Qarabağda PKK-ASALA-PYD-YPG koalisiyası - Türkiyə və Azərbaycan hərəkətə keçə bilər
Bölgədə maraqları olan bəzi güclərin əlində oyuncağa çevrilmiş işğalçı Ermənistan nə 2016-cı ilin aprel döyüşlərindən, nə də Tovuz cəbhəsində baş verənlərdən dərs çıxartmaq niyyətində deyil. Hər halda, düşmənin bütün davranışları, siyasi, diplomatik və hərbi istiqamətdə nümayiş etdirdiyi cəhdlər bu qənaətə gəlməyə əsas yaradır.
Sentyabrın 14-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində törədilmiş növbəti təxribat nəticəsində ordumuzun giziri Əliyev Renat Eldar oğlu yaralanıb ki, bu da yalnız Azərbaycan hərbçilərinə deyil, beynəlxalq təşkilatların, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin atəşkəs rejiminin qorunub-saxlanılması və Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi barədə çağırışlara atılan güllələr sayılmalıdır. Lakin İrəvanın növbəti dəfə Qarabağın hüdudlarından kənarda, iki ölkə sərhədində gərginliyi tətikləyən alçaq davranışları varlığı ilə yoxluğu bilinməyən vasitəçilər tərəfindən sükutla izlənilməkdədir. Elə bunun nəticəsidir ki, işğalçı getdikcə azğınlaşır. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 34 dəfə pozub.
Ermənistan və Qarabağdakı terrorçu qruplaşma üzvləri tərəfindən Azərbaycana qarşı yönələn həyasız bəyanatların isə ardı-arası kəsilmir. İşğal zonasında qeyri-qanuni məskunlaşma, ərazilərin əkilməsi, Azərbaycanın digər rayonlarına doğru axan çayların qarşısının kəsilməsi ilə bağlı planlarını nümayişkəranə şəkildə elan edən işğalçılar indi də tariximizin saxtalaşdırılması istiqamətində növbəti avantüralarını tirajlamaqdadırlar. “Tiqranakertdəki qazıntılar beynəlxalq standartlara uyğun olaraq aparılır”. Erməni nəşrlərinin yaydığı məlumata görə, bu həyasız açıqlamanı separatçı-terrorçu rejimin “təhsil, elm və mədəniyyət naziri” adlanan Lusine Qaraxanyan ad-soyadlı adamabənzər məxluq dünən - sentyabrın 15-də Xankəndində keçirdiyi mətbuat konfransında dilə gətirib. O, koronavirus pandemiyasının yayılmasının “arxeoloji qazıntılar”a mane ola bilmədiyini qeyd edib. (Moderator.az) L.Qaraxanyan çərənləyib ki, Şahbulaqda hər il aparılan qazıntıların nəticələri guya beynəlxalq jurnal və konfranslarda təqdim olunur. “Tiqranakertin ”şəxsiyyəti"nin erməni olduğuna şübhə yoxdur. Tiqranakertin “pasportu”nun müzakirəyə ehtiyacı yoxdur. Biz Tiqranakerti açıq hava altında muzeyə çevirəcəyik"-Qaraxanyan həyasızlığını davam etdirib.
Bununla da ermənilər nəinki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinə, hətta ətraf bölgələrə də iddialarını bir daha ortaya qoyublar, özü də adamı heyrətləndirəcək qədər həyasızlıqla... Ancaq bu da erməni həyasızlığının son həddi - dəlil-sübutu deyil. Sentyabrın 15-də Xankəndində qondarma separatçı rejimin təhlükəsizlik şurasının ilk iclası keçirilib və rejimin başçısı Araik Arutyunyan iclasda çıxış edib. Hərbi, siyasi, iqtisadi və informasiya təhlükəsizliyini xüsusi vurğulayan Arutyunyan da faktiki Azərbaycana qarşı 7 şərt-prinsip ortaya qoyub. Bu, şərəfsiz terrorçubaşı qondarma rejimin danışıqlarda tam hüquqlu tərəf kimi iştirakını tələb edib. Əks təqdirdə, “Artsax Respublikası təcavüzkar Azərbaycana qarşı bərabər nisbətdə olmayan əks zərbə vurmağa, eyni zamanda hərbi əməliyyatları onun ərazisinə köçürməyə hazırdır” - kimi sərsəm fikirlər söyləyib. Təbii ki, Arutyunyan özbaşına deyil və onun xaltası böyüklərinin əlindədir, istədikləri zaman Azərbaycana doğru qısqırdırlar.
Diqqətçəkən budur ki, Tovuz döyüşlərindən sonra Nikol Paşinyan da Azərbaycana qarşı 7 şərt irəli sürmüşdü və cavabı çox gecikmədi. Qarabağ separatçısına isə rəsmi cavab verməyə ehtiyac yoxdur. İki gün əvvəl Ermənistanın XİN rəhbəri Z.Mnatsakanyan da Azərbaycana ünvanlı cəfəng ittihamlar səsləndirmişdi. Görünən budur ki, bütün davranışlar böyük savaşa aparır və düşmən bunu çox istəyir.
Yazı çapa hazırlanarkən digər bir xəbər yayıldı. Məlumata görə, livanlı ermənilərin ardınca PKK terror təşkilatının xüsusi təyinatlı qüvvələri də Qarabağa yerləşib. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı Türkiyənin “Cümhuriyet” qəzeti yayıb. Qəzet yazır ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik vəziyyəti dəyişdirmək yönündə fəaliyyətini davam etdirir. Paşinyan hökuməti Beyrutda baş vermiş partlayışdan sonra yüzdən çox livanlı ermənini Dağlıq Qarabağda və ətraf rayonlarda məskunlaşdırıb. Daha əvvəl isə Ermənistan suriyalı erməniləri Dağlıq Qarabağda yerləşdirmişdi.
“Paşinyan demoqrafik vəziyyəti dəyişdirməklə yanaşı Dağlıq Qarabağa hərbi fəaliyyətləri də gücləndirib. Regiondakı təhlükəsizlik qaynaqlarından əldə edilən məlumatlara görə PKK-nın dırnaqarası xüsusi təyinatlı qüvvələri Dağlıq Qarabağa göndərilib və orada ermənilərə hərbi təlim keçir. PKK Qarabağda yeni hücum dalğası başlatmağa hazırlaşır, bu arada 250-yə yaxın erməni əsgəri də Suriyada PYD/YPG terror təşkilatının sıralarına qatılmaq üçün göndərilib”, - qəzet belə yazır.
Bildirilir ki, erməni əsgərlərlə PKK arasındakı bu işbirliyi Fransanın vasitəçiliyi ilə baş tutub. Erməni əsgərlər Fransanın müşahidəsi və vasitəçiliyi altında PKK ilə danışıqlar aparıb. İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bugünlərdə bildirib ki, livanlı ermənilərin Qarabağa köçürülməsi “işin görünən tərəfidir”. “Keçmiş səfir son iki ayda İraq və Suriyadan yüzlərlə PKK terrorçusunun Dağlıq Qarabağa yerləşdirildiyini demişdi”, - məlumatda bildirilir.
Əslində PKK-nın işğal altındakı Azərbaycan ərazilərinə köçürülməsi barədə məlumatlar yeni deyil və ötən illərdə də dəfələrlə bununla bağlı yazılıb. PKK terror təşkilatının Azərbaycanın işğal altındakı ərazilərində, o cümlədən Kəlbəcərdə təlim düşərgələrinin olduğu barədə məlumatlar və görüntülər daha əvvəllər də yayılmışdı. Məsələ burasındadır ki, Türkiyənin sarsıdıcı zərbələrindən sonra PKK artıq özünə yeni “yuva” tapmağa qərar verib ki, bu da nəzarətdən kənar ərazi olan Qarabağ torpaqlarıdır. PKK-nın tərkibində kifayət qədər erməni döyüşçülər də var və bu fakt Ermənistanın əlinə işləyir. İşğalçı ölkə terrorçu təşkilatlarla işbirliyinə gedərək Azərbaycan və Türkiyəyə qarşı ASALA-PKK-PYD-YPG terrorçu təşkilatlarının koalisiyasını yaratmaqdadır. Suriya ərazisində Türkiyəyə qarşı döyüşən ermənilər bunun qarşılığını Qarabağda görmək istərdilər heç şübhəsiz.
Prezidentin köməkçisi Hikmət Hacıyev bugünlərdə bəyan etmişdi ki, Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir. Bununla bağlı beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərə də reaksiya yoxdur. Beləliklə, Qarabağ terrorçu yığnağına çevrilməkdədir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Türkiyə ordusu və hava qüvvələri son aylarda İraq və Suriya ərazisində gizlənən PKK-ya öldürücü zərbələr vurur. Buna görə də terrorçu təşkilat gizlənməyə yeni məkan axtarır: “Bu məkanlardan biri kimi də işğal altındakı Azərbaycan əraziləri seçilə bilər. PKK rəhbərliyi düşünür ki, bu yerdəyişmə ilə onlar özlərini Türkiyə ordusunun hücumlarından qoruya biləcəklər. Bu köçdən Ermənistan hakimiyyəti də öz məqsədləri üçün istifadə edərək, bölgədəki separatçıların gücünü artırmağa çalışacaq. PKK ilə erməni terrorçu ASALA təşkilatı arasında əməkdaşlıq uzun illərdir davam edir. Yəni bir-birilərinə yad deyillər. PKK ilk dəfə deyil ki, ermənilərə yardım əlini uzadır”. Politoloq qeyd etdi ki, PKK terrorçularının Azərbaycanın işğal altındakı ərazilərdə yerləşməsi bizim üçün yeni durum yaradır: “Rəsmi Bakı yeni yaranan təhlükəni beynəlxalq təşkilatlar vasitəsilə həll edə bilməyəcək. Heç bir beynəlxalq təşkilat PKK terrorçularının işğal altındakı bölgələrdə yerləşməsinə mane olmayacaq. Əksinə, illərdir Türkiyəyə qarşı terror planlarında PKK-ya bu və ya digər şəkildə dəstək verən bir qisim dövlət terrorçuların Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşməsini bəyənəcək. Ona görə də beynəlxalq təşkilatlarda söz sahibi olan həmin dövlətlərdən Ermənistan + PKK cütlüyünə qarşı addım atacağını gözləməyə dəyməz. Əksi olsaydı, həmin dövlətlər Livan ermənilərinin işğal altındakı torpaqlarda yerləşməsinə qarşı bəyanat verərdilər. Halbuki bu köç bölgədə müharibə ehtimalını daha da artırır. Minsk Qrupu həmsədrlərinin isə bu mövzuda nə bir bəyanatı, nə də bir cümləsi var”.
E.Şahinoğlu düşünür ki, PKK-nın işğal altındakı torpaqlarda yerləşməsi və ərazimizdə hərbi düşərgələr formalaşdırması gələcəkdə terrorçu təşkilatın Türkiyə ilə bərabər Azərbaycana qarşı da təxribatların baş verməsi ehtimalını artırır: “Bu durum işğal altındakı torpaqların azad olunması məqsədilə Azərbaycanla Türkiyənin birgə hərbi əməliyyat keçirməsi üçün şərait yaradır. Çünki PKK-nın Dağlıq Qarabağda yerləşməsi Azərbaycan kimi Türkiyənin də əsas probleminə çevrilir”. “Atlas” rəhbəri əlavə etdi ki, PKK-nın işğal altındakı torpaqlarımıza yerləşməsi Azərbaycanla Türkiyənin erməni və kürd separatçılarına qarşı birgə əməliyyatını tezləşdirə bilər: “Türkiyə PKK terrorçularının Dağlıq Qarabağda yerləşməsinə seyrçi qala bilməz. Elə Azərbaycanın özü də PKK terrorçularının işğal altındakı torpaqlarımızda yerləşməsinə seyrçi qalmamalıdır. Çünki böyük terror təcrübəsi olan PKK-çılar bundan sonra bizim əraziləri və vətəndaşlarımızı da hədəf seçə bilərlər. Ermənistan hakimiyyət rəsmən terrorçularla əməkdaşlıq yolunu seçib. Ona görə də bizim cavabımız adekvat olmalıdır”.
Şübhə yoxdur ki, işğalın davam etməsi Azərbaycanla yanaşı, Türkiyəni də ciddi şəkildə narahat edir. Ermənistanın həyasız davranışlarına növbəti reaksiya Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoraldan gəlib: “Ermənilər bir neçə ay əvvəl Tovuz bölgəsində təxribatlar törətdilər. Şəhidlərimiz oldu. Təxribatlar hələ də davam edir. Ötən gün daha bir hərbçi yaralanıb. Ermənilər baş verənlərdən bir dərs çıxarmırlar. Artıq hər kəsin ağlını başına alması gərəkdir”. (APA) O bildirib ki, Qarabağ probleminin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmalıdır: “Azərbaycanın haqqı və hüquqi tanınmalıdır. Öz torpaqlarından qaçqın düşən qardaşlarımız torpaqlarına qayıtmalıdır. Bunun üçün vaxt çoxdan gəlib keçib. Anadolu bizim üçün necə Vətəndirsə, Qarabağ da bizim üçün elə Vətəndir. Ən böyük öncəliyimiz Qarabağ məsələsinin diplomatik yollarla həllini tapmasıdır. Lakin qarşımızdakıların da bunu bilməsi lazımdır ki, hər kəsin bir yerə qədər səbri var. Azərbaycan bu məsələdə yetəri qədər səbir göstərdi”.
Qardaş ölkənin Bakıdakı səfiri əslində Türkiyə rəhbərliyinin mövqeyini növbəti dəfə nümayiş etdirib. Rəsmi Ankara Azərbaycan ərazilərinin azad olunması ilə bağlı birmənalı, qəti və konkret mövqe ortaya qoyub. Elə Türkiyə-Azərbaycan birgə təlimləri də məhz bunu hədəfləyib. Bu mənada şübhə yoxdur ki, günün birində iki qardaş ölkənin ordusu Qarabağı PKK-PYD-ASALA-YPG tör-töküntülərindən təmizləmək üçün ildırım sürətilə hərbi əməliyyatlara başlaya bilər. Əslində antiterror koalisiyasının üzvləri olan hər iki ölkənin buna haqqı çatır.
Bu arada sentyabrın 16-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, əlahiddə hərbi hissə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə görüşüb.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə naziri cari ilin ötən dövründə döyüş hazırlığı və mənəvi-psixoloji təminat sahəsində fəaliyyətlərin təhlilini aparıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət göstərdiyini qeyd edən Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanının ordumuz qarşısında qoyduğu tapşırıqları görüş iştirakçılarına çatdırıb.
Cəbhədəki son vəziyyətə toxunan müdafiə naziri şəxsi heyətin döyüş hazırlığını və ayıq-sayıqlığını yüksək səviyyədə saxlamağı, eləcə də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə törədə biləcəyi genişmiqyaslı təxribatların qarşısının dərhal və qətiyyətlə alınmasını əmr edib.
Azərbaycan xalqının orduya inamının güclü olduğunu xatırladan nazir torpaqlarımızın işğaldan azad edilməsi naminə müqəddəs vəzifənin yerinə yetirilməsinə əsgərdən generaladək hər bir hərbi qulluqçunun hazır olduğunu bildirib.
Orduda həyata keçirilən döyüş hazırlığı tədbirləri, bölmələrin təminat və təchizatı, eləcə də döyüş qabiliyyətinin artırılması məsələlərini diqqətə çatdıran müdafiə naziri həmçinin tərbiyəvi işin planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı vəzifəli şəxslərə konkret tapşırıqlar verib.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:17-09-2020, 09:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-09-2020, 09:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24