İran yenə də nala, mıxa vurur – “Sadəcə tərəfləri sülhə çağırır, amma...”
İran lideri Əli Xameneinin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistanın Azərbaycanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsini tərk etməsinin lazım olduğunu bildirib. İranın “Gənc Jurnalistlər Cəmiyyəti” agentliyinə müsahibə verən Vilayəti Azərbaycan və Ermənistan arasında gərginliklə bağlı danışıb:
“Beynəlxalq qaydalara əsaslanan ölkələrin ərazi bütövlüyü prinsipinə hörmət edirik. Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olaraq, bu mövzuda israr edirik, xüsusilə qarşıdurmada olan iki ölkə şimal qonşularımız olduğu halda.
Azərbaycanın əraziləri işğal olunub. Bu mövzuda BMT tərəfindən dörd qətnamə təsdiq edilib. Bütün bunlar Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini tərk edərək, beynəlxalq sərhədlərinə çəkilməsini tələb edir”.
Vilayəti bütün BMT-yə üzv ölkələrinin bu qətnamələrə tabe olmalarının zəruriliyini vurğulayıb:
“Biz Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmasını istəyirik. Təxminən bir milyon azərbaycanlı işğal səbəbindən torpaqlarını tərk etmək məcburiyyətində qaldı. Bu insanlar öz torpaqlarına qayıtmalıdırlar”.
Yaxşı, əgər belədirsə, genişmiqyaslı hərbi əməliyyatların ilk günündə İranın məsələyə münasibəti niyə fərqli idi?
Sualımızı cavablandıran politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, İran həmişə Ermənistanı dəstəkləyib:
“Bu, bütün tarix boyu belə olub. İran işğalçıya ən müxtəlif vasitələrlə, o cümlədən yanacaqla dəstək verib. Həmin dəstək bu gün də davam edir. Kim təminat verə bilər ki, Dağlıq Qarabağdakı düşmən tankları həmin benzinlə işləmir?! Rusiyadan Ermənistana daşınan silah-sursat da məhz İran ərazisindən keçib. İran bununla kifayətlənmir. Həm də informasiya təminatı baxımından təcavüzkara kömək edir. Əvvəl yazılırdı ki, guya Azərbaycanda muzdlu döyüşçülər vuruşur. Sonra Türkiyədən 300 döyüşçünün gətirildiyi bildirildi. Bu günlərdə Azərbaycanda bozqurd döyüşçülərinin olması ilə bağlı xəbər yerli mətbuatda tirajlandı. Əslində həmin məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yaymışdı. Sözügedən ölkə işğalçıya bu qədər dəstək olduğu halda, həm də Azərbaycanın ərazi bütövlüyündən danışır”.
Politoloqun fikrincə, İranın bu təşəbbüskarlığı təqdirəlayiq deyil:
“Əslində İran sadəcə beynəlxalq təşkilatların, dünya ictimaiyyətinin, o cümlədən Fransanın dediyini deyir- tərəfləri sülhə çağırır.
Azərbaycanın ərazi bötövlüyü barədə beynəlxalq sənədlərdə, o cümlədən BMT qətnamələrində də yazılıb. İran həmin təşkilatların üzvü olduğuna görə, belə bir loyal bəyanatlarla çıxış edir.
Əgər, həqiqətən, Azərbaycanın haqq səsini eşidirsə, onda Türkiyənin, Pakistanın, Əfqanıstanın, İsrailin mövqeyindən çıxış etsin. Qarşı tərəfə desin ki, çıx Azərbaycan torpaqlarından. Amma belə deyil”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-10-2020, 17:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-10-2020, 17:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39