Erməni Azərbaycanda rahat yaşayan hansı milli azlıqdan artıqdır ki? - Vaşinqtondakı ƏSAS TEZİSİMİZ
“Qondarma “Dağlıq Qarabağ Respublikası”nın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində gələcəyi yoxdur”.
Bu barədə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov “The Washington Times”a müsahibəsində deyib.
“Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Bunu əsas tutaraq, Ermənistanla müharibə dayandırıla bilər”.
C.Bayramov ABŞ və Rusiya daxil olmaqla, bütün ölkələrin və hətta Ermənistanın özünün də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını xatırladıb:
“Müzakirə ediləcək bir şey yoxdur, Azərbaycanın ayrılmaz hissəsi olaraq, eyni torpaqda və dünyada birlikdə yaşamaq üçün bir yol tapmaq olar. Bu, mümkündür. Azərbaycanda sünnilər və şiələr, yəhudilər və xristianlar, azərbaycanlılar, ruslar, ləzgilər, avarlar, talışlar, gürcülər, sahurlar sülh və həmrəylik içində yaşayırlar.
İşğal olunmuş əraziləri çıxmaqla, təxminən 30 min erməni Azərbaycanı öz evi adlandırır. Bura tək bir etnik qrupun və ya tək bir dinin məkanı deyil”.
Bununla birlikdə, o qeyd edib ki, Ermənistanın hazırkı hökuməti destruktiv siyasət yürütməyə davam edir:
“Azərbaycan Ermənistanla qonşu olaraq - sülh və firavanlıq içində yaşamaq istəyir. Bütün problemlərimiz Ermənistanın işğalı və sülhə nail olmaq üçün mümkün olan yeganə şərti - ərazilərimizdən qoşunlarını çıxarmaqdan imtina etmələri ilə bağlıdır. Biz fərqli yaşamağı öyrənməliyik”.
“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Buna əsaslanaraq, bu müharibəyə son qoya və sülh yoluna qədəm qoya bilərik”, - deyə azərbaycanlı nazir bildirib. (oxu.az)
Paylaş:
Müəllif : Yazar
Tarix:23-10-2020, 15:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-10-2020, 15:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Dünən, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
Dünən, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54