Sərhəddə “ölən” iki rus əsgəri dezinformasiyası nəyə hesablanıb? – İrəvanın Moskvayla oyununun gizlinləri
Bu günlərdə Ermənistan mətbuatı belə br məlumat yayıb ki, Azərbaycanla sərhəddə iki rus əsgəri öldürülüb. Dərhal da Rusiyanın İrəvandakı səfirliyi məsələyə reaksiya verərək, məlumatın həqiqəti əks etdirmədiyini və erməni mətbuatının yalan uydurduğunu bildirib.
Sfera.az xatırladır ki, Dağlıq Qarabağın azad edilməsi uğrunda müharibə başlayandan İrəvan hər vəchlə çalışır ki, prosesə kənar qüvvələri cəlb etsin. Çıxılmaz vəziyyətə düşən kənardan yardım axtardığı kimi, ağır məğlubiyyətlə üz-üzə qalan Paşinyan da anoloji hərəkətlərdə bulunur.
Sözsüz ki, Ermənistan ilk növbədə Rusiyanı müharibəyə cəlb etməyi planlaşdırıb. Ermənistan Baş Naziri Nikol Paşinyan dəfələrlə bu barədə Rusiya Prezidenti Putinə müxtəlif məzmunlu olsa da eyni məqsədli mesajlar göndərib.Lakin Moskva prosesə qoşulmur və neytrallığını saxlamaqda davam edir.
Vladimir Putin özü bir neçə dəfə bəyan edib ki, müharibə Dağlıq Qarabağ ərazisində getdiyindən Rusiya heç Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində belə İrəvana yardım edə bilməz. Moskvanın neytrallığı sözsüz ki, Azərbaycanın maraqlarına cavab verir.
Rusiyanın belə mövqe sərgiləməsi aydın məsələdir ki, Paşinyan hakimiyyətini razı sala bilməz. Odur ki, İrəvan çalışır ki, Moskva ilə Bakının münasibətlərini pozacaq hansısa "fakt” tapsın və bununla da Rusiyanın prosesə müdaxiləsinə nail olsun. Görünür, Azərbaycanla Ermənistan sərhədində iki rus əsgərinin öldürülməsi barədə erməni mətbuatının yaydığı dezinformasiya da həmin məqsədə xidmət edirdi.
Dezinformasiyanın ikinci məqsədi isə Azərbaycan cəmiyyətində müəyyən narahatlıq yaratmağa hesablanmışdı. İrəvan artıq Rusiya Ordusunun guya ermənilərə real dəstək verdiyi barədə fikirlərin formalaşmasına və bununla qarşı tərəfdə panika yaratmağa nail olmaq istəyirdi. Ermənistan bu sayaq informasiyalarla qarşı tərəfdə son bir ayda yaranmış yüksək əhval-ruhiyyəni sarsıtmağı, onu məyusluqla əvəzləməyi düşünürdü.
Digər tərəfdən ola bilsin, həmin məlumat ağır məğlubiyyət fonunda məyuslaşmış və sarsılmış ermənilərdə guya rusların artıq köməyə gəldiyi illüziyasını yaratmaqla əhval-ruhiyyəni qaldırmaq məqsədi daşıya bilər.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-11-2020, 12:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-11-2020, 12:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25