Zelenski hansı halda hakimiyyətdən gedəcəyini açıqladı
Ukrayna Prezidenti Vladimir Zelenski Donbasdakı müharibəyə son qoyulmayacağı təqdirdə hakimiyyətdə qalmayacağını və dövlət başçısı vəzifəsindən getməyə hazır olacağını açıqlayıb.
Bu barədə o, BBC-nin “HARDtalk” verilişinə müsahibəsində deyib.
“Əgər mən müharibəni bitirə bilmərəmsə, bu o deməkdir ki, ölkələrimiz arasındakı bu faciəli hekayəyə son qoymağı bacaran başqa bir şəxs gəlməlidir, nə reytinq, nə də hakimiyyət dalınca getmirəm”, - deyə o bildirib.
Müvəqqəti işğal olunmuş ərazilərin hamısını geri qaytara bilib-bilməyəcəyinə dair sualı cavablandıran Zelenski buna inandığını qeyd edib:
“Əks təqdirdə, Ukrayna prezidenti olmazdım. Bu çox çətindir və burada bütün dünyanın köməyinə ehtiyacımız var, bu bir həqiqətdir. Ancaq mən inamımı itirmirəm”.
Eyni zamanda, Zelenski Donbasdakı müharibəyə son qoymağı çətin məsələ, Normandiya formatında danışıqları bərpa etməyi böyük irəliləyiş kimi qəbul edir.
O, xatırladıb ki, bir il ərzində Ukrayna Rusiya həbsxanalarında və işğal olunmuş ərazilərdə olan 140 vətəndaşını geri qaytara bilib. Bununla yanaşı, Donbasda da atəşkəsə əməl olunur.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-10-2020, 12:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-10-2020, 12:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39