Bu məğlubiyyətdən Ermənistan 5-10 il özünə gələ bilməyəcək - Partiya sədri
“Ermənistan dövləti Azərbaycan ordusu tərəfindən ağır məğlubiyyətə uğrayaraq təslim olmağa məcbur edildi”.
Bunu KONKRET.az-a açıqlamasında Ağ Partiyasının sədri Tural Abbaslı deyib.
O, qeyd edib ki, müqavilənin imzalanması ilə bağlı xəbər çıxan kimi bütün İrəvan ayağa qalxdı:
“Erməni vətəndaşları parlamentə hücum edərək, oranı dağıtdılar. Hətta hökumət binasına da girib, Paşinyanın otağını dağıtdılar. Erməni xalqı bu məğlubiyyətin və müqavilənin əleyhinə olduqlarını bəyan etdilər. Hətta mən bildiyim qədər siyasi çevrilişlərə cəhdlər də var. Xalq Paşinyanın getməsini tələb edir. İstənilən halda Paşinyan da, Ermənistan da ağır günlərə qədəm qoyur. Ermənilər mənəvi psixoloji və mənəvi cəhətdən ağır travma aldı. Çünki 30 ildə bu ölkə ancaq Qarabağda uydurduqları qələbə üzərindən piar edərək, xalqı bir yerdə saxlaya bilirdilər. Ermənistanın dövlətçiliyin əsasını Qarabağ zəfəri təmin edirdi. Artıq bu zəfər yoxdur. İstənilən erməni üçün bu müqavilə məğlubiyyətin qəbul edilməsidir. Psixoloji və mənəvi cəhətdən böyük zərbə görəcək. Daxili və siyasi arenada gərginliklər başlayacaq, uzun müddət davam edəcək. Müharibənin vurduğu sosial və iqtisadi problemlər var. Bu problemlər milyardlarla dollarla ölçülür. Təbii ki, bu problemlərin aradan qaldırılması Ermənistan kimi kasıb dövlətə heç də rahat başa gəlməyəcək. Çünki Ermənistan ordusunun xeyli sayda canlı qüvvəsi məhv edilib. Həmin hərbçilərin ailələrinə kompensasiya ödənilməsi məsələsi də var. Eyni zamanda ordunun məhv olunmuş hərbi texniki bazasının yenidən bərpa edilməsi və digər məsələlər çox böyük problemlərə yol açacaq. Hesab edirəm ki, siyasi iqtidardan asılı olmayaraq Ermənistan 5-10 il özünə gələ bilməyəcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-11-2020, 15:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-11-2020, 15:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25