Fransa Qarabağa yanaşmada “qırmızı xətti” keçir – Belə həmsədr olmaz!
Fransa Senatı bu həftə, keçmiş qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyini” tanımağa çağıran qətnamə layihəsini müzakirəyə çıxaracaq. Layihənin müəlliflərindən biri, Senatda Respublikaçılar fraksiyasının nümayəndəsi Bruno Retayo deyib ki, layihənin müzakirəyə çıxarılması “türk-islamçı ekspansionizmi qarşısında Dağlıq Qarabağdakı ermənilərin hüquq və azadlıqlarına etibarlı zəmanət verə bilər”.
Bugünlərdə isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həll yolunun Fransanın qüruruna toxunduğunun hiss olunduğu açıqlayıb. Rusiya XİN başçısı bundan təəssüfləndiyini və məsələyə görə fransalı həmkarı ilə bir neçə dəfə əlaqə saxladığını bildirib.
Sözügedən qətnamə qəbul edilə bilərmi və qəbul edilsə, hadisələr necə cərəyan edə bilər? Və belə olan halda, Fransanın Qarabağ məsələsində həmsədrliyi davam etdirməkdə iddialı olması nə qədər düzgündür və rəsmi Bakı bu layihənin müzakirəyə çıxarılmasına qarşı necə addım atmalıdır?
Mövzunu AYNA-ya dəyərləndirən Ümid Partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadənin fikrincə, bu məsələdə Azərbaycan Fransanın həmsədrlik məsələsini müzakirə etməklə yanaşı, həm də Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət etməlidir: “Çünki BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Azərbaycanı 1992-ci ilin mart ayının 2-də buna görə təşkilata üzv qəbul edib. Azərbaycan BMT-yə üzv qəbul ediləndə Fransa da buna səs verib. Dövlətlərin ərazi bütövlüyünün tanınması və qəbul edilməsi BMT-nin əsas prinsiplərindən biridir. Fransa bu gün həm də BMT-nin prinsiplərini pozur. Fransa BMT-nin prinsiplərini pozduğuna görə də, bu məsələ artıq dövlətlərarası münasibətdən tutmuş, beynəlxalq hüququn və buna qarşı müəyyən olunmuş birmənalı məsələlərin əsas mahiyyətini təşkil etməlidir. Yəni, bu məsələ bizim mübarizəmizin əsas mahiyyəti olmalıldır”.
“Burada təkcə Fransa proseslərdə iştirak etmədiyi üçün inciyib və belə bir addım atdığı üçün onu həmsədrlikdən uzaqlaşdırmaqla kifayətlənmək olmaz. Çünki bu layihənin müzakirəyə çıxarılması Azərbaycanın ərazi bütövlüyünə qəsddir və rəsmən müharibə etməyə bərabərdir. Bu, həm Azərbaycan ərazisində illərlə fəaliyyət göstərən etnik separatizmə dəstək, həm də bütün dönəmlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan və hətta konfliktin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəyən tərəflərin də bununla bağlı mövqelərinə həqarətdir. Ona görə də hesab edirəm ki, məsələyə bu aspektdən yanaşmaq lazımdır. Fransanın həmsədr dövlət kimi məsələlərdə iştirakının müzakirə edilməsi məsələnin ikinci tərəfi olmalıdır”, - sabiq deputat bildirib.
O vurğulayıb ki, Fransanın bu addımında hansısa bir oyun elementləri də ola bilər: “Bildiyiniz kimi, Qarabağ müharibəsində Rusiya güzəştli mövqe tutsa da, Fransa daha çox sərt və tərəfkeş mövqe tuturdu. Hesab edirəm ki, bu məsələ qarşılıqlı razılaşma əsasında da ola bilər və Rusiya sülhməramlıları Dağlıq Qarabağda yerləşən kimi, Fransanın da Dağlıq Qarabağın müstəqilliyini tanımaq istəməsi, növbəti mərhələdə elə Rusiyanın tanıması və həm də ölkə vətəndaşlarının Abxaziya və Cənubi Osetiyanın taleyini yaşamasına oxşar bir mövqe qoyması üçün cəhdlərdir. Lakin əbəs cəhdlərdir”.
“Müharibənin əvvəllərindən prosesləri və yanaşmaları analiz etsək, görərik ki, bu dövlətlərin bu məsələdə mövqeyi çox yaxın olub. Ona görə də beynəlxalq miqyasda biz bu təxribatların hamısının qarşısını almaq üçün birləşməli və mövqelərimizi də həm beynəlxalq hüquq, həm də imkanlarımız çərçivəsində lobbi və diaspor fəaliyyəti ilə durdurmalıyıq”, - Ağazadə əlavə edib.
Müsahibimiz onu da diqqətə çatdırıb ki, Fransanın qondarma rejimi tanıması nəticəsində Azərbaycan fərqli qərar qəbul etməli olacaq: “Belə ki, Azərbaycan həm Fransa ilə münasibətlər çərçivəsində, həm Rusiyanın yanaşması, həm də proseslərin gələcək perspektivində müttəfiqləri ilə fərqli qərarlar qəbul etməli olacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-11-2020, 09:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-11-2020, 09:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39