Rusiya Azərbaycan sərhədində bayraq qaldırıbsa: - “Türkiyə Cenevrə danışıqlarına qatıla bilər”
Oktyabrın 29-da Cenevrədə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçiriləcək. Danışıqların məzmunu barədə barədə məlumat daha çox ümumiləşdirilmiş xarakter daşıdığından konkret nəticə çıxartmaq çətindir.
“Həmsədrlər və Xarici İşlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və Azərbaycan liderləri tərəfindən qəbul olunmuş baza prinsiplərinə uyğun həlli üçün razılaşdırılacaq müvafiq zaman çərçivəsinə uyğun bütün lazımi addımların müzakirəsi, razılıq əldə olunması və həyata keçirilməsinə başlanması məqsədilə oktyabrın 29-da yenidən görüşməyi qərara alıb”,-beynəlxalq vasitəçilərin bəyanatında belə deyilir.
Cebhe.info Cenevrə görüşündən gözləntilərə sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müsahibədə aydınlıq gətirməyə çalışıb:
-Tofiq müəllim, Xarici İşlər nazirlərinin Cenevrə görüşündə razılaşma əldə olunacağına ümid varmı?
- Bəlkə də Cenevrə görüşü prosesin yekunu ola bilərdi. Sözün doğrusu, mən bu cür məlumatlara şübhə ilə yanaşıram. Çünki Ermənistan razılaşmaya hazır deyil. Yəni Ermənistan tərəfindən sülhə hazır olmaları barədə hər hansı bəyanat da yoxdur. Siyasi mühit, yaxud qarşı tərəfin mövqeyi ümidverici danışmağa əsas yaratmır. Məlumdur ki, onların vəziyyəti çox ağırdır. Hesab edirəm ki, bu məsələdə çox diqqətli olmaq lazımdır. Onlar istəyirlər ki, sadəcə vaxt qazansınlar. Fikrimcə, Azərbaycan bu görüşlərdən qaçmamalı və bütün danışıqlarda iştirak etməlidir. Yəni danışıqlar hərbi əməliyyatlarla paralel aparıla bilər. Xatırladım ki, 1992-1994-cü illərdə danışıqlar getməsinə baxmayaraq, hərbi əməliyyatlar da davam edirdi. Sadəcə olaraq, 1994-cü ildə atəşkəs rejiminə nail olundu. Bu baxımdan, hər iki fəaliyyətin biri digərini inkar etmir.
- Həmsədrlərin Cenevrə görüşü ilə bağlı yaydığı bəyanatın məzmunu sizcə, hansı qənaətə gəlməyə əsas verir? Çünki bəzi siyasi müşahidəçilər orada razılaşma elementlərinin olduğunu, hətta Ermənistan qoşunlarının işğal altındakı ərazilərdən çıxarılması üçün vaxt cədvəlinin təqdim olunacağını proqnozlaşdırır. Eyni zamanda, həmin bəyanatın siyasi baxımdan qəliz olduğuna dair fikirlər var.
- Birincisi, qeyd etmək lazımdır ki, danışıqlar nə qədər ki, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılacaq, “sülh prosesi” adlanan müzakirələrə Azərbaycan cəmiyyəti etibar etməyəcək. Bu proses xalqın gözündən düşüb. Ona görə də Minsk Qrupunun işinə mən şübhə ilə yanaşıram. İkincisi, biz siyasi reallığa baxmalıyıq. Bu prosesdə Türkiyə və Rusiya həlledici nüfuza malikdir. Bu baxımdan, Rusiya hərbçilərinin Azərbaycan sərhədində öz bayraqlarını qaldırması rəsmi Bakıya imkan verir ki, bu və ya digər şəkildə Türkiyəni də prosesə qoşsun. Hər bir sülh prosesi insanlara, ictimaiyyətə aiddir. Barışan yalnız siyasi elitalar deyil, həm də insanlar olmalıdır. Vasitəçilik missiyasına 30 ildən sonra Azərbaycan tərəfinin etimadını yaratmaq üçün Türkiyə mütləq orada fəal rol oynamalıdır. Artıq elə bir mərhələ yetişib ki, vasitəçilər Rusiya və Türkiyə olmalıdır. Fransanın davranışını gördük. Digər tərəfdən, ABŞ-ın seçkilər ərəfəsində tutduğu mövqeyin də şahidi olduq. Gəlin, reallıqdan danışaq. Bir ehtimal da mövcuddur. Tərəfləri birbaşa danışıqlara aparsınlar. Yəni ermənilərin sizə deyiləsi nə isə sözü varsa, qoy desinlər. Çünki biz onları çox yaxşı tanıyırıq.
- Azərbaycan tərəfi Türkiyənin Cenevrə danışıqlarına qatılmasını təklif edə bilərmi? Hesab edirsiniz ki, Türkiyənin həmin görüşdə iştirakı mümkündür?
-Mən bunu istisna etmirəm. Ona görə ki, bu reallığa cavab verən addım olacaq. Açıq danışmaq lazımdır. Əgər Rusiya öz hərbçilərini Azərbaycanın Ermənistanla dövlət sərhədinə göndərirsə və onlar da orada bayraq qaldırırsa, bu, artıq müdaxilə deməkdir. Türkiyə həmçinin, ən azı Naxçıvanın təhlükəsizliyinə təminat verən ölkədir. Bu mənada, Türkiyənin danışıqlara qatılması üçün ciddi əsas var.
- Azərbaycan Prezidenti də xalqa müraciətində Cenevrə görüşünə münasibət bildirdi. Prezident İlham Əliyev bu görüşdə iştirakın vacib olduğunu bildirməklə yanaşı, onun əhəmiyyətsiz olacağını da istisna etmədi. Dövlət başçısının bu mesajı nədən xəbər verir?
- Cənab Prezident bu məsələlərdə məlumatı və təcrübəsi çoxdur. Mən istisna etmirəm ki, dövlət başçısında ictimaiyyətə açıqlanmayan əlavə məlumatlar var. Mən Ermənistanın hazırkı addımlarını təhlil edərkən görürəm ki, onlar razılaşmaya hazır deyil. Razılaşma da yalnız Ermənistan qoşunlarının Azərbaycan ərazilərini tərk etməsindən ibarət ola bilər.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-10-2020, 17:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-10-2020, 17:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25