TRAMP, YOXSA BAYDEN? – “Demokratiya nümunəsi”ndən qeyri-nümunəvi seçki
Azərbaycanın başlıca gündəm mövzusu Qarabağda davam edən Vətən savaşı olsa da, dünyanın gözü və diqqəti daha çox ABŞ-da keçirilən və nəticələri hələ tam bəlli olmayan prezident seçkilərindədir.
Bu seçki bir tərəfdən özünü dünya üçün demokratiya nümunəsi sayan ABŞ-ın seçki sisteminin növbəti sınağıdır, digər tərəfdən isə bu səsvermə indiyə qədərki ABŞ prezidentləri arasında ən qeyri-adi və bəzən qeyri-adekvat pesonalardan sayılan Donald Trampın tutduğu ziddiyyətli daxili və xarici siyasi xəttin amerikalılar tərəfindən nə dərəcədə dəstəkləndiyini üzə çıxaracaq. İlkin nəticələr elə namizədlərin özləri kimi olduqca ziddiyyətli, qarışıq və qeyri-müəyyən təsir bağışlayır. Hər iki tərəf qalib gəldiyini elan edir, baxmayaraq ki, səslərin sayılması prosesi hələ davam edir. Tərəflər durmadan bir-birini müxtəlif manipulyasiyalarda və saxtakarlıqlarda ittiham edirlər. Hazırkı duruma görə, artıq demokratların namizədi 264 seçici sayına malikdir.
Xatırladaq ki, ayrı-ayrı ştatların özünə aid seçici sayı olan ABŞ seçki sisteminə görə, qələbə üçün namizədə 270 seçici sayı lazımdır. Bu yazı hazırlanarkən mövcud olan ilkin nəticələrə görə, Co Baydenə cəmi 6 seçici sayı lazım idi. Donald Trampın isə hələlik 213 seçici sayı vardır. Bayden həmin bu 6 səsi hələ nəticələri bəlli olmayan Nevada ştatından qazanacağına ümid edir. Onun Trampı bu dərəcədə üstələyərək irəli çıxmasında gözlənilmədən Miçiqan və Viskonsi kimi vacib ştatlarda üstünlük əldə etməsi göstərilir. Lakin Trampın qərargahı sözügedən ştatlardakı səslərin sayılma prosesinə şübhə ilə yanaşır. Artıq qərargah səslərin sayımına giriş olmadığına görə Miçiqan və Pensilvaniyada səs sayımının dayandırılması üçün məhkəməyə müraciət edib. Baxmayaraq ki, Pensilvaniyada Tramp qalib görünür. Qərargah həmçinin həlledici ştatlardan olan Viskonsində də səslərin yenidən sayılmasını tələb edir.
İndi çoxları seçkinin taleyinin Nevadada həll olunacağını bildirirlər. Belə ki, ilkin nəticələri hələ bəlli olmayan vacib 4 ştatdan üçündə Trampın qələbə çalacağı ehtimalı yüksəkdir. Bunlar Pensilvaniya, Arizona və Corciya ştatlarıdır. Bu ştatlarda qazanacağı qələbələr Trampa Baydeni haqlamasına imkan verəcək. Beləlikə, müşahidəçilərin fikrincə, hər şey Nevada ştatında həll olunacaq. Lakin burada bir məqam da var ki, Tramp Baydenin qalib gəlməkdə olduğu və indiki prezidentin cüzi səs faizi ilə uduzduğu ştatlarla bağlı məhkəməyə müraciət etmək fikrindədir. İstisna olunmur ki, həmin ştatlarda səslərin yenidən sayılması nəticəsində üstünlük Trampa keçə bilər. Məsələn, Bayden irəlidə olduğu Miçiqan ştatı 16 seçici səsi verir ki, bu ştatda da Tramp ötən seçkidə əhəmiyyətli üstünlüklə rəqibinə qalib gəlmişdi. Odur ki, nəticələrə şübhə ilə yanaşan Trampın qərargahı bu ştatda səslərin yenidən sayılmasında israrlıdır və yəqin ki, buna nail olacaq. Burada da baş verə biləcək dəyişiklik nəticələrə həlledici təsir göstərə bilər.
Onu da qeyd edək ki, hətta ilkin olaraq namizədlərin qalib elan olunduğu ştatların çoxunda səslərin sayılması davam edir və nəticələr dəyişir. Belə ki, elə bu yazının hazırlanması müddətində Co Baydenin seçici sayı 264-dən 253-ə endi. Deməli, tək Nevada ştatı ilə məsələ bitməyəcək.
Bir sözlə, səslərin sayılması və seçkinin favoritinin kim olması ilə bağlı məsələlər olduqca mürəkkəb və qeyri-müəyyəndir. Lakin aşkar görünən hər seçkidə ABŞ-ın özünü uzun illər boyu dünyaya “demokratiyanın beşiyi” və demokratik seçki nümunəsi kimi təqdimatının fiaskoya uğramasıdır. Elə indiki seçkinin özündə tərəflərin bir-birini saxtakarlıqdan tutmuş korrupsiyaya qədər, ittiham etmədikləri cinayət qalmayıb. Təsəvvür edin ki, hazırda ABŞ-ı idarə edən şəxs seçkinin saxtalaşdırılmasından şikayətlənir. Onu da qeyd edək ki, Trampın ən çox saxtakarlıq şikayəti poçtla göndərilən səslərlə bağlıdır.
Nəinki səsvermə, elə seçki kampaniyasının özü də qətiyyən şəffaflıq nümunəsi sayıla bilməz. ATƏT müşahidəçiləri də bu seçkilərin idealdan çox-çox uzaq olduğu qənaətini ortaya qoyublar. Onlar ABŞ-ın 18 ştatında seçki məntəqələrinə giriş əldə edə bilmədiklərini qeyd ediblər. Həmçinin, ABŞ-da seçki kampaniyasının maliyyələşdirilməsindəki şəffaflıqla bağlı da ciddi narahatlıqlar olduğu vurğulanıb: “Kampaniyanın maliyyələşdirilməsi ilə bağlı narahatlığımız var. Bu kampaniyaya, təxminən, 14 milyard dollar xərclənib. Kampaniyaların maliyyələşdirilməsi federal qanunvericiliklə və Ali Məhkəmənin və digər məhkəmələrin qərarları ilə tənzimlənir. Namizədlər üçün fərdi ianələr verilməsi məhduddur və tam açıqlanmalıdır...”
ATƏT müşahidəçiləri hesab edirlər ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp seçki kampaniyası dövründə dəfələrlə siyasi mənfəət əldə etmək üçün xidməti imkanlarından istifadə edib: “Hazırkı prezident dəfələrlə siyasi mənfəət üçün xidməti imkanlarından istifadə etdiyi üçün hökumət və partiya fəaliyyətləri arasındakı fərqə heç də hər zaman riayət edilmədi. Bəzi hallarda Trampın hakimiyyəti dinc yolla verməkdən imtina etdiyi təəssüratı yaranırdı...” İttihamlara fikir verin, sanki söhbət özünü demokratiya nümunəsi hesab edən ABŞ-dan yox, hansısa Yaxın Şərq, yaxud Orta Asiya ölkəsindən gedir.
Dünyanın bütün mənalarda aparıcı ölkəsi sayılan ABŞ-ın belə, getdikcə demokratik dəyər və normalardan daha çox kənarlaşması müşahidə olunur və bu tendensiya özünü ümumilikdə beynəlxalq münasibətlər müstəvisində də aşkar göstərməkdədir. Bu, həm də dünya düzəninin dəyişməsinin və güc amilinin özünü getdikcə daha çox biruzə verməsinin göstəricisi sayıla bilər. Bütün bunların Azərbaycana təsirlərinə gəlincə, proseslər göstərir ki, heç nədən - ABŞ-dakı seçkinin nəticələrindən və digər geosiyasi dəyişikliklərdən asılı olmayaraq, Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünün artırılması və onun ayaqları üstə möhkəm durması ölkəmizin gələcək taleyini həll edən başlıca amildir!
Paylaş:
Müəllif : Fuad
Tarix:5-11-2020, 15:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-11-2020, 15:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08