Erməni hakerlər siyahını necə əldə etdi? - Ekspertdən MÜHÜM AÇIQLAMA
Sentyabrın 27-dən noyabrın 10-dək ordumuz uğurlu hərbi əməliyyatlarla düşmənə sarsıdıcı zərbələr vurdu. Nəticədə Həmin əsnada digər bir müharibə informasiya təhlükəsizliyi sahəsində davam edirdi. Belə ki, düşmən daim saxta xəbərlər yayaraq, insanlar arasında çaşqınlıq, sabitliyin pozulması və s. təxribatlar törətməyə cəhdlər etdi.
Mövzumuzun digər tərəfi isə dövlət və özəl sektorun informasiya təhlükəsizliyinin, məlumat bazalarının qorunması ilə bağlıdır. Görəsən, ermənilər kiberhücumlar nəticəsində hansısa uğurlar qazana bildi? Müharibə dönəmində ölkənin məlumat bazalarının qorunması yetərincə oldumu?
Lent.az -ın suallarına Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz aydınlıq gətirib. Onun sözlərinə görə, ermənilərin dezinformasiya yaymaq üçün etdiyi cəhdlər uğursuz olub:
“Ermənistan xüsusi xidmət orqanları nə qədər cəhd etsələr də ciddi bir nəticə əldə bilmədilər. Yəni, həm dövlət, həm də özəl sektorun informasiya təhlükəsizliyi yetərincə həll olunmuşdu. İlk olaraq, düşmən tərəf çalışdı ki, saxta zənglər vasitəsilə dezinformasiya yaysınlar, qarışıqlıq yaratsınlar və s . Sonra sosial mediada müəyyən dezinformasiyalar yaymağa cəhd etdilər. Sonuncu dəfə şəhidlərin siyahısı ilə bağlı saxta “hamımız.com” saytı düzəltmişdilər. Orada Mərkəzi Seçki Komissiyasının açıq məlumat bazasından istifadə etmişdilər. Onlar deyirdi ki guya bu açıq bazaları Daxili İşlər və Müdafiə nazirliklərinin sistemlərindən oğurlayıblar. Ancaq elə deyil, həmin açıq məlumatları oğurlamaq üçün hansısa kiberhücum, əməliyyat və s. keçirməyiblər”.
Osman Gündüzün fikrincə, bu sahədə daim diqqətli olmalı, əldə olunan uğurlar və çatışmazlıqlara nəzər yetirmək lazımdır:
“Bütün bunlar göstərdi ki, daha da diqqətli olmaq lazımdır. Düşünürəm ki, açıq məlumat bazalarını bağlamaq lazımdır ki, heç onu da ələ keçirə bilməsinlər. Əvvəlki dövrlərə nisbətən internetin məhdudlaşdırılması ilə həm dövlət, həm də özəl sektorun informasiya təhlükəsizliyi qorundu. Maarifçilik işləri aparıldı, müəyyən tədbirlər görüldü. NRYTN-in Elektron Təhlükəsizlik Xidmətinin, DTX-nın və XDMX-nın “SERT” qurumunun apardığı maarifləndirmə işlərini yetərincə qiymətləndirmək lazımdır. Fikrimcə, gələcəkdə informasiya təhlükəsizliyi barədə həm uğurlarımız, həm də səhvlərimizə yenidən nəzər yetirmək lazımdır ki, gələcək üçün konseptual sənəd hazırlansın. Çünki real müharibə bitər, amma informasiya savaşı heç vaxt bitməz. Ermənilər daim çalışacaq ki, ruh düşkünlüyü yaratsın, məlumat bazalarını oğurlasın, dezinformasiya yaysın və s. Artıq biz informasiya sahəsində müdafiə yox, hücum mövqeyində olmalıyıq. Prezidentimiz də dilə gətirdi ki, yeni reallıqlar yaranıb. Buna görə də, bizim informasiya təhlükəsizliyi istiqamətində hazırlanan konseptual sənəd və mübarizə tədbirləri həmin yeni reallıqlara uyğun olmalıdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-11-2020, 11:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-11-2020, 11:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25