Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR
Xocalı soyqırımı zamanı hər iki valideyni ermənilər tərəfindən qətlə yetirilən “25 uşaq” Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun həmsədri olan Rusiya, ABŞ və Fransa prezidentlərinə məktub yazıb.
regionxeberlericom.az modern.az saytına istinadən məktubu olduğu kimi təqdim edir:
- Hörmətli Vladimir Putin, Donald Tramp və Emmanuel Makron,
Rəhbərlik etdiyiniz dövlətlər uzun zamandır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad olunması missiyasını üzərinə götürən Minsk Qrupuna həmsədrlik edir. Xocalı şəhəri də Ermənistanın işğalı altındadır. O Xocalı ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə yerlə-yeksan edildi, 613 doğmamız qətlə yetirildi.
Ötən illər ərzində qarşılaşdığımız vandalizmlərin durdurulması üçün sizin ölkələrə çox ümid etdik, hər dəfə Minsk Qrupundakı təmsilçiləriniz Azərbaycana gələndə torpaqlarımızın azad olunacağını gözlədik. Təəssüf ki, bunu görə bilmədik.
Soyqırımı zamanı bizim - 25 uşağın hər iki valideyni Xocalıda qətlə yetirildi. Bəlkə də təsəvvür edə bilmirsiniz, o zaman bizlər 1-10 yaşındaydıq. Ata-analarımızı gözlərimiz önündə yandırdılar, güllələdilər, dərilərini soydular. Biz o vaxt nə baş verdiyini anlamırdıq. Ermənilər bizə ömürümüz boyu gözümüzün önündən getməyəcək dəhşətlər yaşatdılar.
Keçən 28 il ərzində biz valideyn nəvazişindən, ailə istisindən məhrum olduq.
İndi öz torpaqlarımıza qayıtmaq istəyirik. Yenə də düşünürdük ki, öz evimizə qayıtmağımıza, valideynlərimizin qətlə yetirildiyi, itkin düşdüyü yurdumuza dönməkdə ATƏT-in Minsk qrupunun həmsədri olan Amerika, Rusiya , Fransa da kömək edəcək.
Çox təəssüf ki, biz bunun əksini görməkdəyik. Öz evimizə getmək istəyərkən Minsk qrupunun həmsədrləri evimizə gedən yolu kəsirlər.
Axı niyə!
Bizə qarşı soyqırımı törətmiş ermənilərə dəstək olmaq həm də o soyqırımı törədənlərlə şərik olmaq anlamına gəlmirmi?
Belə olmasaydı, evimizə gedən yola daş qoymazdınız. Soyqırımı yaşamış uşaqlara kömək etmirsiniz, heç olmasa öz evimizə getməyə mane olmayın.
Bir daha sizə müraciət edirik, bizi insan saymırsınızmı?
Bizim də öz evimizdə yaşamaq haqqımız yoxdurmu?!
Evimizə getmək hüququmuzu əlimizdən almaq beynəlxalq hüquqa ziddir. Biz öz evimizə getmək istəyirik. Biz Yer üzündən silinmiş Xocalımızı diriltmək istəyirik. Biz qətlə yetirilmiş ata-anamızın ruhunu şad etmək istəyirik.
Axı iddia edirsiniz ki, sizin ölkələr həmişə insan hüquqlarını qoruyur. Elədirsə, bizim də hüquqlarımızı qoruyun!
Paylaş:
Müəllif : Yazar
Tarix:28-10-2020, 09:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-10-2020, 09:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25