Dövlət Dumasının Komitə sədri: “Bəyanatı dəyişməyə heç kəs nail ola bilməyəcək”
“İndi siyasətçilər müəyyən maraqlardan, şəraitdən asılı olaraq çıxış edirlər. Bu, hər zaman belə olub, belə də qalacaq. Onlar daxili auditoriyanın maraqlarına uyğun çıxış edilər. Aydındır ki, həmin fikir daxili auditoriyanın marağına uyğundur. O ki, qaldı üçtərəfli bəyanatı dəyişmək cəhdlərinə, buna heç kəs nail ola bilməyəcək”.
Bu barədə Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov bildirib.
O qeyd edib ki, bir çox qüvvələr bu bəyanatı dəyişdirməyə cəhd edirlər:
“Putinin də dediyi kimi, oktyabrın 19-20-də bu sazişi Ermənistan tərəfi imzalamaqdan imtina edib. Lakin artıq bu baş tutub. Bu gün reallıq budur. 1994-cü ildə Bişkek protokolunu imzalamaq da Azərbaycan tərəfi üçün çətin olub. Lakin Azərbaycan tərəfi buna məsuliyyətlə yanaşıb. Heydər Əliyev hakimiyyətə gəlib, daha sonra İlham Əliyev, illər keçib, ölkə güclənib və əsas problemini həll edib”.
L.Kalaşnikov vurğulayıb ki, hər bir siyasətçi və ya ekspert özünü münaqişə tərəfi olan xalqlardan birinin deyil, həmin xalqların nümayəndələrinin yerinə qoymalıdır:
“Əgər sən rusiyalı siyasətçi, ekspertsənsə, onda Rusiyanın mövqeyindən çıxış etməlisən. Niyə görə sən, kiminsə, hansısa ölkənin mövqeyindən çıxış etməlisən? Bütün hallarda sən ədalətli olmalısan. Ola bilsin ki, mənə ədalətli olmaqda kommunist olmağım kömək edir. Kimin mənə nə deməsindən, söyməsindən asılı olmayaraq, mənim öz mövqeyim var. Bu, ilk növbədə Rusiyanın mövqeyidir. Ədalətli mövqedir və Azərbaycanın da mövqeyi ədalətli olduğuna görə mövqelərimiz üst-üstə düşür. Mən tarixin nə demək olduğunu, Sovet İttifaqının nə demək olduğunu yaxşı bilirəm. Bu gün siyasi reallıq başqadır. Bu gün müstəqil ölkələrə hörmət etmək lazımdır. Putin müsahibəsində birbaşa vurğuladı ki, Azərbaycan müstəqil və suveren ölkədir. Hər şeyə özü qərar verir. Hər bir lider öz xalqı haqqında düşünür və düşünməlidir. Hər zaman deyirəm, amma məndən inciyirlər. Niyə görə Rusiya Ermənistan haqqında düşünməlidir? Bu iki ölkə müəyyən səbəblərdən bir-biri ilə müharibə edir. Azərbaycan tərəfi ədalət uğurunda öz əraziləri üçün vuruşur. Qarşı tərəf də bu cür fikirləşir. İndi gəlin Rusiyanın yerində durun. Telekanallardakı siyasi debatlarda çıxışlarımda da deyirdim. Siz niyə görə, fikirləşirsiniz ki, Rusiya bu müharibədə kiminsə tərəfində vuruşmalıdır? Niyə görə, Rusiyanı bu müharibəyə cəlb etmək istəyirsiniz? Biz əksinə, qonşularımıza kömək etməliyik. Kömək etməliyik ki, bu mübahisəyə son qoyulsun. Əks halda bu münaqişə daha 100 il davam edəcək. ABŞ və Fransa bu münaqişənin həll olunmasında maraqlı deyillər. Onlar münaqişənin uzanmasında, Rusiyanın müharibəyə birbaşa cəlb olunmasında maraqlı idilər. Bu isə Rusiyanın marağında deyildi. Fikrimcə, bugünkü həll ən məntiqli, düzgün həll yoludur”.
Komitə sədri Rusiya mediasında, televiziya kanallarındakı antiAzərbaycan təbliğata, onların Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinə zərbə vurmasına da münasibət bildirib. Deyib ki, mətbuat hər zaman qərəzli və siyasi olub:
“Mən bu mövzu barədə Azərbaycan prezidenti cənab İlham Əliyevlə də danışmışam. Mətbuat hər zaman qərəzli və siyasi olub. Onlar nə qədər də müstəqil olduqlarını desələr də, bu elə deyil. Bu gün müstəqil mətbuat yoxdur. O ki, qaldı dövlət kanallarına, sizi əmin edirəm ki, onlar təkcə Kremlin direktivləri ilə işləmirlər. Mən kommunistəm, müxalifətdəyəm, tez-tez dövlət kanallarında debatlarda iştirak edirəm. Sizi əmin edirəm ki, Rusiya dövləti tərəfindən Azərbaycana qarşı təbliğatın aparılması göstərişi, tapşırığı verilməyib. Qeyd etmək lazımdır ki, lobbinin Rusiya mətbuatına çox böyük təsiri var”. (APA)
Paylaş:
Müəllif : Fuad
Tarix:19-11-2020, 13:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-11-2020, 13:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01