərginlik yaşanır. “AzPolitika.info” xəbər verir ki, qarşıdurmanın müharibəyə çevriləcəyi halda nələrin yaşanacağı ilə bağlı Türkiyənin “Star” qəzeti istefadakı polkovnik və təhlükəsizlik üzrə ekspert Ünal Atabayın fikirlərinə yer verib. Həmin yazını diqqətinizə çatdırırıq:
“İstefada olan polkovnik və təhlükəsizlik məsələləri üzrə ekspert Ünal Albay deyir: ”Adaların qitə şelfi haqqı ola bilməz”. Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizində baş verən gərginliyin hansı istiqamətdə inkişaf edəcəyi, hələ ki, tam bəlli deyil.
Avropa Birliyi və ABŞ gərginliyin azaldılması üçün təşəbbüslər göstərdiyi bir vaxtda Yunanıstan durmadan təxribatlar törədir. Regionda Fransa, İtaliya və Cənubi Kiprlə dördtərəfli hərbi əməliyyatlara başlayan Yunanıstan diplomatik qapıları bağlayır.
Ünal Atabay durumu bu sözlərlə şərh edib: ”Şərqi Aralıq dənizində Türkiyənin Yunanıstanla müzakirə edə biləcəyi heç nə yoxdur. Yunanıstanın Şərqi Aralıq dənizndə heç bir hüququ yoxdur. Bu regionda onun dəniz hüququ yoxdur. Dəniz hüququ konvensiyasına uyğun olaraq, adalar qitə şelfinə iddia edə bilməzlər. Yunanlar Krit, Karpatos, Rodos adalarının qitə şelfi hüququ olduğunu söyləyirlər. Onların iddialarının hüquqi əsası olmadığından Türkiyənın müzakirə aparacağı predmet də yoxdur”.
Şərqi Aralıq dənizi probleminin həll edilməsi üçün Türkiyənin Aralıq dənizinin sahilboyu ölkələrinə çağırış etdiyini söyləyən ekspert, deyib: ”Türkiyə problemin ədalətli şəkildə müzakirə edilməsi üçün münaqişə tərəflərini bir masa arxasında əyləşməyə çağırır. Amma Yunanıstan təcavüzkar doktrina qəbul edib. Və gərginliyi qızışdırdıqdan sonra geriyə addım ataraq, problemi müzakirə nöqtəsinə daşıyırlar. Yunanıstan beynəlxalq konyukturadan istifadə etməklə buradan “bir tikə qopara bilərəm”, məntiqiylə hərəkət edir”.
Atabay daha sonra bildirib: ”Yunanıstan gərginliyi qızışdırmaqla üstünlük qazanmaq istəyir, ancaq müharibə olarsa, Afina böyük itkilər verəcək. 1830-cu ildə müstəqillik qazanan Yunanıstan tutduğu ərazilərin heç birini müharibə yoluyla əldə etməyib. O, bu ərazilərin hamısını masa arxasında alıb və artıq buna vərdiş edib. Ona görə də həmin vərdişindən əl götürmək istəmir. Lakin əgər Yunanıstan Türkiyənin haqqını tapdalayaraq gərgin vəziyyət yaradarsa, onda Türkiyə müharibəyə hazır olacaq. Türkiyə problemin müzakirə masası arxasında həllinin tərəfdarıdır, amma Yunanıstan iqtisadi zona və qitə şelfindən danışmaq istəyir. Məsələ ondadır ki, Türkiyə və Yunanıstan arasındakı problem bununla məhdudlaşmır. Adalar hərbsiz zona kimi qalmalıdır, ancaq Yunanıstan adaları silahlandırıb. Ərazi sularını 6 mildən 12 milədək genişləndirmək cəhdi davam edir. Yunanıstan əvvəlki kimi 10 millik hava məkanından istifadə edir, əslində isə bu məsafə 6 mil olmalıdır.
Türkiyə hər hansı ön şərt qoymadan bütün problemlərin müzakirəsinə çağırır, burada məhz Yunanıstan kompromisə getmir. Əgər Türkiyə maraqlarına və haqqına toxunularsa, lazım gəldiyi vaxt müharibə edə bilər, lakin uduzan Yunanıstan olacaq. Nəticədə Yunanıstan adaların əksər hissəsini itirər və Qərbi Frakiya da əldən çıxar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-09-2020, 10:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-09-2020, 10:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24