reklam
Regionxeberlericom.az » Siyasət » “Novaya qazeta”nın baş redaktoru PKK-çıların ermənilərin tərəfində döyüşdünü açıqladı - “LAÇIN DƏHLİZİNİ KÜRDLƏR QORUYUR…”

reklam

“Novaya qazeta”nın baş redaktoru PKK-çıların ermənilərin tərəfində döyüşdünü açıqladı - “LAÇIN DƏHLİZİNİ KÜRDLƏR QORUYUR…”


Rusiyanın “Novaya qazeta” nəşrinin baş redaktoru Dmitri Muratov “Exo Moskva” radiosunun efirində ermənilərin tərəfində kürd muzdluların döyüşdüyünü açıqlayıb. Xatırladaq ki, “Novaya qazeta”nın müxbiri İlya Azar bu günlərdə Şuşada, Xankəndində və Laçında olub, ermənilərin cəbhədə vəziyyətlərinin acınacaqlı olduğunu onların öz dillərindən eşitdiklərinə əsasən yazıb. Buna görə İlya Azarın akreditasiyasını ləğv ediblər.

Baş redaktor D.Muratov Qarabağ münaqişəsinin mürəkkəb münaqişə olduğunu deyib, müsəlman kürdlərin ermənilərin tərəfində döyüşməsini misal olaraq göstərib. “Müsəlman kürdlər Dağlıq Qarabağı dəstəkləyir və Ermənistanı Qarabağa birləşdirən Laçın dəhlizini qoruyur. Onlar, müsəlmanlar erməniləri dəstəkləyir”,-o bildirib.

Xatırladaq ki, Suriya və İraqdan çoxsaylı PKK terrorçularının ermənilərin tərəfində döyüşmək üçün aylar əvvəl Qarabağa gətirildiyi haqda xarici KİV-lər dəfələrlə məlumatlar yaymışdı.


Paylaş:


Müəllif : Tarix:
10-10-2020, 11:42
Sikayət   


loading...
Загрузка...