TÜRKİYƏ 2 NÜFUZLU ŞƏXSİ ABŞ-a GÖNDƏRDİ –"Arxa qapı" diplomatiyası effekt verəcəkmi?
Sərdar Turqut,
“Habertürk”ün Vaşiqnton təmsilçisi, 06 may 2019-cu il
“Arxa qapı” diplomatiyası – vəzifəli şəxslərin tutduğu mövqelərlə bağlı rəsmi əlaqələrdə söyləyə bilmədiklərini də söyləyə bildiyi, pozulan münasibətlərin önünün açılması üçün rəsmi siyasətdən kənara çıxaraq yeni vasitələrin axtarıldığı, demək olar ki, bütün ölkələr tərəfindən istifadə edilən bir üsuldur. Tansu Çillərin Vaşinqtona göndərilməsini müdafiə etdiyim yazımdan etibarən mən, ABŞ-la münasibətlərdə bu üsulun yenidən yoxlanılmasının lazım olduğunu düşünürəm.
Bildiklərimi yazmırdım
Türkiyə bu üsulu təkrar yoxlamağa başlayıb. Məsələni uzun müddət idi ki, bilirdim. Bu iş üçün bura gələnləri, keçirdikləri görüşləri, işlərin necə getdiyini – hamısını bilirdim. Uzun müddətdir bilirdim, amma yazmadım. Çünki “arxa qapı” diplomatiyası, adından da anlaşıldığı kimi, ictimaiyyət önündə danışılmayanların da danışıldığı yerdir.
Məni yazmamağa sövq edən, istəmədən də olsa, açılmaq istənən bir qapının qapanmasına yol aça bilmək qorxusu idi. Vaşinqtondan hər bir xəbəri verdiyim zaman da, burada hər bir hadisə baş verəndə də bu narahatlığı keçirirəm.
Ancaq 3 may 2019- cu ildə Hande Fırat “Hürriyet”qəzetində “”Arxa qapı” yenidən dövrədə” başlıqlı bir yazı yazıb. Bu yazıdan anladım ki, məndə olan narahatlıq Ankarada o qədər də yoxdur. Bu səbəblə, məsələdən bu gün bəhs etməyə qərar verdim.
İlk öncə “C”, sonra da “M” gəldi
Bura gələn şəxslərin kimliyini və nə danışdıqlarını anlatmayacam. Bir-birinin ardınca iki nüfuzlu şəxs “arxa qapı” diplomatiyası üçün Vaşinqtona gəldi. Birinci gələni sadəcə “C” olaraq adlandıracam. “C”, illər öncə Ərdoğanın beynəlxalq dairələrdə ilk yüksəlişi dövrlərində bu işi Vaşinqtonda effektli bir şəkildə görmüş şəxsdir.
Ondan sonra gələni isə “M” adlandıracam. O da Ərdoğana çox yaxın olan, onu bir çox adamdan daha yaxşı tanıyan və sirlərini bölüşə bilən bir şəxsdir. “M” də gəldi, bəzi görüşlər keçirdi.
Əslində, bu, münasibətlərin düzəlməsinin önünü açar da
ABŞ-Türkiyə görüşləri dalana girdiyinə, iki ölkə də məlum mövqelərini davamlı təkrarlamağa başladığına və “qüsurlu dövrə” yarandığına görə “arxa qapı”nın açılması istənilir. Rəsmən ifadə edilməyən yeni fikirlər müzakirə edilsin və münasibətlər müsbət yöndə inkişaf etməyə başlasın deyə, “arxa qapı” diplomatiyası düşünülür.
Əslində, mənim çox dəstəklədiyim və olmalı olan da budur.
Keçmiş dövrlərdə bu üsulla uğurlar əldə edilib. Çünki Türkiyəni Konqresdə dəstəkləməyə hazır olan bir lobbi də vardı. O günlərdə prezidentlərə “arxa qapı”dan bir yol açılan zaman oradan keçilər və Konqresdən də dəstək alınardı.
Tərcümə Strateq.az-ındır
Paylaş:
Müəllif : Redaktor
Tarix:7-05-2019, 08:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:7-05-2019, 08:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50