ABŞ-ın strateji bombardımançıları Ukrayna səmasında - Rusiya təyyarələri havaya qaldırıldı + VİDEO

ABŞ Hərbi Hava Qüvvələrinin üç B-52 "Stratofortress" strateji bombardmançı təyyarəsi cümə günü Ukrayna üzərində uçub. Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanlığı məlumat yayıb. Bunun Ukrayna üzərində ilk uçuş olduğu bildirilir.
Xəbərdə Şimali Dakotadada mənzillənən B-52 bombardmançı təyyarələrin yaxın vaxtlarda İngiltərədəki Fairford bazasına gətirildiyi vurğulanır.
Qeyd olunur ki, Ukrayna döyüş təyyarələrinin müşayəti ilə reallaşan bu uçuşun əsas hədəflərindən biri də Rusiyanı bölgədə cilovlamaq qabiliyyətini nümayiş etdirmək olub. Ukrayna Müdafiə Nazirliyinin açıqlamasına görə, Ukraynanın Su-27 və MiG-29 qırıcıları B-52-ləri Polşa ilə sərhəddə qarşılayaraq Ukrayna ərazisi üzərindən Azov dənizinə və geri qayıdana qədər müşayət ediblər.
Amerika təyyarələrinin dəqiq marşrutu barədə məlumat verilmir.
Məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi də məlumat yayıb. Məlumatda "ABŞ təyyarələrinin Rusiya hava sahəsini pozmasının qarşısını almaq məqsədi ilə" Qara və Azov dənizləri akvatoriyasından Su-27 və Su-30 təyyarələrindən ibarət səkkiz qırıcı təyyarənin havaya qaldırıldığı deyilir. Həm də vurğulanır ki, ABŞ təyyarələri Rusiya sərhədini pozmayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-09-2020, 13:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-09-2020, 13:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:45
Dünən, 09:49
19-02-2025, 14:47
19-02-2025, 10:04

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR

Yardımlıda "yaşıl soyqırım" - Yaşıllığı məhv edərək yerində istirahət mərkəzi tikmək nəzərdə tutulmuşdur

Rəcəb Babaşovun oğluna “77-RR-777″nömrəli “Range Rover” doğum günü hədiyyəsi…-Video