“Rusiyanın görüş təklifi siyasi tələdir” - Politoloq
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkəsinin Qarabağ probleminin tənzimlənməsi üzərində iş apardığını, müxtəlif təkliflər üzərində çalışdıqlarını bildirib. Zaxarovanın sözlərinə görə, bu təkliflərdən biri də münaqişə tərəflərinin XİN rəhbərlərinin görüşünün keçirilməsi ilə bağlıdır:
“Onlardan biri bizim tərəfimizdən Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə görüşünün keçirilməsi təklifidir. Biz tərəflərlə bu formatda danışıqlara başlamağın mümkün müddəti barədə məsləhətləşmələr aparırıq. Bu istiqamətdə atılan bütün addımlar barədə ictimaiyyəti məlumatlandıracağıq”.
Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatlara imza atdığı bir zamanda işğalçı ilə danışıqlar masası arxasına əyləşmək doğru olarmı? Belə bir addım ölkəmizin maarqlarına nə dərəcədə cavab verir?
Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev indiki halda hər hansı danışığa lüzum görmədiyini vurğulayəb:
“Rusiyanın görüşlə bağlı təklifi siyasi tələdir. Görünən odur ki, Azərbaycanın uğurlu əməliyyatları Rusiyada kimlərisə narahat edir. Ola bilsin ki, Lavrov və s. kimi şəxslər Putini inandırmağa çalışırlar ki, indiki məqamda proseslərə müdaxilə etmək, tərəflər arasında danışıqları bərpa etmək Rusiyanın maraqları baxımından vacibdir.
Azərbaycan XİN rəhbərinin bu görüşdə iştirak edəcəyinə inanmıram. Habelə, inamıram ki, ölkə başçısı belə bir görüş üçün razılıq versin. Azərbaycan prezidenti bəyan etdi ki, hərbi əməliyyatlar o zaman dayana bilər ki, Ermənistan tərəfi işğal etdiyi torpaqlardan çıxmaqla bağlı konkret təqvim təqdim etsin və ATƏT bu məsələdə zamin rolunu oynasın.
Paşinyan Qarabağ yükünü Ermənistanın üzərindən atmaq istəyir. Bu isə Ermənistan üzərində Rusiyanın nəzarətinin itirlməsi deməkdir. Bu isə Rusiyanın bütün Qafqaz üzərində nəzarəti itirməsinə gətirib çıxara bilər. Buna görə də Rusiyada bəzi qüvvələr bu cür əl-ayağa düşüb.
Azərbaycan hərbi əməliyyatları sona qədər davam etdirməli, işğaldakı bütün torpaqları azad etməlidir. Bu gün Azərbaycan ordusu düşmənə qarşı uğurlu əməliyyatlar aparır. Bu gün xalq ölkə başçısının, ordunun və dövlətin ətrafında sıx birləşib. Bu birlik böyük qələbənin rəhnidir və biz məhz bu qələbəni təmin etməliyik”. /Moderator.az
Paylaş:
Müəllif : Fuad
Tarix:8-10-2020, 20:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-10-2020, 20:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39