reklam
Regionxeberlericom.az » Siyasət » “Türkiyəyə hörmət edirik və onunla dialoqa hazırıq” - Makron

reklam

“Türkiyəyə hörmət edirik və onunla dialoqa hazırıq” - Makron


Avropa Şərqi Aralıq dənizi məsələsində Türkiyə ilə dialoqa hazırdır. Bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.
“Biz Türkiyəyə hörmət edirik. Biz dialoqa hazırıq. Lakin biz Türkiyənin Avropa suverenliyinə və beynəlxalq hüquqa hörmətlə yanaşacağını, Liviya və Suriyada öz hərəkətləri ilə bağlı izahat verəcəyini gözləyirik”, - deyə Makron BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı bildirib.
“Bizə beynəlxalq hüquqa hörmət və müttəfiqlər arasında əməkdaşlıq, hörmət lazımdır", - deyə Fransa lideri əlavə edib.


Paylaş:


Müəllif : Tarix:
23-09-2020, 08:13
Sikayət   


loading...
Загрузка...