Dilqəm və Şahbaz geri qaytarılacaqmı? - Qanun nə deyir...
Məlum olduğu kimi, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli bəyanat imzalanıb. Bəyanatın bəndlərinin birində hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.
Bu bəyanat imzalandıqdan sonra sosial şəbəkələrdə və ölkə gündəmində Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin də Azərbaycana təhvil veriləcəyi müzakirə olunur. Ermənilərin Şuşada saxlanılan Şahbaz və Dilqəmi oradakı həbsxanadan Ermənistana aparması məlumdur.
İmzalanan bəyanata əsasən Dilqəm və Şahbazı da geri almaq mümkün olacaqmı? Çünki Paşinyan deyirdi ki, Dilqəm və Şahbaza “cəzanı” Qarabağ “məhkəməsi” kəsdiyi üçün Ermənistan bu məsələyə qarışa bilməz. Ancaq artıq Dağlıq Qarabağdakı oyuncaq rejim yoxdur, Şahbaz və Dilqəm də Ermənistandadır.
Hüquqşünas Fariz Namazlı deyir ki, ermənilərin Dilqəm və Şahbazı Ermənistana aparması da qanunsuzdur: “Paşinyan Dilqəm və Şahbaz məsələsinə münasibət bildirən zaman deyirdi ki, bu məsələnin Ermənistana aidiyyəti yoxdur. Məhkəmə qərarını qondarma Dağlıq Qarabağ Respublikasının məhkəməsinin çıxardığını deyir. Amma burada bir məsələ var ki, Dilqəm və Şahbaz müharibə ərəfəsində Şuşa həbsxanasından Ermənistana aparılıb. Bu isə o deməkdir ki, bu məsələnin birbaşa Ermənistan hökuməti ilə əlaqəsi var. İndi Paşinyana sual verilməlidir ki, niyə onu öz ölkəndə saxlayırsan?”.
F.Namazlı deyir ki, bəyanat tam yadın olmayan, izah edilməyən məqamlar var: “Əsir və girovların dəyişdirilməsi deyəndə müharibə şəraitində əsir düşənlərin, yoxsa, ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsi dövründə əsir düşənlərin nərədə tutulduğu aydın deyil. Konkret olaraq izah edilmədiyi üçün Dilqəm və Şahbazın işi ilə bağlı fikir bildirmək olmur. Bu məsələnin də həllini zaman göstərəcək. İmzalanan sənədlərin tam təfərrüatları aydın olan zaman fikir bildirmək doğru olar. İndi deyilənlər isə sadəcə versiyalardır”.
Hüquqşünas deyir ki, Dilqəm və Şahbazın ekstradisiya məsələsi də mümkünsüzdür: “Həm də burada Dilqəm və Şahbazın ekstradisiya edilməsi məsələsini qaldırmaq da mümkün deyil. Çünki onlar barəsində məhkəmə hökmü qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən çıxarılıb. Bu ”məhkəmənin" qərarını isə heç bir beynəlxalq qurum tanımır. Əgər Ermənistan məhkəməsi hökmü çıxarmış olsaydı, ekstradisiya məsələsi müzakirə oluna bilərdi. Hazırda Dilqəm və Şahbaz barəsində hökm qanunsuzdur. Həmin məhkəmənin statusunu tanıyan beynəlxalq qurum yoxdur. Dilqəm və Şahbaz qanunla nəzərdə tutulmamış qaydada yaradılan məhkəmə tərəfindən məhkum olunublar. Buna görə də onlar qanunsuz olaraq orada saxlanılır və əsirdirlər".
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Şuşa həbsxanasında saxlanılırdılar!.
Musavat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:14-11-2020, 10:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-11-2020, 10:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29