“Bakı ilə İrəvanı danışıqlar masasına oturmağa inandırmaq üçün türkiyəli tərəfdaşlarımızla çalışacağıq” - Lavrov
"Rusiya Türkiyə ilə əməkdaşlığı davam etdirəcək və Dağlıq Qarabağdakı hərbi ssenarinin irəli çəkilməsinin qarşısını almaq üçün regiondakı bütün nüfuzundan istifadə edəcək".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Kommersant" qəzetinə müsahibəsində bildirib.
Rusiyalı nazir qeyd edib ki, Moskva və Ankara çevik, praqmatik yanaşma göstərə bilən və bir-biri ilə əməkdaşlıq edərkən strateji baxışı rəhbər tutan iki sıx tərəfdaşdır. Lavrovun sözlərinə görə, Rusiya və Türkiyə diplomatları, hərbi və xüsusi xidmət orqanları arasında işgüzarlığın və maddi əməkdaşlığın canlı nümunəsi Suriya və Liviyada olandır.
"Dağlıq Qarabağ məsələsində vəziyyət kökündən fərqlidir", - deyən Lavrov məsələnin danışıqlar yolu ilə həllinə çalışdıqlarını qeyd edib.
Rusiya XİN başçısı həm münaqişə tərəfləri, həm də xarici tərəfdaşlar üçün atəşkəs razılaşmalarına, nəzarət mexanizminin yaradılmasına və konkret cədvəllə mənalı danışıqlar prosesinin bərpasına ciddi şəkildə riayət etməyin vacib olduğunu vurğulayıb: "Dayanıqlı bir atəşkəsə nail olmaq dərhal mümkün olmasa da, bölgədəki bütün təsirlərimizi istifadə etməyə davam edəcəyik, hərbi ssenarinin daha da irəli çəkilməsini dayandırmaq, tərəflər arasında dialoq qurmaq və Bakı ilə İrəvanı danışıqlar masasına oturmağa inandırmaq üçün türkiyəli tərəfdaşlarımızla çalışacağıq". /APA
Paylaş:
Müəllif : Fuad
Tarix:3-11-2020, 19:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-11-2020, 19:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
10-01-2025, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54