Rusiya öz hərbçilərini Qarabağa göndərməkdən imtina edib: - Sərhəddə rus bayrağı qaldıran əsgərlər ermənilər imiş
Rusiya sülhməramlı qüvvələrini Qarabağ ərazisinə yeritməkdən imtina edib.
Ovqat.com xəbər verir ki, məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi olaraq səsləndirib.
O, xüsusi olaraq vurğulayıb ki, rusiyalılar yalnız Ermənistanın bu haqda tələblərini rəhbər tuta bilməz.
"Kreml sülhməramlıların Qarabağa yalnız hər iki tərəfin razılığı ilə daxil ola biləcəyini vurğulayır”, - deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.
Peskovun bu cür açıqlama ilə çıxış etməsi səbəbsiz deyil. Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Qərb mediasına verdiyi müsahibədə bəyan etmişdi ki, Rusiya sülhməramlılarının Qarabağ münaqişəsi zonasında yerləşdirilməsi yaranmış vəziyyətdən yeganə çıxış yolu ola bilər. O, ABŞ və Fransanı da Rusiyanın Qarabağdakı sülhməramlı səylərini dəstəkləməyə çağırmışdı. Peskovun bu tələbə cavabı isə xeyli alçaldıcı tonda olub:
"Biz dəfələrlə oxşar suallara cavab vermişik. İstənilən sülhməramlılar münaqişə zonasına yalnız hər iki tərəfin razılığı ilə göndərilə bilər".
Maraqlıdır ki, bir müddət əvvəl Ermənistan Rusiya hərbçilərinin Dağlıq Qarabağla sərhəddə öz qüvvələrini yerləşdirdiyini bəyan etsə də, bu barədə də heç bir sübut yoxdur. Bir sıra rus media orqanlarının məlumatına görə, Rusiya hərbçiləri adı altında DQR-in sərhədində yerləşdirilən və Azərbaycanın zərbələrindən yayınmaq üçün Rusiya bayrağı qaldıranlar ermənilərdir.
“Bu məlumatlar Rusiya tərəfindən də təsdiq edilmir və Ermənistanın faktiki olaraq Rusiyaya qarşı təxribatlara əl atdığı ilə bağlı bir sıra suallar doğurur”,-Rusiyanın Avia.pro portalı qeyd edir
Bütün bu məlumatlardan sonra Azərbaycanın Qarabağ sərhəddində yerləşdirilən və Rusiya bayrağı qaldıran erməni əsgərlərini darmadağın etmək hüququ doğur, yəqin ki, bunu həyata keçirəcək də. Çünki həmin qüvvələrin Ermənistan ərazisində dayanıb Laçına doğru irəliləyən Azərbaycan əsgərlərinə atəş açdıqlarına dair məlumatlar var.
Paylaş:
Müəllif : Yazar
Tarix:31-10-2020, 09:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:31-10-2020, 09:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25