reklam
Regionxeberlericom.az » Siyasət » Bakıdan Moskvaya tərs şapalaq: Azərbaycan Rusiyaya hava sahəsini bağladı...

reklam

Bakıdan Moskvaya tərs şapalaq: Azərbaycan Rusiyaya hava sahəsini bağladı...



Azərbaycan öz hava məkanını Rusiyanın Suriyadan qayıdan DRLOU A-50 hərbi təyyarəsi üçün bağlayıb. 

RegionXəbərləri.com Ovqat.com-a istinadən xəbər verir ki, bildirdiyinə görə, bu barədə sentyabrın 11-də Rusiyanın Telegram kanalı "Ovçunun qeydləri"ndə («Записки охотника») məlumat verilib.

Məlumata görə, Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri Xəzər dənizi ətrafında uçmalı və Mozdokdakı aerodroma qayıtmalı imiş. Amma rəsmi Bakı buna icazə vermədiyi üçün təyyarələr ayrı marşrut üzrə uçmaq məcburiyyətində qalıb.

Rus kanalı Azərbaycanın bu hərəkətlərinə təhdidlər yağdırmaqdan da geri qalmayıb. “Rəsmi olaraq tərəflərdən heç biri Bakının açıq-aşkar düşmənçilik aktına münasibət bildirməyib, lakin aydındır ki, onun bu hərəkəti nəticəsiz qalmayacaq”-telekanalın şərhində belə deyilib.

“Rusiya Aerokosmik Qüvvələrinin Suriyadakı DRLOU təyyarəsinin növbəti rotasiyası. Xəzər dənizindən keçən "köhnə" Suriya marşrutu ilə “ev”ə qayıdırdılar.  Geri dönüş problemsiz ötüşməsi - Azərbaycan öz hava sahəsindən keçməyə izn vermədi, Türkmənistandan keçmək lazım gəldi. Mozdoka, sonra İvanovoya eniş ", - deyə Telegram kanalının xəbərində belə deyilir.

Maraqlıdır ki, telekanal Azərbaycanın bu hərəkətini Rusiyaya qarşı “təcavüzkar akt” adlandırıb və bunun son zamanlar intensiv xarakter aldığından şikayətlənib: “Son zamanlar Azərbaycan Moskvaya qarşı təcavüzkar hücumlara getdikcə daha çox yol verir. Bir neçə həftə əvvəl Azərbaycan tərəfi Rusiyanı İran ərazisindən Ermənistana silah satmaqda ittiham edib. Bundan əvvəl isə rəsmi Bakı erməni və ruslara qarşı yalançı aksiyalar təşkil edib. Mövcud gərginlik fonunda hava məkanının bağlanması Azərbaycan rəhbərliyinin ardıcıl qərarı kimi görünür”.

Qeyd edək ki, DRLOU A-50 uzaqdan radaraşkarlanma və kəşfiyyat  tipli təyyarələrdir. İlk əvvəl 1980-ci illərin sonlarında Taqanroq Aviasiya Elmi-Texniki Kompleksində İl-76 hərbi nəqliyyat təyyarəsi əsasında yaradılıb. 1989-cu ildə isə Rusiya Hərbi Hava Qüvvələrinin inventarına qəbul olunub.
Daha sonra  Moskva Tədqiqat Alətləri İnstitutu tərəfindən təmkilləşdirilərək Tu-126 təyyarələrinə quraşdırılıb. Üzərində quraşdırılmış Bumblebee radio kompleksi ilə birlikdə A-50 havadan radar nəzarət və rəhbərlik kompleksi funksiyalarını yerinə yetirir.

DRLOU A-50 təyyarələri hava və quru hədəflərini aşkarlamaq və izləmək, Silahlı Qüvvələrin avtomatik idarəetmə sistemlərini bu barədə xəbərdar etmək, hava, quru və dəniz hədəflərinə hücum təhlükəsi yarandığı zaman qırıcı təyyarələri idarə etmək üçün istifadə edilir. Bir növ, hava komandanlığı vəzifəsini görür. Başqa sözlə desək, Rusiyanın ən müasir hərbi kəşfiyyat təyyarəsidir. Dolayısıyla bir dəfə Azərbaycanın üzərindən keçməsi kifayətdir ki, ən gizli hərbi məlumatları əldə etsin və avtomatik olaraq mərkəzə ötürsün. 

Nəzərə alsaq ki, Ermənistanla döyüşlərdə düşmən tərəfinə ən gizli məlumatlar Rusiya tərəfindən ötürülür və bunun nəticəsində döyüşlərdə general və yüksək rütbəli zabitlərimiz şəhid edilib, Azərbaycan Müdafiə Nazirliyinin rus kəşfiyyat təyyarəsinin hava məkanımızdan keçməsinə izn verməsi nəinki təəccüblü doğurar, hətta xəyanətə bərabər hadisə kimi qiymətləndirilə bilərdi. 

Üstəlik, Rusiya Ermənistanla KTMT çərçivəsində müttəfiqdir və müqaviləyə əsasən, müttəfiqlər bir-birinə hərbi məlumatlar ötürməyə borcludurlar. Biz hələ onu demirik ki, sərhədlərimizdə və işğal olunmuş ərazilərimizdə bizə qarşı vuruşan əslində heç Ermənistan da yox, Rusiyadır. Azərbaycan tam 30 ildir ki, Rusiyanın təcavüzkar siyasəti nəticəsində torpağının 20%-ni geri qaytara bilmir, rəsmi Bakı isə ya qonşuluq xətrinə, ya da qorxusundan bu həqiqəti  dilə gətirmir. Rusiya mediası isə Azərbaycanın öz hava məkanını xoş niyyəti şübhə doğuran Rusiya təyyarəsinə bağlanmasını “təcavüz aktı” adlandırır. Lap məşhur atalar sözündə deyildiyi kimi, “adımı sənə qoyaram, səni də yana-yana qoyaram”.
Adama deyərlər ki, düşmən tərəfsənsə belə, ən azından düşmənə silah və məlumat verən tərəfsən. Sənin mənim hava məkanımda nə itin azıb?! Ermənistana ən kritik anlarda silah-sursat verən bir ölkə hansı üzlə bizdən hava yolu istəyir? Həm də elə bir zamanda ki, Azərbaycan növbəti erməni-rus hücumu təhlükəsindən qorunmaq üçün hərbi dislokasiya vəziyyətini ya dəyişib, ya da dəyişməlidir.


Paylaş:


Müəllif : Tarix:
13-09-2020, 22:55
Sikayət   


loading...
Загрузка...