İRƏVANIN FRANSAYA BƏSLƏDİYİ ÜMİDLƏR DƏ PUÇA ÇIXDI – Ermənistan rəhbərliyi miskin vəziyyətə düşüb
Fransa prezidenti Emmanuel Makron Bakı və İrəvanı Dağlıq Qarabağdakı münaqişəni həll etməyə çağırıb. Fransa lideri ölkəsinin yaralılara tibbi yardım göstərəcəyinə söz verib.
Bundan əvvəl Makron erməni həmkarı Armen Sarkisyanla danışıqlar aparıb. Fransa prezidenti vəziyyətdən çıxış yolunun yalnız danışıqlar yolu ilə mümkün olduğunu bildirib. Makron eyni zamanda dialoqun davam etdirilməsi üçün sakit bir atmosferə ehtiyac olduğunu deyib.
Bununla da Ermənistan Avropada sonuncu ümid yeri olan Fransadan da istədiyi dəstəyi ala bilməyib.
Xatırladaq ki, Ermənistan prezidenti Aram Sarkisyan Avropa turnesi çərçivəsində NATO Baş katibi ilə görüşdən məyus ayrılmşdı. Jens Soltenberq rəhbərlik etdiyi təşkilatın münaqişədən kənar durduğunu qeyd etməklə yanaşı Türkiyənin NATO-nun qiymətli müttəfiqi olduğunu vurğulamışdı.
Baş katib Azərbaycan rəhbərliyi ilə görüşməyə hazır olub-olmadığı barədə jurnalistlərin sualını belə cavablandırıb: “Dediyim kimi, hər iki ölkə NATO-nun hörmətli tərəfdaşlarıdır. Tərəfdaş dövlətin başçısı Brüsselə gələrək görüş istədikdə, mənim üçün belə bir görüşün keçirilməsi təbiidir. Azərbaycan Prezidenti İlham Əliyevin səfərinə daha əvvəl ev sahibliyi etdik və onunla yenidən danışmağa hazıram. Ermənistan və Azərbaycan rəhbərləri də daxil olmaqla, müxtəlif tərəfdaş ölkələrin liderləri ilə görüşəndə bu tərəfdaşlığımızın bir hissəsidir. Bu yaxınlarda Ermənistan prezidenti ilə görüşdüm və belə bir görüş üçün bir müraciət olarsa, Azərbaycan Prezidenti ilə görüş keçirəcəyəm”.
Bu arada Ermənistan üçün ən pis xəbər Valday konfransından gəlib. Rusiya prezidenti beynəlxalq tədbirdə Qarabağda davam edən hərbi əməliyyatlara Rusiyanın hər hansı müdaxilə etməyəcəyini açıqlayıb: “Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməzdi. Biz problemin həlli üçün ən müxtəlif variantlar təklif etmişik. Hər dəfə son anda nəticə əldə etmək olmayıb...".
Rusiya prezidentinin Türkiyənin etibarlı tərəfdaş adlandırması, onun Cənubi Qafqazdakı rolunu müsbət qiymətləndirməsi isə Ermənistan üçün soyuq duş effekti yaradıb.
Beləliklə, Paşinyan hakimiyyətinin Azərbaycana qarşı beynəlxalq basqılar yaratmaqla müharibəni dayandırmaq cəhdləri tamamilə iflasa uğrayıb. Bu da öz növbəsində cəbhədə müqavimət göstərməyə çalışan ordunun qalıqları üçün faciəli xəbərdir.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-10-2020, 12:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-10-2020, 12:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29