DÜNYANIN TALEYİNƏ TƏSİR EDƏCƏK SEÇİM – “Qocalar evi”nə çevrilən Demokrat Partiyasının arxasındakı güc dünyaya nə vəd edir?
ABŞ-da noyabrın 3-də keçiriləcək prezident seçkiləri bu ölkə tarixinin ən gərgin və həlledici hadisələrindən biri olacaq. Maraqlıdır ki, elə həmin gün həm də Nümayəndələr Palatasının tam tərkibi, Senatınsa üçdə biri seçiləcək. Amerikanın dünyadakı iqtisadi-siyasi və hərbi qüdrətini nəzərə alsaq, əminliklə deyə bilərik ki, bu seçkilər dünyanın gələcək müqəddəratında əhəmiyyətli tarixi rol oynayacaq.
Dünyanın perspektiv inkişaf dinamikasında ABŞ-dakı seçkilərin əsas dönüş nöqtəsi olacağı şübhəsizdir. Əlbəttə ki, Amerikadakı proseslər həmişə dünyadakı digər dövlətlərin taleyinə təsir göstərib. Amma məsələ ondadır ki, hazırda Amerikada cərəyan edənlər 500 il öncə başlayan və “Modern tarix” adlanan böyük sosial-iqtisadi dövrün sona çatmasının əlamətidir. Önümüzdəki 10-15 il ərzində baş verəcək proseslərin intensivliyi və mühümlüyü indiyədək gəlib-keçmişlərdən büsbütün fərqlənəcək. Bəşəriyyət çox mürəkkəb vəziyyətlə üzləşəcək və bu vəziyyətin köhnə metodlar vasitəsilə izah edilməsi çətinləşəcək. Çünki qarşılaşacağımız durumun anlayış dili tamam ayrı səciyyəvi xüsusiyyət daşıyacaq. İndi yaşananların haradan qaynaqlandığını və onun məğzinin düzgün qavranılmasını istəyiriksə, ilkin mənbəyə qədər gedib çıxmalıyıq.
Müasir dünyanın iqtisadi inkişaf modeli
Müasir dünyanın iqtisadi inkişaf modelinin təməli 16-cı əsrdə Avropada qoyulub. Avropadakı natural feodal təsərrüfat sisteminin yerini yeni yaranmış kapitalizm iqtisadi-sosial quruluşu tutdu. İctimai-siyasi və dini hərəkat olan reformasiya və ondan doğan protestantizmin sekulyarlaşdırılmış elementləri kapitalizmin ideya bazasına çevrildi. Öz ictimai-iqtisadi və həm də siyasi quruluşuna görə öncəki əsrlərdən köklü şəkildə fərqlənən yeni bir dövr meydana gəldi. Bu dövr özündən əvvəlki ənənəvi sosial-iqtisadi quruluşun bütün parametrlərindən imtina edərək, tamamilə ayrı istiqamətə doğru yön aldı. Milli dövlət, suverenlik, azad bazar kimi anlayışlar meydana çıxdı. Əlbəttə, o zamankı ictimai şüur, həyata baxış, dünyagörüş fəlsəfəsi, iqtisadi münasibətlər, mənəvi dəyərlər və idarəetmə üsulları ayrı idi. 20-cu əsrin əvvəllərinə kimi iqtisadiyyatda sənaye kapitalizmi əsas mövqedə dayanırdı və kapital əsas etibarıyla istehsaldan əldə edilirdi. Lakin 1913-cü ildə Federal Rezerv Sistemi (FRS) yarandıqdan sonra maliyyə-bank oliqarxiyası tədricən iqtisadiyyatın istiqamətini və funksiyasını müəyyənləşdirən güc olmağa başladı. İkinci Dünya Müharibəsindən sonra isə dünya iqtisadiyyatında maliyyə sektorunun payı getdikcə artdı. Beynəlxalq maliyyə oliqarxiyası 1991-ci ildə SSRİ-nin süquta uğraması və bu məkanın bütün subyektlərinin dollar zonasına daxil olmasıyla iqtisadi-maliyyə sisteminin vahid benefisiarına çevrildi. Detallara girərək indiki iqtisadi modelin işləmə mexaniizminə toxunmaq fikrində deyilik. Bu, ayrı bir mövzudur. Ancaq hər halda qısaca da olsa onu demək olar ki, bu modelin bazasında iqtisadi böyümə durur. Yəni son dövrlər iqtisadiyyata böyük pulların axıdılması, alıcılıq qabiliyyətinin və sosial rifahın yüksəldilməsi üçün həyata keçirilən kreditləşmə əməliyyatları əvvəlkitək fayda vermir. İqtisadiyyata pul sərf edilir, ancaq o, böyümür və struktur böhranı gedir.
Dünyadakı makro-iqtisadi proses aşağıdakı kimi dövr etdirilir:
1) FRS vasitəsilə pul emissiyasının artırılması müvafiq surətdə tələbatı da artırdı. Qırx il əvvəl tələbat ildən-ilə elə böyüdülüb ki, onun da artım tempi iqtisadiyyatın böyümə tempini ötüb keçib.
2) Tələbatın artırılması təbii ki, istehsalın həcmini də böyüdüb. Bu isə istehsal sahəsinə külli miqdarda pul ayrılmasına gətirib çıxardı.
3) İstehsalın maliyyələşdirilməsi prosesi öz növbəsində iqtisadiyyatın böyümə tempini üstələyib. Beləliklə, özünəməxsus “karusel” əmələ gəlir. Tələbatın artımi ilə istehsalın artımı ardıcıl surətdə dövr etdikcə bu prosesə uyğun şəkildə daha çox yeni pullar çap edilib.
Uzun müddət ərzində bu model çox yaxşı işləyib. Lakin indi işləmir. Belə ki, zaman keçdikcə iqtisadiyyatın real sektorunda, yəni istehsal prosesində problemlər yaranmağa başladı. Bunun həlli məqsədilə FRS-in uçot faiz dərəcəsini sıfıra kimi endirdilər və sonra transmilli banklar vasitəsilə bazara pul axıtmağa başladılar. Bu üsullar da əsaslı nəticələr vermədi, çünki model işləməkdən çox problemlər törədirdi. FRS hədsiz pul emissiyasının mənasızılığını və fəsad verəcəyini görüb, bunu azaltdı. Bu dəfə pul başqa yerdən - ofşorlardan götürüldü.
Yaranmış durumun əsl səbəbi sərmayənin səmərəsiziliyi ilə bağlıdır. Çünki pulun çoxalmasıyla yanaşı sərmayə də böyüməlidir, əks təqdirdə bunun heç bir anlamı qalmır. Nəticədə maraqlı bir vəziyyət yaranıb - pulun həcminin getdikcə artırılmasına baxmayaraq, sərmayə qoyuluşundan əldə olunan gəlir gözlənilən mənfəəti geri qaytarmır. Ona görə də 1981-ci ildən start götümüş monetarizm modeli iqtisadiyyatı artıq böyüdə bilmir. İndiki iqtisadi modeli beynəlxalq maliyyə-bank oliqarxiyası idarə edir. Onları “maliyyə kapitalistləri”, “qlobalistlər” və ya “maliyyə beynəlmiləlçiləri” də adlandırırlar. Ümumiyyətlə isə dünyanın indiki siyasi sisteminin və iqtisadi modelinin mərkəzi ABŞ-dır. Ona görə ki, dünya iqtisadiyyatı ABŞ-dakı tələbat üzərində qurulub. Digər yandan isə ABŞ milli valyutası kimi tanınan dollar dünyadakı vahid dəyər ölçü meyarıdır.
Nə üçün ABŞ-dakı hadisələr dünyanı “silkələyəcək”?
Dünyadakı iqtisadi-siyasi proseslər hər zaman məhz ABŞ-dan ibarət iqtisadi nüvənin orbitində cərəyan etdirilib. “Maliyyə internasionalı” üçün milli dövlətin önəmi böyük əhəmiyyət kəsb etmir. Ona görə də ABŞ-ın klassik fövqəldövlət imkanlarına malik olması qlobalist maliyyə internasionalına qətiyyən sərf etməyib. Son 40 ildir ki, ABŞ beynəlxalq maliyyə-bank sistemi üçün əlverişli coğrafi məkan,onun əhalisi isə nəhəng istehlak mərkəzi rolunu oynayıb. 2008-ci ilə kimi ABŞ-dakı mühafizəkar elita ilə liberal maliyyə elitası arasında müəyyən konsensus olub. Çünki bu dövrə qədər maliyyə sektorunun payı daim artsa da, buna paralel olaraq, real sektor da öz payını götürə bilirdi. İndi bu mexanizm işləmir. Respublikaçılar Partiyası sənayeçi mühafizəkarların, demokratlar isə maliyyəçi liberalistlərin siyasi arenadakı təmsilçilərdir. Amma proqressivizm şüarları altında fəlaiyyət göstərən Demokratlar Partiyası bunu heç vəchlə büruzə vermək istəmir, yoxsa onların kapitalizm barəsində söylədikləri tənqidi fikirlərə kim inanar?
İlk baxışda ABŞ-da baş verənlər iki partiya arasında ixtilaf kimi anlaşılsa da, əgər hadisələrə daha panoramlı formada baxılsa, tənzimləyici qurğunun izləri görünəcək. Amerikadakı seçki marafonu sırf respublikaçılarla demokratların mücadiləsi deyil. Zahirən bu, yalnız Amerikaya məxsus seçki kimi görünsə də, əslində seçkidə iştirak edən partiyalar arasındakı rəqabət kürəsəl miqyasdakı mücadilədir. Bu mübarizə digər ölkələrin və xalqların da gələcək talelərinə ciddi təsir göstərərək dünyanı silkələyəcək.
ABŞ prezident seçkilərindəki rəqabət taktikası
İndiyədək ABŞ-dakı siyasi rəqiblər bir-birilərinə qarşı heç zaman hazırdakı üsullardan istifadə etmirdilər. Bəzi istisnaları çıxmaq şərtilə, hər iki partiya bir-birinə qarşı mübarizədə nəzakətlə davranıb, rəqibə qarşı kobud və yolverilməz üsullara əl atmayıb, faktlara söykənməyən şayiələr və uydurmalarla hücuma keçməyiblər. İndi isə elə fazaya gəlinib ki, burada söhbət həyatda qalmaqdan gedir. Məğlub olan tərəf siyasi arenanı müvəqqəti yox, az qala birdəfəlik itirmək təhlükəsi ilə üzləşə bilər. Belə ki, beynəlxalq maliyyə korpusu cəmiyyət həyatı üzərindəkı inhisarını təkcə banklar və maliyyə institutları vasitəsilə qurmayıb. Onlar ictimai düşüncəyə təsir texnologiasına xüsusi önəm veriblər və onu daim təkmilləşdiriblər.
ABŞ Demokratlar Partiyası və onun filialları qismində meydana gətirilmiş “BLM” (Black Lives Matters) təşkilatı və ya ”Antifa” tipli anarxist qruplar, müxtəlif radikal sol cərəyanlar, iri televiziya kanalları, yazılı mətbuatın nüfuzlu nəşrləri, aparıcı universitetlərdəki müəllim-tələbə heyətinin əksəriyyəti, innovasiya şirkətləri, çoxsaylı QHT-lər və liberal ictimai fondlar maliyyə-bank oliqarxiyasının özünəməxsus infrastruktur ocaqlarıdır. Sözsüz ki, seçkilər zamanı onlar Demokratlar Partiyasının ideoloji- təbliğat ruporları kimi çıxış edirlər. Əlbəttə, respublikaçıları da dəstəkləyən mass-media orqanları var, lakin onlar az saydadırlar. Məsələn,”Fox news” televiziya kanalı 2016-cı ildə Donald Trampın seçkilərdə qalib gəlməsində mühüm yer tutub. Bu kanal cəmiyyətin mühafizəkar kəsimini ideoloji baxımdan bir yerə cəmləyə bilmişdi. 2016-cı ildəki seçkilərdə ABŞ mediasının nəhəngləri “CNN”, ”MSNBC” və digər televiziya kanallları, ”Nyu-York Times”, ”Washington Post” kimi qəzetlər Tramp əleyhinə təbliğat kapmaniyası yürüdürdülər. Burada iki məqsəd güdülürdü. Birincisi, respublikaçı namizədi seçicilərin gözündən salmaq, ikincisi isə prosesi öz istədikləri məcraya yönəldərək, onu daha sərt danışmaqdan çəkindirmək. Çünki 2008-cil ildə Con Makkeyn, 2012-ci ildə isə Mitt Romni mətbuatın güclü səs-küyündən hürkərək, ifadələrini korrektə etməyə məcbur olmuş, deyilməsi vacib olan fikirləri səsləndirməkdən yayınmışdılar. 2016-cı ilin seçkilərində həmin fənləri Trampa qarşı da istifadə etməyə başlayanda, o, gözlənilmədən sərt reaksiya verdi. Əksinə, Tramp mətbuata qarşı hücuma keçərək onları “fake news” (saxta xəbərlər) yaymaqda ittiham edirdi. Və o, bununla deyirdi ki, “siyasi mübarizədən geri çəkilməyəcəyəm”. Liberal mətbuat onu yöndəmsiz, bacarıqsız, qadın düşkünü və əxlaqsız kimi qələmə verməyə çalışırdı. Bütün cinahlardan hücum texnologiyası işə salınmışdı, amma gördülər ki, bu, ona təsir etmir. Belə ki, Donald Tramp siyasi isteblişmentin nümayəndəsi deyildi, o, partiyanın bürokratik trafaretinə uymurdu. Özünün söylədiyinə görə, hətta, xeyli respublikaçı da onun namizədliyinə qarşıydı. Bəs nə üçün siyasi isteblişmentə yad bir şəxs olan Tramp önə sürülmüşdü? Çünki respublikaçıların müəyyən hissəsi finansistlər tərəfindən nəzarət altına alınmışdı. Buş ailəsini istehza ilə “respublikaçı demokratlar” adlandırırlar. İndi ona görə də deyirlər ki, Tramp “Vaşinqton bataqlığı”nı qurutmağa gəlib.
Həmin media qrupları keçmişdəki hücumlarını bu gün daha da sərtləşdiriblər. Budəfəki seçkilərdə taktika dəyişib. Məsələn, əvvəlki üsullardan çox az istifadə edilir, Hollivud ulduzları və tanınımış müğənnilər hələlik demokratların dəstək aksiyalarında görünmürlər. Hazırda Demokratlar Partiyası özünü çox müşkül duruma salıb. Təsəvvür edin ki, tarixi keçmişi, zəngin təcrübəsi və yüksək intellektual potensialı olan Demokratlar Partiyası hansı səviyyəyə enib ki, tutarlı, əzmli və diribaş bir namizəd əvəzinə qoca və halsız vəziyyəti açıq-aşkar görünən Co Baydeni irəli verib. Artıq aydın olur ki, Demokratlar Partiyası herontokratik sovet siyasi bürosuna oxşayır və bu təşkilat 1990-cı illərin əvvəlindən indiyədək bürokratik nomenklatur qrupun əlindədir və onlar özlərinə münasib gəlməyənləri yuxarı ierarxik mərtəbəyə buraxmayıblar.
Demokratların ən qabaqcıl nümayəndələri olan Nensi Pelosinin 80 yaşı, Berni Sandersin 79 yaşı, Co Baydenin isə 78 yaşı var. Əlbəttə, Donald Tramp da yaşlıdır, ancaq o, fiziki və əqli cəhətdən yaxşı formadadır. Baydenin əqli potensialı ilə bağlı isə şübhələr gündəmdədir və onun koqnitiv qüsurlarını gizlətməyə çalışırlar. İnternetdə Baydenin rabitəsiz çıxışları və ona verilən suallara qeyri-adekvat cavab reaksiyası göstərməsi ilə bağlı xeyli video material var. Digər yandan isə Trampdan fərqli olaraq, deyəsən, Bayden aktiv və çoxsaylı mitinqlər keçirmək niyyətindən uzaq görünür. Bəlkə demokratlar onun fiziki vəziyyətini görüb, əldən salmaq istəmirlər.
Mühafizəkarların və liberalların gələcək planları
Belə görünür ki, ABŞ mühafizəkarları Donald Trampın rəhbərliyi altında proteksionizm siyasəti yürütmək və xarici siyasətdə Monro doktrinasının prinsiplərinin tətbiqinə başlamaq fikrindədirlər. Çünki bundan sonra ABŞ bütün dünyanın yükünü daşımaq gücündə deyil. Amma bu, onların Şərq yarımkürəsindən çəkiləcəkləri anlamına gəlmir.
Tramp illərdir ki, ABŞ-ın xarici ticarət balansında hökm sürən kəsiri ortadan qaldırmaq istəyir. Düzdür, FRS-in emissiyası imkan verir ki, ABŞ tədiyyə balansı hesabına bunu qapatsın. Lakin belə davam etsə, sərmayənin yatırılma ünvanı ortadan qalxar və ABŞ-ın real sektoru tam çökər. Ona görə də Tramp tədricən yüz il əvvəlki modelə geri dönməyi planlayır. Bu səbəbdən də, Tramp Amerika ilə Çin və Avropa ölkələri arasında yaranmış ticarət natarazlığını ortadan qaldırmaq, Ümumdünya Ticarət Təşkilatından və eləcə də digər beynəlxalq maliyyə institutlarından çıxmaq istəyir.
Finansistlər isə iki variant üzərindən hərəkət edirlər. Hər iki variantda Demokratlar Partiyası önə verilir. Birinci variant baş tutmasa, ikinci varianta əl atılacaq.
Birincisi - onların təmsilçiləri olan demokratlar istəyirlər ki, dünya əvvəlki plan çərçivəsində saxlanılsın. Bundan ötrü çap maşını öncəki tək işə salınmalı, ABŞ böyük istehlak mərkəzi rolunu oynamalı, Çin dünya fabriki funksiyasını davam etdirməli, ümumdünya iqtisadiyyatında maliyyə sektorunun payı 50 faizin altına düşməməli və beynəlxalq maliyyə institutları öz yerində qalmaldır. Qlobal inteqrasiya planına uyğun olaraq ABŞ öz qapılarını mühacirlərin üzünə açmalıdır.
İkincisi - maliyyəçilər korpusu qətiyyən dilə gətirməsələr də, kapitalizmin əslində artıq böyümədiyini çox yaxşı bilirlər və elə bu səbəbdən də idarəolunan xaosa, iğtişaşa getmək, dünya iqtisadiyyatını tənəzzülə məruz qoymaq və nəhayət, bütün bunların sonunda özlərinə sərf edən yeni proqrama start vermək niyyətindədirlər (Əgər bu proqram varsa). Demokratlar Portlend və Sietl şəhərlərində artıq iğtişaşalrın repetisiyasına başlayıblar. Onlar hələ 80-ci illərin əvvəlindən anlamağa başlamışdılar ki, təzəcə işə salınan monetarist model heç 50-60 il işləməyəcək və onun ömrü qısa olacaq. Ancaq həmin vaxt kapitalizmin başqa yolu yox idi. Çünkü tarixin və zamanın önünə keçmək mümkün deyildi və o dövrün tələbinə uyğun digər model yarada bilməzdilər. Alternativ variantlar vardı, lakin qlobal maliyyə kapitalizmi digər modelləri qəbul etməzdi. Bu, onun xarakterinə yad idi.
Hazırda isə müxtəlif monetar stimullaşdırma əməliyyatlarının yardımıyla qamətini saxlaya bilən mövcud iqtisadi-maliyyə modelinin özülündəki tarixi problemin yeni həllinə ehtiyac yaranıb. Lakin vəziyyətdən çıxış yolu hələ ki, təqdim olunmayıb...
Paylaş:
Müəllif : Fuad
Tarix:25-09-2020, 10:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-09-2020, 10:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Bu gün, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Bu gün, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Bu gün, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Dünən, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Dünən, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
Dünən, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
Dünən, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24
Abşeronun başçısı QƏZA yaratdı, dövlət qurumları TƏCİLİ Xırdalana ÇAĞIRILDI – Fotolar
19-12-2024, 14:22
4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
19-12-2024, 11:19