reklam
Regionxeberlericom.az » Siyasət » “ERMƏNİSTANDAN HƏYƏCANLI SİQNALLAR GƏLİR...” - "Moskva da istəyir ki, məsələyə birdəfəlik nöqtə qoyulsun"

reklam

“ERMƏNİSTANDAN HƏYƏCANLI SİQNALLAR GƏLİR...” - "Moskva da istəyir ki, məsələyə birdəfəlik nöqtə qoyulsun"


“Rusiya rəhbərliyi Ermənistanın danışıqlar prosesini mütəmadi olaraq pozmasından təngə gəlib”
“Hazırda Ermənistanda təkcə siyasi qüvvələrin konfiqurasiyası deyil, həmçinin ordu strukturlarının vəziyyətilə bağlı kritik problemlər meydana gəlib. Ancaq istənilən dəyişiklik nizamlanma prosesindəki situasiyanı daha da dalana dirəyə bilər. Buna səbəb qərbyönümlü Paşinyanın əvəzinə hakimiyyətə gələ biləcək qüvvələrin mövqeyidir.“
Bu fikirlər Rusiyanın məşhur “Nezavisimaya Qazeta” dərgisində Ermənistanda yaranmış siyasi və hərbi böhrana həsr olunmuş məqalədə yer alıb. “Elitaların davası İrəvanın siyasətini radikallaşdırır” başlıqlı məqalədə deyilir ki, hazırda Ermənistanda vəziyyət olduqca gərgindir: “Hazırda Ermənistandan həyəcanlı siqnallar gəlir. Ermənistan hərbi qüvvələrində yenə də pərakəndəlik və dezertirlik müşahidə olunur.”
Qəzet yazır ki, erməni hərbi birləşmələrindəki acınacaqlı durumu Paşinyanın son müraciəti də təsdiqləyir: “Hökumət başçısının çıxışları da bunu təsdiq edir: “Əlbəttə, müharibədə plov paylamırlar, müharibə xaos yaradır, ancaq hər kəs bilməlidir ki, döyüş meydanından qaçanı cəzalandırmaq lazımdır və buna heç cür haqq qazandırıla bilməz”, - deyə Paşinyan oktyabrın 26-da bildirib. Həmçinin, Dağlıq Qarabağın (Qondarma rejim nəzərdə tutulur-red.) müdafiə naziri Cəlal Arutunyan da daxil olmaqla, yüksək rütbəli erməni hərbçilərinin sıradan çıxarılması halları çoxalıb.” 
Qəzet qeyd edir ki, erməni tərəfinin rəsmi versiyasına görə, C.Arutunyan yaralanıb...Ancaq onun içində olduğu avtomobilin vurulmasına dair görüntülər Arutunyanın məhv olduğunu deməyə əsas verir.
Məqalədə göstərilir ki, cəbhədə yaranan durum sayəsində Ermənistanda iki il əvvəl itirdiyi mövqeyini bərpa etmək istəyən “Qarabağ klanı”nın “ikinci nəfəsi” açılıb: “Erməni siyasi elitasındakı “Qarabağ klanı”nın ikinci nəfəsi açılıb. Sözsüz ki, bu qüvvəyə stavka edilməsi heç də Qarabağda hərbi qələbə əldə edilməsi ümidi ilə bağlı deyil. Ancaq müəyyən ümidlər var ki, “Qarabağ klanı”nın hakimiyyətə gəlməsi guya Rusiyanın İrəvana yardımını intensivləşdirə  bilər.”
Məqalədə həmçinin olduqca maraqlı və sensasiya hesab ediləcək informasiya yer alıb. Söhbət Qarabağ ermənilərinin Azərbaycana Ermənistan hərbi birləşmələrinin mövqelərilə bağlı informasiya ötürməsinə dair məlumatdan gedir: “Təəccüblü deyil ki, baş verənlərin fonunda Qarabağ ermənilərinin Azərbaycana bir sıra hərbi obyektlər barədə məlumat sızdırmasına və bununla da Paşinyanın nüfuzunun minimuma endirilməsi məqsədinə dair söhbətlər çoxalıb. Şuşadakı məktəblərdən birinə endirilən zərbə də bununla əlaqələndirilir. Belə ki, orada «Qarabağdakı sui-qəsdçilərin yuvalarına” İrəvanın tam nəzarətini həyata keçirməli olan polis işçiləri yerləşdirilmişdi.”
Bu məlumatdan belə aydın olur ki, Paşinyan hökuməti qondarma rejimdəki əleyhdarlarına nəzarət etmək üçün Şuşaya xüsusi polis dəstəsi göndərib və həmin dəstə məktəbdə yerləşdirilib. Azərbaycan ordusu isə, qəzetin bildirdiyinə görə, Qarabağ ermənilərinin verdikləri koordinatlar sayəsində bu dəstəni məhv edib. 
Bu, bir tərəfdən ermənilərin hakimiyyət uğrunda istənilən satqınlığa getmələrindən xəbər verirsə, digər yandan da Ermənistanın öz hərbçilərini və güc strukturlarını bilərəkdən məktəblərdə və digər mülki obyektlərdə yerləşdirməsini təsdiqləyir. Və sonradan bu obyektlərin vurulmasını isə guya mülki hədəflərin vurulmasına dair dezinformasiya yaymaq, təbliğat aparmaq üçün istifadə edir. 
Rusiya dərgisi hesab edir ki, Ermənistanda hakimiyyətə yenidən “Qarabağ klanı” gələrsə, bu, Qarabağ münaqişəsininsülh yolu ilə həllini daha da çətinləşdirəcək: “Ermənistanda hakimiyyətə “Qarabağ ultramillətçiləri” gələrsə, bu, münaqişənin həllinin növbəti dalana dirənməsi anlamı daşıyacaq. Bakıda keçmiş prezidentlər Sarqsyanı və Köçəryanı hərbi cani hesab edirlər. Köçəryan öz kitabında Qarabağdakı Sovet hərbi birləşmələrinə və zabitlərinə qarşı terror aktlarını və özünün bu aktlarda iştirakını açıq şəkildə qələmə alıb.”
Qəzet hesab edir ki, “Qarabağ klanı”nın Ermənistanda hakimiyyətə gəlməsi rəsmi Moskvanın maraqları üçün risq yaradır: “Çətin ki, İrəvanda siyasi elitanın dəyişməsi regionu sakitləşdirə. Bu, regionu daha da qeyri-stabil zonaya çevirər və hətta Rusiyanın maraqlarına risq yaradar. Ermənistanın danışıqlar prosesini mütəmadi olaraq pozmasından təngə gələn Rusiya rəhbərliyinin mövqeyi ondan ibarətdir ki, Rusiya üçün eyni dərəcədə tərəfdaş olan Ermənistanın və Azərbaycanın öz aralarında bu münaqişənin birdəfəlik həllinə imkan yaransın. Və bununla da Qarabağın statusu məsələsinə birdəfəlik nöqtə qoyulsun. Yalnız bunun əsasında Rusiya tərəfi Cənubi Qafqazda, hətta daha geniş mənada – Türkiyə və İranın cəlb olunmasıyla siyasi və iqtisadi layihələrin hərtərəfli icrasında iştirakı barədə düşünə bilər.”
Göründüyü kimi, kifayət qədər obyektiv və birmənalı mövqe sərgiləyən bu tanınmış Rusiya dərgisi, əslində regionun inkişafını uzun illər tormozlayan və nəticədə Moskvanın özünün də buradakı iqtisadi və siyasi layihələrdə iştirakını əngəlləyən Dağlıq Qarabağ probleminin birdəfəlik həllində maraqlı olduğunu iddia edir. 
Əslində, doğrudan da Rusiyanın son zamanlar Türkiyə ilə bir çox sahələrdə əməkdaşılıq etməsi, ortaq layihələrə imza atmasının fonunda regionu daim gərginlikdə saxlayan cılız, lakin iddiaları başından böyük Ermənistanın elə rəsmi Moskva üçün də artıq yükə çevrildiyi və onu bezdirdiyi göz önündədir. Özü də bunu təkcə “Nezavisimaya Qazeta” deyil, ermənilərin əlində alətə çevrilməmiş bir çox tanınmış rusiyalı ekspertlər də deyir.


Paylaş:


Müəllif : Tarix:
29-10-2020, 08:53
Sikayət   


loading...
Загрузка...