Heydər Əliyev Fondu başçıları brifinqə topladı - Mühüm
Bu gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə fevralın 5-də Ağsu, İsmayılllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair 3 aylıq hesabat brifinqi keçirilib.
İsmayıllı rayonunda baş tutan tədbirdə sözügedən rayonların icra hakimiyyətlərinin başçıları bu istiqamətdə görülmüş işlər barədə məlumat veriblər.
İsmayıllı rayonunun icra başçısı Mirdamət Sadıqov bildirib ki, İsmayıllı rayonu ərazisində 114 yaşayış evi qəzalı vəziyyətə düşüb. Onun sözlərinə görə, zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə rayon üzrə 176 yaşayış evinin tikintisinə başlanılıb.
İcra başçısı qeyd edib ki, zəlzələ ölkə tarixində böyük hadisələrdən biri kimi qiymətləndirilir: “Belə təcrübə 1981-ci ildə baş vermişdi. 6,5 gücündə zəlzələ olmuşdu və dəymiş ziyanın aradan qaldırılması üçün insanların yanına ilk gələn Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi, Sov İKP MK Siyasi Bürosunun üzvü kimi ulu öndər Heydər Əliyev olmuşdu.
Mirdaməd Sadıqov deyib ki, fevralın 5-də olan zəlzələyə dövlət çox ciddi reaksiya verib: “Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi və əməkdaşları hadisə baş verən günün səhəri rayonda idi. Növbəti gün Azərbaycan Prezidenti İlham Əliyev rayonumuza gəldi və zəlzələdən ziyan çəkən əhali ilə görüşüb konkret tapşırıqlarını verdi. Bu günədək zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar işçi qrupu və komissiya çox iş görüb. Episentrin mərkəzi olsa da, digər qonşu rayonlara nisbətən İsmayıllı daha az ziyan çəkib”.
İcra başçısı vurğulayıb ki, sakinlərdən 66 yaşayış məntəqəsindən 1272 ərizə daxil olub, onlardan 1257-nə yerindəcə baxılıb: “Ərizələrin doqquzu təkrar sayılıb, altı nəfər sakinin müraciətinə baxmayaraq, qapısı açılmayıb. Biz həmin evlərin sakinlərini tapa bilmirik, Bakı və ya respublikadan kənarda yaşayırlar, zərər çəkmələri barədə məlumatlar veriblər. 344 ev qənaətbəxş hesab edilir, 455 evin bərpasına, 344 evin təmirinə sərəncam verilib. 114 ev isə ən qəzalı ev sayılır. Onlardan 97-si vaxtilə sürüşmədən əziyyət çəkən evlərdir. Evlərdən 76-sı tikilmək üzrədir. Bundan sonra sürüşmə zonasında evlər tikilməyəcək”.
O, zəlzələ zamanı ictimaiyyətdə ajiotaj yaranmadığını bildirib: “İctimaiyyətə təşəkkür edirəm, elə insanlar var ki, zəlzələdən əziyyət çəkənləri evində saxlayır, onlara yardım edir”.
Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyev çıxışında qeyd edib ki, zəlzələ nəticəsində Ağsu rayonunda 350 yaşayış evi qəzalı vəziyyətə düşüb, yüzlərlə yaşayış evinə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəyib.
O bildirib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə hazırda rayon üzrə 162 yaşayış evinin tikintisinə başlanılıb. Eyni zamanda “Regional İnkişaf” İctimai Birliyi tərəfindən rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış evlərinin, müxtəlif sosial və infrastruktur obyektlərinin tikintisi həyata keçirilir:
“Zəlzələdən sonra dövlət başçısı rayona gələrək təbii fəlakətdən əziyyət çəkən insanlarla görüşdü və elə həmin gün dəymiş ziyanın aradan qaldırılması üçün Prezidentin Ehtiyat Fondundan 2 milyon manat ayrılması barədə sərəncam verdi”.
Daha sonra çıxış edən Şamaxı rayonunun icra başçısı Tahir Məmmədov öz növbəsində vurğulayıb ki, rayon ərazisində 284 fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb, 112 yaşayış evinin tikintisinə başlanılıb. Onun sözlərinə görə, Şamaxı rayonunda tikiləcək yeni çoxmənzilli yaşayış binalarında 81 ailənin yerləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, episentri İsmayıllı və Ağsu rayonlarının ərazisində olan zəlzələ nəticəsində Ağsu, İsmayıllı və Şamaxı rayonlarında 748 yaşayış evi qəzalı vəziyyətə düşüb, yüzlərlə yaşayış evinə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəyib.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin fəsadları aradan qaldırılmaqdadır.
Paylaş:
Müəllif : Redaktor
Tarix:7-05-2019, 13:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:7-05-2019, 13:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09