"Bu susqunluq əslində Ermənistanı dəstəkləmək anlamına gəlir" - ETİRAZ
"Ermənilərin Bərdədə dinc sakinlərə atəş açması hərbi cinayətdir. Bu hər nə qədər ermənilər tərəfindən törədilən hərbi cinayətdirsə, bir o qədər də bu cinayətlərə susan, Ermənistanı qınamayan beynəlxalq təşkilatların susqunluğu da, bu cinayətə ortaq, şərik olmaq deməkdir."
Bu sözləri Unikal.org-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib. O, qeyd edib ki, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar ermənilərin dinc əhalini hədəfə almasına səssiz qalmamalıdırlar:
"Gəncəyə və Bərdəyə bu cür hücumlar dövlət səviyyəsində törədilən terror aktlarıdır. İnsan Hüquqlarının müdafiəsi ilə məşğul olan ayrı-ayrı təşkilatlar çox təəssüf ki, ermənilərin törətdiyi bu cinayətlərə susqunluq nümayiş etdirirlər. Bu susqunluq əslində Ermənistanı dəstəkləmək anlamına gəlir. Düşünürəm ki, heç olmasa bundan sonra müvafiq insan hüquqları qurumları, beynəlxalq və humanitar təşkilatlar, ayrı-ayrı dövlətlər bu məsələyə ciddi qınaq nümayiş etdirməklə işğalçı ölkəni bu cür addımlardan çəkindirməlidirlər. Azərbaycan ordusu, Azərbaycan əsgəri dinc sakinlərimizə qarşı cinayət törədən terrorçu erməniləri döyüş meydanında layiqincə cəzalandırmağı bacarır. Bu proseslər bir həqiqəti ortaya çıxardı ki, bu günə kimi özünü dünyaya insan hüquqlarını müdafiə edən təşkilatlar kimi göstərənlər əslində insan hüuquqlarının müdafiəsi ilə deyil, sadəcə bu mövzunu əllərində siyasi alətə çevirərək, ayrı-ayrı ölkələrə siyasi təzyiq mexanizmi kimi istifadə edən qurumlardır. Buna görə də Azərbaycan öz ordusuna güvənir. Azərbaycan vətəndaşlarına qarşı hər hansı bir cinayət törədənlər ordumuz tərəfindən layiqli cavabını alacaqdır".
Paylaş:
Müəllif : Yazar
Tarix:29-10-2020, 16:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-10-2020, 16:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25