“Kreml sahibi demək istədi ki...” - ekspert danışır
Rusiya prezidenti Vladimir Putin noyabrın 17-də “Rossiya 24" telekanalına müsahibə verib. Müsahibədə Putin Dağlıq Qarabağda görülən əsas işin qan tökülməsinin dayandırılması olduğunu söyləyib. O, fikrini belə ifadə edib: ”Dağlıq Qarabağda minlərlə öldürülmüş və zərərçəkmiş var-bu, kino deyil, faciədir, hansı ki, konkret insanlarla bağlı baş verib, buna görə əldə olunmuş razılığın əsas nəticəsi qan tökülməsinin dayandırılmasıdır. Rəsmi rəqəmlərə görə, dörd mindən çox insan ölüb - düşünürəm ki, əslində daha çoxdur. On minlərlə insan yaralanıb, şikəst olub. Qulaq asın, bu kino deyil, həyatda, konkret insanlarla, xüsusi ailələrlə bağlı baş verən faciədir. Bu səbəbdən qan tökülməsinin dayandırılması əsas nəticədir. Edə bildiyimiz ən vacib şey qan tökülməsini dayandırmaq oldu".
V.Putin deyib ki, oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevi Qarabağdakı hərbi əməliyyatları dayandırmağa, qaçqınların Şuşaya qayıtması şərti ilə, inandırdığını, ancaq Ermənistan baş naziri Nikol Paşinyanın buna qarşı olduğunu, müharibəni davam etdirmək mövqeyində olduğunu bildirib.
Rusiya prezidenti Türkiyənin Qarabağ məsələsində Azərbaycana dəstəyi və türk silahlı qüvvələrinin Azərbaycan ərazisinə gələcəyi ilə bağlı da fikirlərini bölüşüb: “Türkiyə heç vaxt Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəklədiyini gizlətməyib. Onlar birtərəfli qaydada Azərbaycanı dəstəklədilər. Azərbaycan bütün dünya ictimaiyyətinin onun hesab etdiyi öz ərazilərini geri qaytardı. Bu baxımdan Azərbaycanın özünə istənilən müttəfiqi seçmək hüququ var idi. Azərbaycan suveren dövlətdir, vacib bildiyi müttəfiqi də seçə bilər. Bunu kim inkar edə bilər ki?”
Putin əlavə edib ki, Qarabağ məsələsində Türkiyəyə hər hansı bir qiymət verilə bilər, ancaq onu beynəlxalq hüququ pozmaqda ittiham etmək olmaz: “Biz atəşkəsə nəzarət mərkəzinin işini birgə təşkil edəcəyik, pilotsuz uçuş aparatları ilə təmas xəttində müşahidə aparacaq, məlumatı əldə edib onu birgə analiz edəcəyik”.
Rusiya lideri onu da bildirib ki, Qarabağdakı vəziyyətin monitorinqi ilə bağlı birgə mərkəzin harada yerləşəcəyinə Bakı özü qərar verəcək
Putin onu da deyib ki, beynəlxalq hüquqa görə, Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub.
Putin bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu münaqişəyə müdaxilə edə bilməzdi: “Çünki Ermənistana heç kim təcavüz etməyib”.
Rusiya prezidenti onu da bildirib ki, Ermənistanın Qarabağla bağlı hazırkı razılaşmadan imtina etməsi böyük səhv olardı.
Rusiya lideri Dağlıq Qarabağın statusu məsələsinə də toxunub. O qeyd edib ki, gələcəkdə bu məsələ müzakirə oluna bilər.
Vladimir Putinin müsahibəsini şərh edən siyasi təhlilçilər hesab edir ki, müsahibədə Rusiya prezidentinin Azərbaycana münasibətinin pozitiv olduğu bir daha göründü. Təbii ki, Putinin maraqları olmasaydı, bu cür mövqe tutmazdı. Onun maraqları bu dəfə Azərbaycanın maraqları ilə əsasən üst-üstə düşür. Ən azından hələlik bura qədər belədir. Bundan sonra nə olacağını isə zaman və Azərbaycanın, həmçinin qardaş Türkiyənin aparacağı diplomatik iş göstərəcək.
Siyasi təhlilçilərin fikrincə, Putinin müsahibəsi bir daha təsdiqlədi ki, Qarabağ məsələsinin siyasi, diplomatik savaş fazası başlayıb və bizi çox ciddi diplomatik mübarizə gözləyir.
Eyni zamanda Vladimir Putinin son açıqlamaları Rusiya-Türkiyə-Azərbaycan arasında dərin və strateji anlaşmanın olduğuna dair iddiaları daha da gücləndirdi. Əgər belədirsə, Dağlıq Qarabağ bu dərin və strateji anlaşmanın, bəlkə də ittifaqın önəmli fraqmentlərindən yalnız biridir.
Putinin Dağlıq Qarabağın statusu məsələsi ilə bağlı dediyinə gəlincə, ekspertlər qeyd edir ki, Azərbaycan artıq status məsələsinə nöqtə qoyulduğunu bəyan eləyib. Odur ki, Qarabağın statusu ilə bağlı müzakirələrin gündəmə gəlməsi Azərbaycanın razılığı olmadan baş tutmayacaq.
Deputat Hikmət Babaoğlu hesab edir ki, Vladimir Putinin səsləndirdiyi fikirlər bir sıra mühüm tərəfləri ilə diqqəti çəkir. Bunlardan biri hər şeydən öncə onun Dağlıq Qarabağın həmişə Azərbaycana aid olmasıyla bağlı səsləndirilən fikirdir ki, bu, əslində 100 ildir ermənilər tərəfindən spekulyasiya edilən bu mövzuya birdəfəlik son qoydu. Nəzərə almaq lazımdır ki, bu, fikrin müəllifi erməniləri 200 il əvvəl Azərbaycan ərazilərinə gətirən və onlara dövlət verən Çar Rusiyasının varisi olan bir, ölkənin birinci şəxsidir: “Beləliklə də həm tarixi, həm hüquqi kontekstdə ermənilərin Dağlıq Qarabağ manipuliyasıyasını hər iki kontekstdə onların əlindən alır. İkincisi, Rusiya prezidenti açıq şəkildə Azərbaycanı müstəqil dövlət və etibarlı tərəfdaş kimi qiymətləndirir, onun beynəlxalq hüquqa əsaslanan özünümüdafiə haqlarını qəbul edir və əslində həm də BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq ona qarşı edilən təcavüzə qarşı özünün seçdiyi müttəfiqləri ilə birlikdə suveren hüquqlarını bərpaetmə haqlarının olduğunu normal hal hesab edir. Elə Türkiyə-Azərbaycan müttəfiqliyinin də bu kontekstdə qiymətləndirilməli olduğunu irəli sürərək Türkiyənin də bu hərəkətinin əsla beynəlxalq hüquqa zidd olmadığını ifadə edir. Nəhayət, Rusiya Federasiyasının da beynəlxalq hüquqa hörmət edən və müttəfiqləri ilə münasibətdə öz öhdəliklərinə sadiq olan bir dövlət olduğunu, Dağlı Qarabağla bağlı məsələnin heç bir halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına heç bir aidiyyəti olmadığını deyir. Bütün bunlar isə əslində Azərbaycanın regionumuzda yaratdığı yeni geostrateji reallığın yeni şərtlərinin beynəlxalq hüquqla uzlaşması və Rusiyanın bunu qəbul etməsi deməkdir. Putinin bu mövqeyi bundan sonra bütün beynəlxalq və regional aktorlara yeni reallığı dərk etmələri üçün yaxşı maarifləndirmə xarakteri daşıyır. Eyni zamanda Rusiya informasiya məkanına da Rusiyanın rəsmi mövqeyinin necə olmasını izah edir. Ona görə də bəzi rus media qurumları da bundan müəyyən nəticə çıxarmaqla öz informasiya siyasətlərinə korrektələr etməli olacaqlar”.
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Rusiya prezidenti Vladimir Putin “Rossiya 24" kanalına müsahibəsində Dağlıq Qarabağla bağlı xeyli mətləbə toxundu. Birincisi, Putin Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə telefon danışıqlarının detallarına toxundu və Paşinyanın öncədən yanlış yolda olduğunu ortaya qoymuş oldu: ”Bəlli oldu ki, Ermənistanın baş naziri Şuşa uğrunda döyüşməyə davam edəcəklərini Kreml sahibinə bildirib. Eyni zamanda Putin müharibə dövründə Ermənistana kifayət qədər silah və hərbi sursat göndərildiyini ilk dəfə açıqlamış oldu. Putin dedi ki, müharibə zamanı hərbi balansın Ermənistan əleyhinə yönəlməməsi üçün bu ölkəyə hərbi texnika göndərirdi.
Putin Türkiyə haqqında da fikirlərini bölüşdü. Kreml sahibi faktiki Türkiyənin sülhməramlı əməliyyatında iştirakının əleyhinə olduğunu dolayısı ilə vurğuladı. Putin bunu deyərkən ermənilərin etirazına istinad etdi: “Ermənilər ötən əsrin əvvəllərindəki soyqırımı unutmayıblar”. Yəni Putinin sözlərinə görə, Türkiyə sülhməramlıları ermənilərə psixoloji təzyiq vasitəsi ola bilər. O bunu istəmir. Ancaq Putin sözlərinə onu da əlavə etdi ki, Azərbaycan istəsə Türkiyə hərbçilərini ərazisinin istədiyi hissəsində yerləşdirə bilər. Putin Rusiya ilə Türkiyə arasında tarixi düşmənçiliyin arxada qaldığını da sözlərinə əlavə etdi. Başqa sözlə, Kreml sahibi demək istədi ki, iki ölkənin maraqları arasındakı fərqlərə baxmayaraq, ortaq fəaliyyət də az deyil".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:19-11-2020, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-11-2020, 09:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16