BMT-nin çağırışlarına əslində KİM QULAQ VERMƏLİDİR? - "Bu çağırışlar Ermənistanadır, bizə yox"
Bunu oktyabr ayında Təhlükəsizlik Şurasına rəhbərlik edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Dağlıq Qarabağla bağlı keçirilən qapalı iclasın yekunları ilə bağlı jurnalistlərə açıqlama verərkən deyib: “Hazırda atəşkəs rejiminin icrasını təmin etmək lazımdır, bu ən aktual məsələdir, çünki müvafiq razılaşma əldə edilib, lakin icra edilməyib. Əsas məsələ atəşkəsin icrasına nəzarətin necə təmin ediləcəyidir. Əlbəttə, bu məsələ iclas vaxtı müzakirə edilib və Şura vahid mövqedən çıxıb edib”.
Eyni zamanda o qeyd edib ki, regiona BMT-nin müşahidəçi missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatı olmalıdır və bu, sürətli proses deyil: “Rusiyanın müdafiə nazirinin Ermənistan və Azərbaycandakı həmkarları ilə bu nəzarətin necə həyata keçirilə biləcəyini müzakirə etdiyi barədə məlumatlar olub”.
Diplomat istisna etməyib ki, müşahidə ATƏT-in missiyası tərəfindən də həyata keçirilə bilər: “Orada kimin hansı vəzifəni icra edəcəyi hələ də sual altında qalır və müzakirə edilir”.
BMT TŞ-dəki Qarabağ müzakirələrinin 25 gündür davam edən Vətən müharibəsinin gedişinə hansı təsirlərinin ola biləcəyi yönündə çoxsaylı fikirlərə rast gəlirik. Eyni zamanda haqlı olaraq bir sual da meydana çıxıb. Bu da Azərbaycanın işğal altındakı ərazilərindən təcavüzkar Ermənistan öz ordusunun tamamilə çıxarılması ilə bağlı əsas şərtini gözardı edən bütün mənasız sülh çağırışlarına rəsmi Bakının nə zamana qədər dirəniş göstərəcəyi ilə bağlıdır.
Politoloq Elçin Mirzəbəyli bu cür müzakirələri mənasız sayır: “BMT Təhlükəsizlik Şurasının iclası qapalı keçib və açıqlanan yeganə məlumat atəşkəs rejimi ilə bağlı nəzarət mexanizmlərinin işə salınması ilə bağlıdır. Bu nəzarətin ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəsilə həyata keçiriləcəyi bildirilir. Qapalı iclasda nələrin müzakirə edildiyi, təbii ki, bilinmir. Əgər Təhlükəsizlik Şurası BMT qətnamələrinin işğalçı ölkə tərəfindən dərhal yerinə yetirilməsini müzakirə edibsə, o zaman atəşkəs rejiminə nəzarət mexanizmləri ilə bağlı məsləhətləşmələrin aparılması mümkündür. Yox, əgər BMT Təhlükəsizlik Şurasının iclasında belə bir müzakirə aparılmayıbsa, o zaman öz qəbul etdiyi qətnamələrə hörmət etməyən bir qurumun apardığı müzakirələrin bizim üçün heç bir əhəmiyyəti yoxdur. İndiki şəraitdə atəşkəs rejiminin üzərində hansısa formada nəzarətin həyata keçirilməsi kapitulyasiya ərəfəsində olan Ermənistanın xilasına və işğalın qeyri-müəyyən zamana kimi davam etməsinə xidmət edir. Bütün siyası etik normaları və diplomatik davranış qaydalarını bir kənara qoyub, bu məsələyə Azərbaycan xalqının 30 il ərzində formalaşmış yekun rəyinə uyğun münasibət bildirmək istəyirəm: Dünyanı qan çanağına çevirən, baş verən bütün ədalətsizliklərin səbəbkarı olan, bütün beynəlxalq hüquqi tənzimləmə mexanizmlərini məhv edən, bəşər tarixinin ən şərəfsiz, ən qaniçən, ən rəzil ”beşliyinin" müzakirələrinə Azərbaycan xalqı tüpürmək belə istəmir.
BMT Təhlükəsizlik Şurası Ermənistanın kapitulyasiyadan xilas olmasının qarşılığında nə təklif edir? Bizim olanın nə zamansa bizə qaytarılacağı haqqında onillərlə davam edəcək müzakirələr? İşğalçının iti qovan kimi qovulması prosesinin dayandırılması və ona adam kimi çıxıb getməyə icazə verilməsi üçün veto hüququ olan “beşliyin” təklifi nədən ibarətdir? Bu barədə heç bir məlumat yoxdur. Azərbaycan xalqı öz Ali Baş Komandanının nə deyəcəyini gözləyir. Özünə hörmət edən siyasətçilər də, ekspertlər də həmçinin... Bu illər ərzində biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin ortaya atdığı bütün terminləri əzbərləmişik. Eyni şeyləri yeyilmiş qrammafon valı kimi təkrarlamağa ehtiyac yoxdur".
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov yaranan suallara “Yeni Müsavat”da bu cür aydınlıq gətirdi: “Təbii ki, indiki mərhələdə müzakirə edilən əsas mövzulardan biri atəşkəsdir, yəni atəşkəsin humanitar və digər növləri. İndi ortaya bu məsələ çıxıb, atəşkəsin verifikasiyası mexanizmləri. Müşahidəçilərin yerləşməsi, sülhməramlı qüvvələr uzun müddət hazırlıq tələb edən məsələlərdir. Amma müşahidəçilər tərkibinə görə az miqdarda olan, özü də tez təşkil edilə biləcək bir qurumdur. Bu mövzular indi BMT-də müzakirə olunursa, bu onu göstərir ki, artıq bundan qabaq ATƏT-in çərçivəsində olan sülhməramlıların konsepsiyası əsas qüvvəsini itirməkdədir. O da müşahidə olunur ki, ATƏT qısa müddətdə hansısa real addımlar atmağa hazır deyil. BMT daha çevik görünür. İndi hesab olunur ki, ATƏT öz aktuallığını itirib. Ön plana, dediyim kimi, BMT çıxa bilər. Hesab edirəm ki, məsələyə bu səpkidə baxılması Azərbaycan üçün daha sərfəlidir. Ümumiyyətlə, atəşkəsin verifikasiya mexanizmləri Rusiya-Türkiyə tərkibində gedə bilər. Bu mexanizmlər daha aktualdır. Əlbəttə, bunların hamısı hələ müzakirə prosesindədir. Bunun nə qədər çəkəcəyini bilmək olmaz. Nəticəsinin olub-olmayacağı da sual altındadır. Amma mühiti kontrol altında saxlamaq üçün Azərbaycan bu məsələlərdə iştirak etməlidir. Cənab Prezidentin də dediyi kimi, hərçənd ki, bu beynəlxalq qanunlara tam uyğundur, Azərbaycanın icazəsi olmadan heç bir müşahidəçilər, sülhməramlı qüvvələr, vasitəçilər öz fəaliyyətlərini göstərə bilməzlər”.
Sabiq nazir hesab edir ki, ən çox sülhü Azərbaycan tərəfi istəyir: “Biz niyə dirəşməliyik? Özümüz sülh istəmirik ki? Biz hamıdan çox bunu istəyirik. Onun üçün də çağırışlar edirik ki, Ermənistan işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxarsın, sülh bərqərar olsun, atəşkəs əldə olunsun, sonra lazım olsa müşahidəçilər gəlsin. Burada heç bir problem yoxdur. Biz millət olaraq sülhpərvərliyimizi daim göstərmişik. Bu çağırışlar Ermənistanadır, bizə yox. Hər bir prosesdə əmin olun ki, Azərbaycan iştirak etməlidir. Onun öz şərtləri var. Bu şərtlər təmin olunsa, biz razılıq verə bilərik. Əksi olacaqsa, təbii ki, razılıq verilməyəcək. Amma proseslərdə iştirak etməliyik”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:21-10-2020, 09:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-10-2020, 09:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16