Erməni xalqı müharibədəki məğlubiyyətdən dərs götürməsə... - növbəti hakimiyyət dəyişikliyi də ona kömək etməyəcək
Azərbaycan Ordusu 44 günlük müharibədə gerçəkdən də tarix yazdı. Xarici hərbi ekspertlərin təbirincə desək, hərb tarixi dərsliklərinə düşəcək uğura imza atdı. Xüsusən də təbii qala olan Şuşanın şəhərə heç bir ziyan vurmadan qəhrəman hərbçilərimiz tərəfindən peşəkarlıqla azad olunması hələ uzun müddət danışılacaq. Örnək kimi göstəriləcək.
“Həqiqətən də tarixi dəyəri olan, Azərbaycan və türk tarixinə qızıl hərflərlə yazılacaq uğur əldə etmisiniz. 44 günlük əməliyyat bitdi, amma bu haqda hələ azı, 44 il danışılacağına əmin olun. Bu əməliyyat bir oyanışdır, biz Azərbaycan Ordusunun gücünü gördük”.
Bakıda səfərdə olan Türkiyə müdafiə naziri Hulusi Akar belə söyləyib. Razılaşmamaq çətindir.
*****
Artıq düşmən ölkədə də bu xüsusda etiraflar başlayıb.
“Biz çox böyük bir qüvvəyə - super silahlı Azərbaycan Ordusuna qarşı vuruşduq. Məndən ”bəs siz niyə silahlanmadınız" deyə soruşa bilərsiniz. Biz də silahlı idik, ancaq kəmiyyət və resurslar baxımından imkanlar qeyri-mütənasib idi".
Bu etirafı Ermənistanın müdafiə naziri David Tonoyan edib. O Tonoyan ki, 44 günlük savaşdan aylar öncə “yeni ərazilər uğrunda yeni müharibə” tezisi irəli sürmüşdü. Nəticə ortadadır. Hərçənd Tonoyan bir şeyi deməyi unudub. Söhbət yalnızca müasir silahların və resursların üstünlüyündən getmir. Həm də öz torpaqları uğrunda döyüşən Azərbaycan Ordusunun, azərbaycanlı hərbçinin mübarizə əzmindən gedir. Əgər Azərbaycan əsgəri öz torpaqları uğrunda vuruşurdusa, ermənilər onlara aid olmayan torpaqlarda döyüşərək mənasız ölümə tuş gəlirdilər.
Sözsüz ki, Ermənistanda, başqa, daha acı etiraflar da olacaq. Bu qaçılmazdır. Acı etiraflar ümumən erməni toplumu səviyyəsində olmalıdır. Əks halda, erməni xalqının bəlaları, fəlakətləri heç vaxt bitməyəcək...
*****
Bu arada Ermənistanda baş nazir Nikol Paşinyan və ailə üzvlərinin axtarıldığı haqda məlumatlar yayılıb. “Yeni Müsavat”ın məlumatına görə, “Qraparak” qəzeti bununla bağlı yazıb: “Şübhəsiz ki, onlar qəzəbli izdihamın əlinə verilə bilməz. Amma insanların haqqı var bilsinlər ki, baş nazir postunu tutan şəxs, ”Kabinetin rəhbəri vəzifəsini yerinə yetirməyə davam etdiyini" söyləyən şəxsin harada olduğunu bilsinlər. Mənbəmiz bildirir ki, Nikol Paşinyan Müdafiə Nazirliyinin binasında, özünü daha təhlükəsiz hiss etdiyi bunkerdədir. Ailə üzvlərinə gəlincə, baş nazirin iki qızının - Mariam və Şuşanın təxminən bir həftə əvvəl Ermənistanı tərk etməsi barədə şayiələr var. Eyni şayiələrə görə, onlar Kanadadadırlar. Baş nazirin həyat yoldaşı Anna Hakopyanın yeri isə gizli saxlanılır".
Politic.am saytı isə baş nazirin ABŞ səfirliyində gizlənə biləcəyini istisna etməyib.
Qeyd edək ki, Paşinyan sənəd imzalanan gün “Rossiya 1" telekanalına verdiyi müsahibəsində belə bir etirafda bulunmuşdu: ”İrəvan Qarabağ münaqişəsində dayanmaq qərarını vaxtında verdi. Hərbi əməliyyatların tamamilə dayandırılmasına dair sənəd indi imzalanmasaydı, vəziyyət daha pis olacaqdı. Biz uçuruma yuvarlana bilərdik".
Eyni zamanda o, bunun Ermənistan üçün böyük bir fəlakət olduğunu vurğulayıb və “yaranmış vəziyyətə görə mən məsuliyyət daşıyıram və daşıyacağam” deyib.
Dünən isə o bildirib ki, müharibənin davam edəcəyi təqdirdə Xankəndi də itirilə bilərdi: “Bunun ardınca minlərlə əsgərimiz mühasirəyə düşəcək, böyük bir kollaps yaşanacaqdı. Məhz bu məqamlar nəzərə alınaraq qərar verilib”.
Tanınmış britaniyalı politoloq, Qafqaz məsələləri üzrə ekspert Tomas De Vaal isə deyib ki, Qarabağın taleyi barədə imzalanan son saziş ermənilər üçün böyük məğlubiyyətdir. Onun qənaətincə, erməni cəmiyyətini şoka salan daha bir amil Paşinyanın xalqı həmin sənədə hazırlamaq üçün heç bir iş görməməsi, hətta sazişin imzalanmasından bir neçə saat əvvəl qələbə haqqında danışması olub. De Vaal hesab edir ki, Azərbaycanın öz qələbəsini elan etməsi üçün Şuşa şəhərini nəzarət altına alması kifayət idi.
*****
Yazı hazırlanarkən Ermənistanda Nikol Paşinyana istefa tələbləri artmaqda idi. Özü də bu tələblər təkcə ənənəvi siyasi müxalifətdən deyil, eyni zamanda narazı kütlədən, hətta dünənədək onu dəstəkləmiş sıravi vətəndaşlardan və müttəfiq siyasi qüvvələrdən gəlməkdədir. Bütün bu gəlişmələr isə təklənməkdə olan sorosçu Paşinyan və komandasına yaxşı heç nəyin vəd eləmədiyi qənaətini möhkəmlədir.
“Ermənistanın hazırkı baş nazirinin istefasından sonra (bu baş verərsə), Nikol Paşinyanın ölkədən çıxışına qadağa qoyulacaq. Paşinyan çox güman ki, Qarabağdakı hərbi kampaniyaya görə cinayət işində bu kampaniyanın bütün uğursuzluqları və səhv hesablamaların məsuliyyəti boynundan asılacaq şəxs qismində iştirakçı olacaq. İndiki müdafiə naziri David Tonoyanın onunla birgə məsuliyyətə cəlb oluna biləcəyi də istisna deyil”.
“Yeni Müsavat” xəbər verir ki, bu barədə rusiyalı aparıcı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Telegram kanalında yazıb.
Az öncə ekspert demişdi ki, Ermənistanda kəskinləşən daxili siyasi böhran (Nikol Paşinyanın istefası tələbləri kontekstində) çox şeyin Ermənistan Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Xidməti rəhbərlərinin tutduğu mövqedən asılı olacaq.
“Əslində Paşinyanın taleyini onlar müəyyən edəcəklər - daha doğrusu, onun hakimiyyətdə nə qədər qalacağını. Paşinyan qurbanlıq üçün hazırlanır. İndi görək o, siyasi özünü müdafiə üçün hansı taktikanı seçəcək” - deyə Korotçenko qeyd edib.
Hətta qatı ermənipərəst rusiyalı siyasətçi, Dövlət Dumasının komitə sədrinin müavini Konstantin Zatulin də Paşinyana yaxşı aqibət vəd eləmir və onun baş nazir postunda sayılı günlərinin qaldığını deyir.
“Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair müqavilə imzalayan Paşinyan çox yaxın zamanda istefa verə bilər. İndi o, çox çətin vəziyyətdədir və ölkənin lideri postunda sayılı günləri qalıb. Bir neçə həftə əvvəl məsuliyyətli siyasətçilər hakimiyyəti orduya təhvil verməyin zəruriliyindən danışmışdılar. Paşinyan ”məxməri İnqilab" illərində qalib və populyar liderdən artıq olduqca qeyri-populyar fiqura çevrilib", - deyə o qeyd edib.
Zatulinə görə, münaqişənin hər iki tərəfi əldə olunmuş üçtərəfli razılaşmalardan narazıdır: “Azərbaycan daha çox şeyə ümid bəsləyirdi və Türkiyənin dəstəyi ilə hücumlarını getdikcə artırırdı. Ermənistan isə hərbi məğlubiyyətə uğradı və əvvəllər işğal olunmuş bölgələri itirdi”.
*****
Beləcə, müharibə sonrası sərt gerçəkliyin diktəsi xüsusən də Ermənistanda öz işini görməkdədir. Görünən budur ki, aşağıdan-yuxarıyadək, erməni xalqı öz yanlışlıqlarının altını hələ uzun müddət çəkəcək. Prosesi yalnız bu xalqın səmimi etirafları, səmimi tövbələri və qonşu Azərbaycan və Türkiyəyə qarşı əsrlik düşmənçiliyə və aqressivliyə son verməsi durdura bilər. Əks təqdirdə nə Paşiyanın istefası, nə də növbəti hakimiyyət dəyişikliyi vəziyyətin yaxşıya dəyişməsinə gətirməyəcək. Seçim həmişəki kimi özlərinindir...
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:12-11-2020, 09:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-11-2020, 09:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Bu gün, 11:29