“Nasist Ermənistan rejimi ilə danışıqlar mümkünsüzdür” – KUZNETSOV
Moskvada 11 saat davam edən danışıqlar humanitar atəşkəs razılaşması və Rusiya Xarici İşlər naziri Sergey Lavrovun səsləndirdiyi ortaq açıqlama ilə sona çatdı. Münaqişənin sülh yolu ilə həllinə görə danışıqların davam etdirilməsi üçün lazım olan dörd bənd qəbul edildi.
Buna baxmayaraq, heç kim heç bir yerə imza atmayıb və bu səbəbdən də bu bəndlər və razılaşmalar adi kağız parçasından başqa bir şey deyil. Elə ermənilərin Hadrut istiqamətinə etdiyi hücumlar və həmin gecə Gəncəyə endirilən zərbələr atəşkəsin heç beş saat belə, davam etmədiyini sübut etdi.
AYNA-nın mövzu üzrə suallarını rusiyalı politoloq Oleq Kuznetsov cavablandırıb:
- Moskva danışıqlarını necə qiymətləndirirsiniz? Bu razılaşma nə dərəcədə ciddi qəbul edilir?
- İndi Azərbaycanla Ermənistan arasındakı hər hansı bir danışıqdakı acizlik və gücsüzlük praktik olaraq özünü göstərəndə, bu barədə nəsə fikir söyləməyin özü axmaqlıqdır. Əlbəttə ki, indi özünü reklam etmək naminə demək olar ki, Qarabağdakı müharibənin danışıqlar masasında sona çatma ehtimalına bir saniyə də inanmamışdım. Amma bu vəziyyətdə mövcud faktların fonunda mənim fikrimin heç bir əhəmiyyəti yoxdur, çünki reallıq özü hər şeyi deyir. Müzakirələr əvvəldən bəri Kremlin qarşısında, döyüşən tərəflərin oynadığı bir fars idi, çünki iştirakçılar əvvəlcə düşmənçiliyin dayanmayacağını və nəticədə imzalanan hər hansı bir sənədin tullantı kağız dəyərinə bərabər olacağını bilirdilər və başa düşürdülər. Buna görə son sənəd məzmununa görə bu qədər amorf oldu.
- Razılaşmanın bütün məqamlarını necə qiymətləndirərdiniz? Nə deməkdir bu bəndlər?
- Heç bir şey! Bəri başdan məsələnin mahiyyətini anlayan bir insan üçün, hərbi əməliyyatların saat 12-də dayandırılması barədə formal anlaşmanın absurdluğu diqqət çəkir. Hansı vaxtla? Bakı öz vaxt zonasında yaşayır, İrəvan öz vaxt zonasında. Yerli Qarabağ vaxtı isə sadəcə mövcud deyil. Yəni əvvəldən sənədin işləməyəcəyi bəlli idi.
Atəşkəs rejiminin tətbiqinə dair tədbirlərin daha sonra açıqlanacağı tezisi isə lap mənasız görünür. Yəni, hər bir tərəf atəşkəsin tam olaraq nə vaxt başlayacağı və kimin nəyi təmin edəcəyi ilə bağlı heç bir öhdəlik götürməyib. Buna görə də bu sənədi intellektual cəhətdən mənasız və siyasi baxımdan dişsiz kimi qiymətləndirirəm. Elə buna görə də belə bir sənəd Qarabağdakı müharibəni dayandırmağa qadir deyil.
- Ermənistan tərəfi daha konstruktiv olmayana qədər danışıqların heç bir yerə aparmayacağını söyləyə bilərikmi?
- Döyüşənlərin mövqeləri bir-birinə son dərəcə zidddir. Elə bu səbəbdən kompromisə gəlmək üçün ortaq bir əsas yoxdur. Ermənistanın mövqeyi istənilən formada Azərbaycan üçün qəbuledilməz olduğu kimi, Azərbaycanın da mövqeyi Ermənistan üçün qəbuledilməzdir. Azərbaycan hakimiyyəti, ordusu və xalqı müharibəni qalibiyyətə qədər və sülhün öz şərtləri ilə imzalanmasına qədər aparmaq niyyətindədir. Bu, tamamilə ədalətli və beynəlxalq hüquq normalarına tam uyğundur. Ancaq bu, 30 ildir ki, Azərbaycanla müharibədən və Azərbaycan torpaqlarının işğalından qazanc almağa vərdiş etmiş olan Ermənistanın elitasına sərf etmir. Onlar komfort mənbəyini qorumaq üçün hərbi cinayətlər də daxil olmaqla, hər cür cinayətə hazırdırlar. Ermənistanın nasist siyasi rejimi ilə danışıqlar aparmaq, prinsipcə mümkünsüzdür və Ermənistan ordusunun Azərbaycan xalqına qarşı gündən-günə çoxalan cinayətləri bunu sübut edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-10-2020, 09:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-10-2020, 09:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39