İlham Əliyev Ermənistanda siyasi xaosun olacağını bilirdi
Ermənistanın Baş naziri Nikol Paşinyan, elə sadə ermənilər də Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarda döyüşməyə başlayacağını gözləmirdilər. Yuxarı eşalon, eləcə də siyasi analitiklər elə düşünürdülər ki, Azərbaycan region əhəmiyyətli, eləcə də Avropa qitəsinin enerji təhlükəsizliyində əsas faktor olan neft-qaz müqavilələrini risk altına almaz. Yəni, Azərbaycan oturuşmuş dövlətçiliyi ilə işğal edilmiş torpaqlarını geri almaq barədə düşünməz, üstəlik düşünsə belə, ona imkan verilməz.
Ermənistan hakimiyyəti düşünürdü ki, döyüş başlanacağı təqdirdə, bu, yalnız 3-4 gün çəkəcək. Çünki Tovuz hadisələrinin 4 gün çəkməsi təcrübəsini əsas götürürdülər. Lap uzansa belə, Mingəçevir İstilik Enerji stansiyası və su dəryaçısına atılan raketlərin yaradacağı faciə hesabına Azərbaycan tərəfi döyüşləri yarımçıq saxlayacaq. Əlavə variantlar bundan ibarət idi ki, Gəncə, Tərtər, Ağcabədi, Beyləqan rayonlarına tuşlanan raketlər də öz sözünü deyəcək. Lakin Ermənistan belə düşünməklə böyük səhvə yol verdi. Çünki Azərbaycan hakimiyyəti bu döyüşə ona görə hazır idi ki, artıq beynəlxalq qurumlardan ölkənin ərazi bütövlüyünün tanıdılması üçün hüquqi əsaslandırmanı başa çatdırmışdı.
Artıq Ermənistanda xaos hökm sürür. Bir neçə gündür ki, sosial şəbəkələrdə Nikol Paşinyana atmacalı sözlər atılır, ölkənin keçmiş rəhbərlərinin vəziyyətdən çıxışı barədə çağırışlar edilir. Təsadüfi deyil ki, sentyabrın 27-dən oktyabrın 12-nə qədər Baş nazirin facebook səhifəsindəki hər statusunu 30-40 000 insan bəyənirdi, rəylərin sayı minlərlə ölçülürdü. Onlar Paşinyana dəstək olur, Ermənistan ordusunun rəşadəti barəsində təriflər yağdırırdılar. Lakin oktyabrın 13-dən sonra Paşinyanın statuslarına gələn like-lərin sayında kəskin şəkildə azalma müşahidə edildi, atmacalı ifadələr ortaya çıxdı. Bəzən Baş nazir onları silsə də, yenə nəticəsi olmadı.
Paşinyan müdafiə naziri Tonoyandan aldığı məlumatlar əsasında özünə dərs götürdü ki, Azərbaycan Müdafiə Nazirliyinin qələbə xəbərləri heç də daxili auditoriyaya hesablanmayıb. Azərbaycan ordusu həqiqətən də irəliləyir, erməni əsgərləri fərarilik edir, könüllülər gizli yollarla qaçır, “Legion” adlanan muzdlulardan ibarət bölmə döyüşməkdən imtina edir. Hətta 1-ci Qarabağ döyüşlərində dırnaqarası igidliklər göstərən erməni veteranlar da bu döyüşdə vuruşmaqdan imtina etmişdilər. Onların nümayəndəsi bildirmişdi ki, “bu, 1-ci Qarabağ müharibəsində olduğu kimi deyil, bu dəfə Azərbaycan ordusu müasir silahlahla silahlanıb və burada sağ qalmaq çətindir”. Veteranlar bir daha döyüş bölgəsinə gəlmədilər.
İşin ən faciəvi tərəfi ondadır ki, artıq Ermənistanın bəzi KİV-lərinin verdiyi məlumata görə ölkənin hərbi arsenalının 50 faizi tükənib. Üstəlik, ölkəyə qeyri-leqal (bəzən leqal) şəkildə qaçamalçılıq yolu ilə gətirilən silahlar borca alınır. Nikol Paşinyan bildirib ki, döyüşlər bitəndən sonra silahların pulunu verəcək. Məlum olub ki, xaricdə yaşayan sıravi və varlı ermənilərin “Hayastan” fonduna verdiyi neçə milyon dollar pul ilə kifayət qədər güclü arsenal təşkil etmək mümkün deyil. Fonddakı pullar tükəndikcə, ölkə yenidən borca girməli olur. Nəzərə alsaq ki, Ermənistanın xarici borcu 8 milyard dollardır, üstəlik üstünə bu günlərdəki borcları da əlavə etsək, belə çıxır ki, ölkə hələ uzun müddət iqtisadiyyatin çökməsi ilə çabalayacaq. Ən mübhəm və üzdə görünməyən dəhşətli məsələ ondadır ki, psixi problemi olan Paşinyan xalqının genefonduna da zərbə vurur. Az müddət sonra ölkədə kişi çatışmazlığı hiss ediləcək və bu zərbənin nəticəsindən hələ uzun illər sarsılacaqlar.
Bütün bunlar Paşinyanı ağıllandıra bilmədi. Ölkənin keçmiş rəhbərləri vəziyyətdən çıxış üçün koalisyon hökumət yaratmağa çalışsalar da, baş nazir buna razılaşmadı. Çünki o, bunu özünə çevriliş cəhdi kimi başa düşdü. Deməli, vəzifə istəyi bütün milləti qırğına verməkdən daha üstündür. O koalisyon hökumət yaratmaq istəyənlər belə rəddetməni görəndən sonra daha da fəallaşdılar. Amma bu fəallaşma Nikol Paşinyana qarşı çevrildi. Robert Koçaryanın təsiri və maliyyəsi altında olan saytlar 3 gündür ki, Azərbaycan ordusunun irəlilədiyini, işğal olunmuş torpaqları geri aldığını açıq şəkildə yazmaqdan çəkinmirlər. Və bu siyasi xaosun yaxınlaşdığını göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev isə Ermənistanda siyasi xaosun olacağını bilirdi. Çünki ölkənin baş naziri qoşunların onlara aidiyyatı olmayan torpaqlardan sakitcə çıxarmayanda, başıpozuq hadisələr törədəndə siyasi xaos yaxınlaşmalı idi. Beləkliklə, Ermənistan qara dumana bürünür. Günəşin çıxmayacağı qaranlıq dumana.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-10-2020, 13:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-10-2020, 13:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39