Lavrov köhnə şərtləri yeni dönəmdə XIRID EDƏ BİLMƏZ...
"Sergey Lavrov bu təşəbbüsü ilə danışıqlar prosesini 3-4 ay əvvəlki müstəviyə qaytarmaq istəyirsə, deməli məqsədi münaqişənin həlli deyil, onu dondurulmuş vəziyyətdə saxlamaqdır”.
Bu sözləri Sfera.az-a açıqlamasında Rusiya XİN rəhbəri Sergey Lavrovun cəbhə xəttində baş verən son olaylardan sonra Qarabağda vəziyyəti sabitləşdirmək adı altında açıqladığı şərtlərə münasibət bildirərkən "Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib:
"3-4 ay əvvəlki durum münaqişənin həllinə xidmət edən proses deyil. Bunu münaqişənin bu günə qədər gəlib çatdığı vəziyyət göstərir. İndiyə kimi, həmin təşəbbüslər effektiv və beynəlxalq hüquqa uyğun olsaydı, ortada nəticə olardı.
Artıq vəziyyət dəyişib. Azərbaycan Ordusu öz zəfər yürüşü ilə cəbhə xəttində sözünü deyərək yeni sitiuasiya yaradıb. Bunu Azərbaycan Prezidenti, Xarici İşlər naziri, Prezidentin Xarici Siyasət məsələləri üzrə köməkçisi də deyir”.
Politoloqun fikrincə, təzədən əvvəlki forma və modelə qayıtmaq nə reallığa, nə praktikaya, nə də beynəlxalq hüquqa uyğun deyil:
"Lavrovun yenidən əvvəlki danışıqlar prosesinin davam etməli olduğunu deməsi, ölkəmizin indi yaratdığı vəziyyətə uyğun olmamaqla yanaşı, beynəlxalq hüquqa da ziddir. Vasitəçilər mütəmadi olaraq deyirdi ki, Ermənistan işğal etdiyi ərazilərin bir hissəsini azad etsin, onun əvəzində Azərbaycan geridə qalan digər ərazilərə status versin. Faktiki olaraq, Lavrov və digər vasitəçilər son illər Azərbaycana bu tələbi irəli sürürdü.
Bu isə beynəlxalq hüquqa hörmətsizlikdir və absurd tələbdir. Azərbaycan vasitəçilərə və Ermənistana beynəlxalq hüququn əsas prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qərarlarını xatırlatdı. Buna baxmayaraq, onlar mövqelərində israr etdi və bugünki nəticəni gördülər. Bu fonda da Lavrovun yanaşmasını məntiqli və ədalətli hesab etmirəm”.
A. Aslanlı düşünür ki, Lavrovun həmin şərtinin təsdiq olunma şansı da yoxdur: "Hansı vasitəçi əvvəlki yanaşmada israr edəcəksə, bilməlidir ki, həmin təşəbbüsdə məqsədi münaqişənin dinc yolla həllinə maneə olmaqdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-10-2020, 15:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-10-2020, 15:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39