Rusiyadan müxalifətə göndərilən bağlı zərf: - Ermənistan bu məktubdan danışır
Xəbər verdiymiz kimi, "Çiçəklənən Ermənistan" Partiyasının nümayəndə heyəti Moskvaya səfərdən qayıdıb.
29 oktyabrdan Rusiya paytaxtında bir sıra görüşlər keçirən partiyanın nümayəndə heyəti artıq İrəvandadır.
Nümayəndə heyətinin tərkibinə parlamentin vitse-spikeri Vahe Enfiadcan, komitə sədri Mikayl Melkumyan, ana müxalifət sayılan "Çiçəklənən Ermənistan" fraksiyasının sədri Arman Abovyan və deputat Naira Zöhrabyan daxil idi.
"Joxovurd” qəzetinin yazdığına görə, nümayəndə heyəti Moskvada hakim partiya, müxalifət təmsilçiləri ilə görüşlər keçirdiyini bildirsə də, səfərin nəticəsi barədə heç bir məlumat təqdim olunmur. Erməni nümayəndə heyəti ancaq çoxsaylı görüşlər keçirdiyini bildirib.
"Ancaq bu görüşlərin nə qədər effektli olacağından danışmaq hələ tezdir”, - deyə qəzet yazıb.
Nəşr qeyd edib ki, hətta ilk gün nümayəndə heyəti Vladimir Jirinovski ilə şəxsən görüşüb.
Görünən odur ki, erməni nümayəndə heyəti Qarabağla bağlı müzakirələrdə istədiyi nəticəni və dəstəyi almadığına görə bu barədə susmağa üstünlük verir.
Bu gün isə Ermənistanda nəşr olunan "Past" qəzeti yazıb ki, müxalifətdə olan "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qarik Sarukyana bugünlərdə bağlı zərf təqdim olunub. Zərfin Rusiya yüksək siyasi dairələri tərəfindən verildiyi bildirilir. Hələlik nə partiya sədri, nə də nümayəndə heyətinin üzvləri məktubun mətni barədə məlumatı ictimaiyyətə açıqlayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-11-2020, 12:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-11-2020, 12:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07