Qarabağda meyitlərin mübadiləsi ilə bağlı AÇIQLAMA

Son məlumatlara görə, Qarabağ münaqişəsinin tərəfləri 200 nəfərin meyitinin mübadiləsini həyata keçiriblər.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer “RİA Novosti”yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, BQXK bu istiqamətdə səylərini davam etdirəcək.
“Təşkilatın Dağlıq Qarabağdakı fəaliyyətinin prioritetləri məcburi köçkünlərə kömək etmək, həlak olanların meyitlərini çıxarmaq, həmçinin mümkün danışıqlara və mübadiləyə hazırlaşmaq üçün əsirləri ziyarət etməkdir. O ki qaldı, həlak olanların çıxarılmasına, Rusiya sülhməramlıları və BQXK-nın iştirakı ilə tərəflər meyitləri çıxarmağa və mübadilə etməyə başlayıblar. Məndə olan son məlumatlara görə, artıq 200 meyit mübadilə olunub. Biz səylərimizi göstərməyə davam edəcəyik”, - P. Maurer vurğulayıb.
Xatırladaq ki, P. Maurer bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-11-2020, 11:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-11-2020, 11:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 13:07
20-02-2025, 14:36
20-02-2025, 10:45

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…