İsraildə erməni terrorunun qurbanları yad edilib
İsraildə yaşayan azərbaycanlıların təşəbbüsü ilə Qüds (Yerusəlim) şəhəri yaxınlığında “Xocalı-613” bağında işğalçı Ermənistan Ordusunun Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdiyi terror aktlarının qurbanları yad edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, tədbirdə azərbaycanlılarla yanaşı, İsraildəki digər icmaların nümayəndələri və yerli sakinlər də iştirak edib. “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak Qarabağda hərbi əməliyyatların başlamasından artıq 40 gün keçdiyini tədbir iştirakçıların diqqətinə çatdırıb. Daha sonra həlak olan dinc sakinlərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Terror qurbanlarını anmaq üçün Xocalı abidəsinin önünə gül dəstələri və çələnglər düzülüb.
Tədbirdə iştirak edən Kiryat Bialik şəhər merinin müavini Nyuma Raçevskiy yəhudi xalqının haqlı mübarizədə daim Azərbaycanı dəstəkləyəcəyini bildirib. Dağ yəhudiləri sinaqoqunun baş ravvini Şmuel Simantov Qafqazda sülhün bərqərar olması üçün dualar edib. Əllərində Azərbaycanın və İsrailin dövlət bayraqlarını tutan tədbir iştirakçıları şəhər sakinlərinə erməni vandalizmini əks etdirən bukletlər paylayıblar.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-11-2020, 15:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-11-2020, 15:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45