MÜHARİBƏ APARAN DÖVLƏTDƏ SATQIN AXTARIŞLARI BAŞLADISA... – Məğlubiyyətin acı etirafı
Azərbaycan Ordusunun cəbhədə mühüm üstünlük əldə etməsi - minlərlə düşmən hərbçini, yüzlərlə hərbi texnikanı sıradan çıxarması Ermənistanda daxili siyasi vəziyyəti mürəkkəbləşdirib. Belə ki, Paşinyan iqtidarında böhran dərinləşir və bu reallıq açıq şəkildə üzə çıxmağa başlayıb.
Belə ki, iki gün əvvəl Ermənistan prezidenti Armen Sarkisyan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Argişti Karamyanı vəzifədən azad edib. Onun yerinə müavini, polkovnik Mikael Ambarsumyan direktor səlahiyyətlərinin icraçısı təyin olunub. Xatırladaq ki, A.Karamyan cəmi 4 ay əvvəl MTX rəhbəri təyin olunmuşdu.
Kadr dəyişikliyinin səbəbi açıqlanmasa da, həmin gün baş nazir Nikol Paşinyanın “Facebook”da yazdığı status Ermənistan hakimiyyətində rüsvayçılığı üzə çıxarıb. Paşinyan yazıb: “Br neçə gün öncə siqnal daxil oldu ki, bir qrup şəxs ön xətdə əsgərləri inandırmağa çalışıb ki, Nikol torpaqları satıb, bu, razılaşdırılmış müharibədir, sizləri ət maşınına atıb, məhv edəcəklər ki, anlaşmanı gizlətsinlər, ona görə də müqavimətin mənası yoxdur. Bəzi məlumatlara görə, hərbçiləri inandıraraq, hətta məcbur edərək bəzi mövqeləri Azərbaycan ordusuna təhvil verməyə vadar ediblər”.
Paşinyan onun göstərişi ilə araşdırma başlandığını və nəticədə İrəvanda bir Xankəndi sakininin həbs olunduğunu söyləyib: “Cinayət işi açılıb, onun nəticəsində aydınlaşdırılacaq ki, bu şayiələr haradan və kimlər tərəfindən dövriyyəyə buraxılır. Bu barədə məlumatlara malik olan soydaşlarımızı Milli Təhlükəsizlik Xidmətinə müraciət etməyə çağırıram. Aramızda satqınlara yer olmamalıdır, generallarımızın, zabit və əsgərlərimizin kürəyi bu cür ünsürlərdən təmizlənməlidir”.
Baş nazirin dediyindən məlum olur ki, Ermənistan hakimiyyəti daxilində satqın axtarışları başlayıb. MTX rəhbərinin xəyanətlə damğalanaraq işdən qovulması hər şeydən əvvəl məğlubiyyətlə üzləşən hakim rejimin məsuliyyəti kimlərinsə belinə yükləmək cəhdidir. Məğlubiyyət həmişə yetim olur, necə ki, bu ibrətamiz deyimi bütövlükdə Paşinyan iqtidarına aid etmək olar. O, iki həftədir dayanmadan dünya liderlərini telefon zəngləri ilə bezdirir, yalvar-yaxar edir, amma nəticə yoxdur. Ermənistan ordusunun qısa müddətdə ağır məğlubiyyətlə üzləşməsi dostların, müttəfiqlərin ondan üz döndərməsinə gətirib çıxarıb. Necə deyərlər, Paşinyan yetim kimi boynu bükük qalıb...
Ermənistanda satqın axtarışları artıq bu ölkənin labüd məğlubiyyətinin etirafıdır. Bir halda ki, baş nazir hərbi hissə komandirlərinin döyüş mövqelərini ataraq qaçdığını etiraf edir, deməli vəziyyət onun təsvir etdiyindən qat-qat ağırdır. Hər halda Paşinyan real vəziyyəti olduğu kimi göstərib ordunun qalıqlarını, komandasını pərən-pərən salacaq qədər də ağılsız deyil. Amma şərait onu məcbur edir ki, baş verənlərin bir qismini ictimaiyyətə açıqlasın, çünki bu gün-sabah bu məğlubiyyətə, fəlakətə görə o cavab verməli olacaq.
Satqın axtarışlarının ölkəni necə bir çıxılmaz dalana sürüklədiyi bizə yaxşı tanışdır. 90-cı illərdə Ermənistanın işğalını dayandırmağa çalışan Azərbaycandakı hərc-mərclik, siyasi çəkişmələr cəbhədəki məğlubiyyətlərin əsasını qoydu. O zaman da xəyanət, satqınlıq ittihamları havada uçuşurdu, hakimiyyət uğrunda mübarizə düşmənin qarşısında əliyalın qalmış könüllü dəstələrin varlığını az qala unutdurmuşdu. Nəticə Azərbaycan üçün çox ağır oldu, torpaqlar işğal edildi, minlərlə əsgərimiz şəhid oldu və aradan 27 illik böyük zaman keçdi.
Bu gün eyni mənzərə Ermənistanda təkrarlanır. Ölkənin ən mühüm güc strukturlarından birinin rəhbəri xəyanətdə ittiham olunur, hakimiyyətə can atan keçmiş prezident Koçaryan ordunun fəaliyyətini sabotaj etməkdə günahlandırılır. Bu qarşıdurma getdikcə böyüyəcək, daha böyük hadisələr yaşanacaq, Paşinyana qarşı mitinqlər keçiriləcək, cəbhədə milçək kimi qırılan əsgərlərin valideynlərinə cavab vermək lazım gələcək.
Azərbaycanda vəziyyət bunun 180 dərəcə əksidir. Son 2 həftədə bir dəfə də olsun dövlətə, hakimiyyətə qarşı ittiham, irad eşidilməyib. Yaxşı silahlanmış, xalqın böyük dəstəyini arxasında hiss edən nizami ordu düşmənə aman vermir. Bütün siyasi qüvvələr, hətta ən barışmaz partiyalar hakimiyyətə, dövlətə tam dəstək ifadə edib. Ölkədə siyasi fəaliyyət dayandırılıb, cəmiyyətin bütün təbəqələri qələbə üçün çalışır. Dünya azərbaycanlıları da prosesə qoşulub, Ordumuza ianələr edilir, döyüş bölgəsindəki hərbçilərin ən zəruri ehtiyacları toplanıb göndərilir. Azərbaycan tarixində indiyə qədər olmadığı qədər milli birlik, həmrəylik, dayanışma var. Böyük qələbə üçün bütün şərtlər mövcuddur.
Bu möhtəşəm birliyin qarşısında pərən-pərən düşüb daxili düşmən, satqın axtarışına çıxan Ermənistanın qısa müddətdə diz çökməsi qaçılmazdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-10-2020, 08:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-10-2020, 08:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39