Əfqanıstan Milli Şurasından Azərbaycanı dəstəkləyən BƏYANAT

Əfqanıstan Milli Şurasının Yuxarı Palatası və Aşağı Palatası Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədikləri barədə bəyanatlar qəbul edib.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hər iki Palatanın bəyanatında Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi hücumları qətiyyətlə pislənilir, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dəstəkləndiyi vurğulanıb.
Əfqanıstan Milli Şurasının Yuxarı Palatası və Aşağı Palatası Ermənistanla Azərbaycan arasındakı hərbi toqquşmalar dövründə ermənilərin törətdikləri insanlıq əleyhinə cinayətlərlə bağlı, Azərbaycanın Xocalı şəhərinə və ümumiyyətlə, Dağlıq Qarabağ bölgəsinə dəymiş ziyanla bağlı dərin narahatlıqlarını ifadə edərək həlak olanları yaxınlarının kədərinə şərik olduqlarını bildirir, həmçinin bu hadisələrin günahkarlarının mühakimə olunmasını istəyir.
Bəyanatlarda vurğulanır ki, Əfqanıstan Milli Şurası BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin ən qısa zamanda icrasına çağırır və Azərbaycanla Ermənistan arasında problemin birdəfəlik həll olunmasını istəyir.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-10-2020, 18:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-10-2020, 18:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:45
Dünən, 09:49
19-02-2025, 14:47
19-02-2025, 10:04

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR

Yardımlıda "yaşıl soyqırım" - Yaşıllığı məhv edərək yerində istirahət mərkəzi tikmək nəzərdə tutulmuşdur

Rəcəb Babaşovun oğluna “77-RR-777″nömrəli “Range Rover” doğum günü hədiyyəsi…-Video