İran sərhəddə təlimlərə niyə indi başladı və bu, kimə qarşıdır? - AKTUAL
Dağlıq Qarabağ savaşı Azərbaycan ordusunun böyük üstünlüyü ilə davam edir, cəbhə xəttinə düşən raketlərlə yer üzü titrəyir. Azərbaycan hərbçiləri Ermənistanın təxribatlarına qarşı və torpaqlarını işğaldan azad etmək üçün əks-hücum əməliyyatlarını səngitməyib. Bu arada İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur, Azərbaycanla Ermənistan sərhəd bölgələrinə İnqilabı Keşikçilər Korpusunun qüvvələrini yerləşdiklərini söyləyib.Bu barədə türk mediasında yazılıb. Bildirilir ki, Məhəmməd Pakpur Şərqi Azərbaycan əyalətinə reallaşdırdığı ziyarət sonrası İran dövlət televiziyasına danışıb.
O, Azərbaycanla Ermənistan sərhəd bölgələrinə qüvvələr yerləşdiyini ifadə edərək, "Azərbaycan ilə Ermənistan arasındakı hərbi qarşıdurmalar səbəbiylə sərhəd bölgələrinə quru qüvvələrimizi yerləşdirdik. Hərbçilərimiz bölgə xalqının hüzur və dincliyini, sərhəd təhlükəsizliyini təmin etmək məqsədiylə bölgədədir" deyə bildirib.
“İran üçün qonşu ölkələrin torpaq bütövlüyü əhəmiyyətlidir” söyləyən Pakpur eyni zamanda bildirib ki, sərhəd bölgələrində yaşayan iranlılara təhdid əmələ gətirəcək hər hansı addıma cavab veriləcək.
Sual yaranır, ilin, ayın bu günü nə təlim? Necə deyərlər, heç hənanın yeridirmi?
“Sherg.az” olaraq məsələ barədə siyasi analitik Turab Rzayevlə söhbətləşdik:
- İranın bu təşəbbüsünü necə qiymətləndirirsiniz?
- Hər halda burada xoş niyyət yoxdur. İran kimlə təhlükəsizliyini təmin etmək istəyir? Azərbaycan Ermənistana hücum edəcək, ya Ermənistan Azərbaycana? Bəlkə, düşünürlər ki, Azərbaycan Zəngilan vasitəsilə İrana, yaxud Zəngəzurdan Ermənistana daxil olacaq? Bizim belə niyyətimiz də yoxdur. Əgər məsələ İran ərazisinə düşə bilən 5-6 artilleriya mərmisidirsə, onda ordu nə edəcək onun qarşısında? Biz məhz bu məqsədlə ilk növbədə Arazboyu ərazini azad etdik ki, İrana hansısa bəhanə qalmasın. Ağbəndin ordumuzun nəzarətinə keçməsi ilə bəhanələrə qon qoyuldu. Elə isə qoşunların sərhəd bölgəsinə yerləşdirilməsi nəyə hesablanıb? Təlimlər niyə indi başlandı və kimə qarşıdır? Bax, sual odur?
- Onda İranın məqsədi nədir?
- O, bu addımdan təsir mexanizmi kimi istifadə etmək, psixoloji təzyiq göstərmək niyyətindədir. Amma İranın hərbi müdaxilə edəcəyinə inanmıram. Buna cəsarəti və kifayət qədər gücü yoxdur. Üstəgəl, İran izolyasiya edilmiş ölkədir. Amma başqa məkrli planlar ola bilər.
- Nə kimi planlar?
- Ermənistan və İran Rusiyanı müharibəyə cəlb etməyə çalışır. Yeganə ümidləri Kremldir. Amma əgər üçüncü tərəf olarsa, hərbi əməliyyatların miqyası genişlənəcək. Hətta NATO ölkələri də müharibəyə qoşulacaq. Bu isə bir neçə dəfə dediyim kimi, həmin ölkələrin dağılması ilə nəticələnəcək. İran təkbətək Azərbaycanla bacarmaz. Və, əlbəttə, Türkiyə, İsrail bizim tərəfdən çıxış etsə, İranın vəziyyəti lap ağır olacaq. Odur ki, İran məhvini sürətləndirmək istəmirsə, öz daxili işlərilə məşğul olsun.
- Sizcə, Rusiya bu oyuna gedəcək?
- İnanmıram. Əlbəttə, əgər əvvəlcədən Ermənistan və İrana bu barədə razılıq verməyibsə. Çünki problemi başından aşır. Ukrayna, Belarus, Gürcüstan, Liviya və Suriyadakı problemlər, həmçinin daxili çətinliklər onsuz da kifayət qədərdir. Həm də Türkiyə ilə yaxşı əməkdaşlığı var. Rəsmi Moskva bütün dünyanın ona sanksiya tətbiq etdiyi vaxtda hansısa bir kəndin kimin nəzarətində olması konfliktinə görə niyə tərəf kimi çıxış etməlidir? Digər məsələ isə ondan ibarətdir ki, Ermənistanda rus bayraqları var. Və biz məhz həmin bayraqlara hörmət etdiyimizə görə, başqasının torpağına girmirik. Halbuki Emrənistanın 4-5 rayonunu ələ keçirmk bizim üçün çətin deyil. Orada bunun qarşısını ala biləcək qüvvə yoxdur. Amma əgər biz rus bayraqlarına hörmət ediriksə, onlar da bunu qarşılıqsız qoymamalı, sui-istifadəyə şərait yaratmamalıdırlar.
- Maraqlı məqamlardan biri də İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Məhəmməd Pakpurun İran üçün qonşu ölkələrin torpaq bütövlüyü əhəmiyyətlidir açıqlamasıdır...
- Bu, həm daxili, həm də xarici auditoriyaya hesablanıb. İran görür ki, bütün təzyiqlərə rəğmən, Azərbaycan öz torpaqlarını azad edir. Ona görə də düşmənlik münasibətlərinin özlərinə qalacağını başa düşürlər. Üstəgəl, işğalçıya İrandan silah, qida, enerji yardımları daşınmasına dair daxili narazılıq da artır. Fəqət biz dövlət səviyyəsində də eyni münasibəti görmək istəyirik. Çünki İranın Ermənistana yardımları nə beynəlxalq hüquqa, nə din birliyinə, nə Azərbaycanın ərazi bütövlüyünün təminatına uyğundur.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-10-2020, 15:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-10-2020, 15:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09