“Rusiya öz çirkin niyyətini yenə gizlədə bilmədi” - REAKSİYA
Noyabrın 10-da Dağqlı Qarabağda müharibənin bitməsi ilə bağlı Azərbaycan-Rusiya-Ermənistan rəhbərləri tərəfindən imzalanan bəyanatla bağlı cəmiyyətimizdə böyük narahatlıq var. Xüsusən də “sülhməramlı qüvvə” adı altında Rusiya ordusunun Qarabağa gətirilməsi ciddi narazılığa səbəb olub. Hansı ki, hətta bəzi siyasi təhlilçilər belə, bu qərarı “Rusiyanın Azərbaycanı işğalı” kimi təqdim edirlər. Bəs, həqiqətənmi vəziyyət o dərəcədə ciddidir? Türkiyənin tam dəstəyi olduğu bir ərəfədə Azərbaycandan Qarabağda savaşı bitirməyi Rusiya tələb edib? Bu və digər sullara “Hürriyyət”in baş redaktoru Vüqar Məmmədov aydınlıq gətirib.
V.Məmmədov hesab edir ki, müharibənin tam olaraq bitməsindən danışmaq hələ tezdir: “Hal-hazırda baş verənlər müharibənin tezliklə bitəcəyindən xəbər vermir. Biz əraziləri işğalda olan bir dövlət kimi, üstümüzə düşəni artıqlamasıyla etdik. Böyük güclər qarşısında, kiçik də olsaq, iradəmizi ortaya qoyaraq, torpaqlarımızın hər bir qarışı üçün ölümə belə gedəcəyimizi göstərdik. Amma bu, yetərli deyil. Çünki qarşımızdakı əsl düşmən erməni yox, Rusiyadır. Bunun da bariz nümunəsi müharibəni tam qələbə ilə başa vurmağımıza 3 gün qalmış, yuyulmamış qaşıq kimi özlərini döyüş bölgəsinə soxması oldu. Hansı ki, Putin özü “Biz bu məsələyə qarışa bilmərik. Çünki müharibə Azərbaycan ərazisində gedir”, – demişdi. Yenə də, həmişəki kimi, öz çirkin niyyətlərini çox gizlədə bilmədilər. Maskaları tez yırtıldı”.
Bəs, Putinin həmin bəyanatından sonra nə dəyişdi ki, öz ordusunu “sülhməramlılar” adı altında Qarabağa yeritdi? Bu haqda açıqlama verən V.Məmmədovun fikrincə, Putin ordumuzun qələbə qazanacağına inanmırdı: “Düşünürəm ki, Rusiya Azərbaycan Ordusunun belə bir möhtəşəm qələbəyə imza atacağına inanmırdı. Onlar düşünürdülər ki, proses uzanacaq və uzandıqca daxildə narazılıqlar baş qaldıracaq, bununla da İlham Əliyev səylərini cəbhəyə yox, hakimiyyətini qorumağa yönəldəcək. Amma hər şey heç də onların düşündüyü kimi getmədi. Çünki xalq, ordu və Ali Baş Komandan birlikdə hərəkət edirdi. Məhz bu səbəbdən, Rusiyanın məkrli planı baş tutmadı. Ona görə, zor gücünə də olsa, belə bir addımı atmağa məcbur qaldı”.
Baş redactor vurğuladı ki, hərb meydanında savaş bitsə də, döyüş masada davam edir: “Hərb meydanında savaş bitirildi. Bundan sonra döyüş masada olacaq. Masadakılar isə, bizlərdən fərqli olaraq, nəhənglərdir. Yəni Türkiyə və Rusiya. İstər Ermənistanın, istərsə də bizim masadakı qələbəmiz hər iki dövlətin diplomatiyasından və iradəsindən asılı olacaq. Ümid edək ki, cəbhədə biz, masada isə Türkiyə qalib gələcək!”
Paylaş:
Müəllif : Yazar
Tarix:14-11-2020, 10:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-11-2020, 10:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25