Azərbaycan tatarları erməni təcavüzünə qarşı bəyanat yayıb
Azərbaycan Tatar İcmasının nümayəndələri ekstremist çağırışlara və erməni təcavüzünə qarşı bəyanatla çıxış ediblər.
Bəyanatda deyilir: “Azərbaycanda siyasi vəziyyətin sabitliyini pozmaq niyyəti ilə Azərbaycanın çoxsaylı milli azlıqlarına ünvanlanmış, qondarma “təyini-müqəddərat”a qızışdırmaq üçün müxtəlif kütləvi informasiya vasitələrinin ekstremist çağırışlarına cavab olaraq bəyan edirik:
Azərbaycan tatarları Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etmək uğrunda ədaləti mübarizəsini birmənalı olaraq dəstəkləyirlər. Biz Azərbaycanda doğulmuşuq, burada boya-başa çatmışıq. Azərbaycan bizim Vətənimizdir. Biz Azərbaycan xalqının ayrılmaz tərkib hissəsiyik. Biz heç vaxt və heç bir məsələdə Azərbaycan cəmiyyəti tərəfindən, Azərbaycan hökuməti tərəfindən heç bir sıxıntıya məruz qalmamışıq. Biz tatar və rus dillərində danışırıq, Azərbaycan dilini ana dilimiz hesab edirik. Biz Azərbaycan musiqisini və ədəbiyyatını sevirik. Biz doğma Azərbaycanımızın naminə çalışır və yaradırıq. Biz Azərbaycan Silahlı Qüvvələrində xidmət edirik. Biz müxtəlif qurumlarda vəzifələr tuturuq, Azərbaycanı sevirik və ona sadiqik. Azərbaycan bütün postsovet məkanında həmişə ən tolerant, ən qonaqpərvər və duz-çörəkli ölkə olub, indi də belədir. Bizim işimiz haqq işidir. Biz qalib gələcəyik!”
Bəyanatı imzalayıblar:
Səbinə Rakçeyeva, musiqiçi, Avropa Mədəniyyət Parlamentinin üzvü,
İrken Rakçeyeva, Bakı Dövlət Universitetinin fiziki coğrafiya kafedrasının baş müəllimi,
Ülviyyə Tağızadə, diplomat, “Azerbaijani Women’s Association” Qadınlar Cəmiyyətinin təsisçisi,
Dmitri İshaqov, stilist,
Züleyxa Akçurina, milli və beynəlxalq gözəlik müsabiqələrinin qalibi, fotomodel,
Rəna Abubəkirova, müəllim, sahibkar,
Marina Quliyeva, həkim,
Emil Nemakin, təcili yardım işçisi,
Rinat Salixov, “Silk Way Helicopter” bortmühəndis,
Qeliya Çukmarova, beynəlxalq hüquq mütəxəssisi,
Zemfira Əliyeva, iqtisadçı-menecer,
Liya Karatayeva, pedaqoq,
Zülfiyyə Süleymanova, bank işçisi,
Nailə İşmakova, Azərbaycan Gidlər Assosiasiyasında ekskursiyaçı,
Adilə Maneyeva, dəmiryol nəqliyyatı mühasibi,
Ömər Akçurin, inşaat sektorunun rəhbəri,
Səidə Ramazanova, “Dustlık” uşaq teatr dərnəyinin rəhbəri,
Sultaniyyə Valeriyeva, ictimai xadim,
Elmira Yusifli, dövlət idarəçiliyi meneceri,
Səfiyyə Ağamirova, “HR & ISO coordinator”, innovasiyalar üzrə əlaqələndirici,
Flora İshaqova, uşaq həkimi,
Aydar Fayzov, ticarət şöbəsinin rəhbəri,
Liliya Fayzavova, neft sahəsinin inzibatçısı,
Rauf Kərimov, neft sahəsinin meneceri,
Saniyə Kərimova, pensiyaçı,
Nuraliyyə Mehralıyeva, pensiyaçı.
Xatırladaq ki, bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və mülki obyektlərimizi intensiv atəşə tutublar. Azərbaycan Silahlı Qüvvələri bu hərbi təcavüzə cavab olaraq Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun şəkildə, hər bir dövlətin özünümüdafiə hüququ və beynəlxalq hüququn normaları nəzərə alınmaqla işğalçı qüvvələrə qarşı əks-hücuma keçiblər. Təmas xəttindən 50-250 kilometr məsafədə yerləşən Gəncə, Biləsuvar, Tərtər, Ağcabədi, Bərdə və Xızı şəhərlərində Azərbaycanın dinc əhalisinin 2020-ci il sentyabrın 27-dən bəri nizamsız şəkildə atəşə tutulması nəticəsində 29 dinc sakin, o cümlədən 3 uşaq həlak olub, 144-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-10-2020, 16:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-10-2020, 16:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39