Sensasion “F-16” xəbərdarlığının pərdəarxası - TƏHLİL
Prezident İlham Əliyev ilk dəfə bu incə nüansı xalqın qarşısında dilə gətirməli oldu. Ölkə başçısı əcnəbi jurnalistlərin ona bu mövzuda verdiyi suallardan təngə gələrək xalqa müraciətində reallığı açıqladı, ciddi xəbərdarlıq etdi.
Söhbət Türkiyəyə məxsus “F-16" qırıcılarının Azərbaycanda olmasından gedir. İ.Əliyev dəfələrlə vurğulayıb ki, həmin qırıcılar hərbi təlimlərə gəlmişdi və indi yerdədir, heç bir halda istifadə edilmir. Amma xarici telekanalların jurnalistlərinin ”F-16" qırıcıları ilə bağlı sualları bitib-tükənmirdi və nəhayət, dövlət başçısı “Əgər bizə qarşı kənardan aqressiya olacaqsa, həmin ”F-16" qırıcılarını qarşılarında görəcəklər"-deyə, dünyaya sərt ismarış yolladı. Prezidentin reaksiyasına yenə diqqət edək: “Mənə sual verilir ki, Türkiyənin ”F-16"-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var, görmürsünüz nə gəzir? Gedin baxın “F-16" neyləyir, havadadır, yerdədir? Hər kəs bilir ki, yerdədir. Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz olarsa, o ”F-16"-ları görəcəklər onlar".
Şübhəsiz ki, Azərbaycanın “F-16" qırıcılarından istifadə etmək niyyəti yoxdur. Bizim hərbi potensialımız kifayət edir ki, erməni silahlı qüvvələrini darmadağın edək. Lakin Prezidentin mesajı kifayət qədər ciddi və düşündürücüdür. Bu sözlər hansı qüvvələrə ünvanlanmışdı? Ümumiyyətlə, Azərbaycan belə zərurət yaranarsa, hansı hüquqi mexanizmləri işə salmalıdır ki, Türkiyə təkcə masada deyil, döyüş meydanında da bizə dəstək versin? Əlbəttə, bu, indi olmaya bilər. Fəqət gələcək üçün mühümdür. Amma necə etməli? Əslində hüquqi səlahiyyət olmalıdır ki, dünya üstümüzə gəlməsin.
Üstəlik, “F-16" qırıcılarının adı gələndə ermənilərin canına vəlvələ, üşütmə düşür. Bənzərsiz qırıcı olan bu təyyarələr dünyanın hərbi sənayesində ən müasir və effektli silahların birinci cərgəsindədir.
Politoloq Qabil Hüseynli bununla bağlı şərhində qeyd etdi ki, Azərbaycana qarşı təhdid və şantajlar “meydan sulayır”. Onun “Yeni Müsavat”a dediyinə görə, oxşar hədələr, sanksiya təhdidləri Türkiyəyə də yönəlik səsləndirilir: “Azərbaycana hücum Rusiyanın Ermənistandakı hərbi bazasından ola bilər. Gümrüdəki 102-ci hərbi baza Ermənistanın hərbi təchizatında iştirak edir. Bunu Prezident İlham Əliyev İtaliya telekanalına açıqladı. Çünki Rusiya və Ermənistan arasındakı sənədə əsasən rus qoşunlarının hərbi heyəti əməliyyatın hazırlanmasında iştirak edə bilər. Cənab İlham Əliyev də İtaliya televiziyasına müsahibəsində açıqladı ki, onların ”MiQ-29" və “Su-30" hərbi təyyarələri var. Bu haqda biz heç nə demirik, amma onlar «F-16» qırıcılarından tez-tez danışırlar. Halbuki Ermənistan məhdud miqdarda hərbi aviasiyasını döyüşə çıxardı və bizim hava hücumundan müdafiə sistemləri tərəfindən ikisi məhv edilib, ikisi isə dağa çırpılaraq dağılıb”.
Q.Hüseynli yada saldı ki, Ermənistandakı Erebunidə rusların hərbi bazası var: “Orada da rusların ”MiQ-29" və “Su-30" hərbi təyyarələri mövcuddur. Ermənilər bu təyyarələri hərbi əməliyyatlara qoşmaq istəyirlər. Əgər belə hal baş versə, bu zaman ”F-16" qırıcıları da prosesə qoşula bilər. Çünki Türkiyə ilə Azərbaycan arasında “Yüksək strateji əməkdaşlıq” barədə saziş var. Həmin sazişdə qeyd edilir ki, tərəflərdən birinə edilən təcavüz digərinə edilmiş təcavüz kimi qiymətləndiriləcək və dərhal hərəkətə keçəcəklər. Ümumiyyətlə, Türkiyənin müdaxiləsi üçün hüquqi bazası var. Bunu gələcəkdə təkmilləşdirmək fikrindəyik və layihəsi artıq hazırdır. Belə ki, iki ökə arasında hərbi ittifaq haqda müqavilə bağlanması gözlənilir. Necə ki, Rusiya və Ermənistan arasında bu müqavilə var. Gələcəkdə kənar qüvvələr müdaxilə etmək fikrinə düşsə, Türkiyə dərhal prosesə qoşulacaq və özünə aid bütün qoş növləri ilə əməliyyatlarda iştirak edəcək".
Paylaş:
Müəllif : Yazar
Tarix:28-10-2020, 09:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-10-2020, 09:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Bu gün, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Bu gün, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Bu gün, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
Dünən, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
Dünən, 10:54